Dr. Həsən Sultanov: Klinikamızda stomatologiyanın bütün sahələrində yüksək ixtisaslı və təcrübəli mütəxəssislər çalışır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
15-09-2023, 23:58
AZO DENT dental klinikası pasientlərinə tam spektr müasir stomatoloji xidmətlər təklif edir. Klinikamızda stomatologiyanın bütün sahələrində yüksək ixtisaslı və təcrübəli mütəxəssislər çalışır. Bizə baş çəkməyə və şəxsən buna şahid olmağa dəvət edirik!
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi AZO DENT dental klinikasının Stomatoloqu Dr. Həsən Sultanovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, AZO DENT dental klinikasının Stomatoloqu Dr. Həsən Sultanovdur.
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Dr. Həsən Sultanovun diqqətindədir.