Məhin xanım Orucova hər zaman vəzifəsini şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
9-01-2024, 14:43
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin direktoru Məhin xanım Orucovadır.
Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin direktoru Məhin xanım Orucova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Məhin xanım Orucovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Məhin xanım Orucova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin direktoru Məhin xanım Orucovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
18.04.1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1984-cü ildə Naxçıvan Orta İxtisas Musiqi Məktəbini, 1989-cu ildə Azərbaycan Dövlət Кonservatoriyasını xor-dirijorluğu ixtisası üzrə bitirib. M.Orucova 1981-1982-ci illərdə Naxçıvan Muxtar Respublikasının Babək rayon Uşaq Musiqi Məktəbində müəllim, 1983-1984-cü illərdə Naxçıvan şəhər Uşaq İncəsənət Məktəbində müəllim, 1986-1999-cu illərdə Naxçıvan Orta İxtisas Musiqi Məktəbində müəllim, 1999-2001-ci illərdə Bakı şəhər 36 nömrəli Uşaq Musiqi Məktəbində müəllim vəzifələrində işləmişdir. 02.11.2001-ci ildən Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2016-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi 07 sentyabr 1955-ci ildən Bakı şəhər İcra Hakimiyyətinin Mədəniyyət şöbəsinin 349/K nömrəli əmri əsasında yaradılmışdır.
2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Cövdət Hacıyev xatirəsinin əbədiləşdirilməsi haqqında” 18 fevral 2004-cü il tarixli 887 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 25 fevral 2004-cü il tarixli 50 nömrəli əmri ilə məktəbə görkəmli bəstəkar, Azərbaycan milli simfonizminin banisi Cövdət İsmayıl oğlu Hacıyevin adı verilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli 309s saylı Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında Uşaq musiqi ,incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı” na əsasən Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci il 15 may tarixli 298 saylı Əmri ilə 2012/2013-cü tədris ilindən məktəbdə “xor şöbəsi” açılmış və tədricən xor məktəbinə çevrilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 16.09.2014-cü il tarixli109 nömrəli əmri ilə 7 illik təhsil sistemindən 11 illik təhsil sisteminə keçirilmişdir
Yanvarın 10-da məktəbimizin "Divizi" xorunun üzvləri (bədii rəhbər Aytən Cəfərova) Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqi zalında Dövlət Simfonik orkestrinin artisti Nərgiz Manaflının ("Dirvysoul" kimi tanınan) təşkil etdiyi "Daha bir yeni il" adlı konsertində çıxış edib.