Ziniyət xanım Tağıyeva dövlətimizə və Prezidentimizə sadiq biridir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
20-10-2023, 09:00
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 182 №-li tam orta məktəbinin direktoru Ziniyət xanım Tağıyevadır.
182 №-li tam orta məktəbinin direktoru Ziniyət xanım Tağıyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ziniyət xanım Tağıyevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ziniyət xanım Tağıyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 182 №-li tam orta məktəbinin direktoru Ziniyət xanım Tağıyevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Tağıyeva Zinyət Vəli qızı 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur.1964-cü ildə Bakı şəhəri Binəqədi qəsəbəsində yerləşən 179 №li tam orta məktəbin 1-ci sinfinə daxil olmuş,1972-ci ildə 8-ci sinfi bitirmişdir.Təhsilini davam etdirmək üçün 1972-ci ildə 182 №li tam orta məktəbin 9-cu sinfinə daxil olmuş,1974-cü ildə 10-cu sinfi bitirmişdir. 1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə qəbul olmuş,1983-cü ildə filoloq ixtisası alaraq təhsilini başa vurmuşdur. 1979-cu ildən Binəqədi rayonu 182№li tam orta məktəbə komsomol katibi vəzifəsinə təyin olunmuşdur. 1991-ci ildən 182 №li tam orta məktəbdə direktor vəzifəsində çalışır. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.Hal-hazırda Yeni Azərbaycan Partiyasında şura üzvüdür.
Ziniyət xanım Tağıyeva insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Ziniyət xanım Tağıyeva bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Ziniyət xanım Tağıyeva özünü doğruldub. Bizdə hörmətli Ziniyət xanım Tağıyevanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
182 №-li tam orta məktəb 1962-ci ildən etibarən fəaliyyət göstərir. 2014-2015-ci tədris ilində məktəb əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilmişdir. Yeni təmirdən çıxmış məktəbin açılışında dövlət başçısı İlham Əliyev iştirak etmişdir. Məktəbdə tədris kabinetləri, laboratoriyalar daxil edilməklə 116 sinif otağı mövcuddur. Fizika, kimya, biologiya laboratoriyaları fəaliyyət göstərməkdədir. Kompüter otaqlarınınn sayı 5-dir. Məktəbin 287 işçisi var. Bunlardan 208-si müəllimdir (məktəb rəhbərlərindən başqa). Məktəbdə ümumilikdə 5102 şagird təhsil alır.