Reyhan xanım Baxışova dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
21-09-2023, 00:37
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qusar rayon uşaq incəsənət məktəbinin direktoru Reyhan xanım Baxışovadır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qusar rayon uşaq incəsənət məktəbinin direktoru Reyhan xanım Baxışovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Sentyabrın 15-də Qusar rayon Uşaq İncəsənət Məktəbinin müəllim və şagird kollektivi “Bilik günü” münasibəti ilə Heydər Əliyev Mərkəzində tədbir keçirib. İlk olaraq Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. Tədbirin iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir acıq elan edilib. Məktəbin direktoru Reyhan Bağışova şagirdləri “Bilik günü” münasibəti ilə təbrik edib, gənclərə yeni tədris ilində uğurlar arzulayıb. Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərin bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Sonda Zəfər gününə həsr olunmuş film nümayiş olunub.