Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Svetlana Hüseynova [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
5-10-2023, 09:49
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür redaksiya rəhbərliyi və kollektivi adından Gəncə şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinə yeni direktoru Svetlana Hüseynovanı təbrik edir, işlərində uğurlar arzu edirik
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinə yeni direktoru Svetlana Hüseynovadır.
Hüseynova Svetlana Zelmixan qızı 17 iyul 1965-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuş, 1980-ci ildə Q.Hüseynli adına Gəncə Musiqi Texnikumunu fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını konsert ifaçılığı, konsertmeyster, müəllim ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 1989-2021-ci illərdə Q.Hüseynli adına Gəncə Musiqi Texnikumunda müəllim, 2001-2010-cu illərdə uşaq musiqi məktəblərində əvəzçi müəllim işləmişdir. Musiqi Texnikumunda işlədiyi müddətdə fortepiano şöbəsinin, konsertmeyster ifaçılığı şöbələrinin Fənn Birləşməsi Komitəsinin sədri vəzifəsində işləmişdir. Müəllimliklə bərabər həvəskar bəstəkar kimi də fəaliyyət göstərir.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Svetlana Hüseynova Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Svetlana Hüseynova Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Gəncə şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinə yeni direktoru Svetlana Hüseynova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Svetlana Hüseynovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Svetlana Hüseynova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gəncə şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinə yeni direktoru Svetlana Hüseynovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.