• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şeyx İrəvanda hakimiyyəti “dəyişir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

4-06-2025, 11:51

Şeyx İrəvanda hakimiyyəti “dəyişir”


Ermənistan hökuməti ilə kilsə arasında gərginlik pik həddə; bəs QMİ sədrinin adı niyə hallanır?
Nikol Paşinyanın son açıqlamalarından sonra erməni kilsəsi ilə Ermənistanın baş naziri arasında münasibətlər kəskinləşib. Gərginliyin səbəbi kilsənin ictimai-siyasi proseslərdə fəal iştirakı olub ki, Paşinyan bunu dünyəvi işlərə müdaxilə və kilsənin faktiki olaraq “müxalifət institutuna çevrilməsi” kimi şərh edib.

Paşinyanın ritorikası kilsə dairələrinin kəskin rəddinə səbəb olub. Kilsə iyerarxları, o cümlədən Quqark, Sünik və Tavuş yeparxiyalarının rəhbərləri bunu bütün erməni Apostol kilsəsinə təhqir hesab ediblər.

Məlumdur ki, onun Paşinyanla çoxdankı və barışmaz fikir ayrılıqları var və o, bundan əvvəl baş naziri könüllü istefaya çağırıb. Paşinyanla kilsə arasındakı qarşıdurmaya siyasi müxalifət də qoşulub. Rusiya təbliğatının ruporu olan “Sputnik Armenia” bu məsələ ilə bağlı müxalifəti təmsil edən deputat Ayk Mamicanyanın açıqlamalarını dərc edib. Erməni deputat bu mövzuda gözlənilmədən Şeyxülislam Allahşükür Paşazadənin adını hallandırıb. Mamicanyan iddia edib ki, “Paşinyan Paşazadənin erməni kilsəsinə qarşı başlatdığı kampaniyaya” dəstək verir.

Rusiyanın “Sputnik Armenia” qeyd edir ki, “Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadə bir müddət əvvəl bildirmişdi ki, erməni ziyarətgahları, o cümlədən 1700 illik tarixi olan "müqəddəs Eçmiədzin kilsəsi" “tarixi Azərbaycan torpaqları”nda yerləşir və erməni Apostol kilsəsi region ölkələri üçün təhlükə yaradır".

Ermənistandakı rusiyapərəst müxalifət, o cümlədən ona dəstək verən Rusiya media resursları hər imkandan, o cümlədən hökumət-kilsə gərginliyindən Paşinyana qarşı istifadə etməyə çalışır və bu işdə hətta Allahşükür Paşazadənin də adını hallandırırlar.

Qeyd edək ki, Ermənistanın dini lideri ilə Şeyx bir neçə dəfə görüşüb. Şeyxin dediyinə görə, İkinci Qarabağ savaşından sonra da Qareginin apardığı revanşizm siyasəti, müharibəyə çağırışı, erməniləri qarşıdurmaya səsləməsi səbəbindən onunla yeni görüş mümkün deyil: “Gələcəkdə həyatı başa düşəndən sonra, top-tüfənglə deyil, danışıq yolu ilə gəlib yaxınlaşacaqsa, biz də onunla danışıq yolu ilə bu işləri görə bilərik”.

İndiki şəraitdə kilsə ilə Ermənistan hökuməti arasında kəskinləşən münaqişənin, mənəvi qınaqların və teoloji iddiaların birbaşa siyasi hesablamalarla iç-içə olduğu, siyasi qarşıdurmaya çevrildiyi göz qabağındadır. Görünən odur ki, müxalifət qüvvələri bu vəziyyətdən istifadə edərək, yepiskop Qalstanyan fiqurundan Paşinyana ictimai müqavimətin yeni simvolu kimi istifadə edərək küçə etirazları təşkil etmək niyyətindədirlər.



Azər Badamov

Milli Məclisin üzvü Azər Badamov “Yeni Müsavat”a açıqlamasında kilsənin bu fəaliyyətinin Ermənistanı ancaq məhvə apardığını söylədi: “Ermənistan kilsəsi tarixən azərbaycanlı və ermənilər arasında ədavət və nifaqın salınmasına, münaqişələrin qızışdırılmasına xidmət edib. O cümlədən Ermənistan hakimiyyətini təzyiq altında saxlamış və kilsənin əlatısına çevirərək idarə etmişdi. Kilsə həm də hakimiyyətləri devirməklə müəyyən mənfur planların icraçısı rolunu oynayıb. Amma Nikol Paşinyanın hakimiyyətə gəlməsi və Ermənistanda dövləti dindən ayırmaqla dünyəvi dövlətin qurulması istiqamətində atdığı addımlar kilsənin uzun illər ərzində apardığı çirkin siyasətə qarşı oldu. Ona görə də hakimiyyətə gəldiyi ilk gündən kilsə Paşinyana qarşı çıxmış və onun siyasətini dəstəkləməyib. Kilsənin apardığı siyasət əsasən Azərbaycan torpaqlarını işğal etmək, mifik Ermənistan yaratmaq xəyalları ilə insanları ancaq uçuruma yuvarlatmaqla bağlı olub. Paşinyan və onun komandası hakimiyyətə gələndən sonra kilsənin gəlirləri ilə maraqlanması və vergiyə cəlb edilməsi ilə bağlı səsləndirdiyi fikirlər Qaraginlərin xoşuna gəlməmişdi. Çünki onlar kilsədən həm də böyük pulların yuyulması üçün istifadə edir. Ona görə də torpaqların delimitasiyasına başlandığı dövrdə kilsənin ssenarisi üzrə Paşinyanı devirmək üçün Baqrat Srbazanın rəhbərliyi altında uzun sürən etiraz aksiyalarına başlanıldı. Amma kilsə bu aksiyaları kütləviləşdirə bilmədi və qışqırıb yorulandan sonra biabırcasına sakitləşməli oldu. Mətbuatda ermənilərin katolikosu II Qareginin İsveçrədə qondarma "artsax"a həsr olunmuş beynəlxalq konfransdan İrəvana qayıdıb ali ruhanilərin toplantısında Paşinyan hökumətinin kilsəyə qarşı başlatdığı kampaniyanı müzakirə edəcəyi bildirilir. O cümlədən kilsənin yenidən ruhanilərin rəhbərliyi ilə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün etiraz aksiyalarına başlayacağı gözlənilir. Bu, erməni kilsəsinin sülhdən uzaq olduğunu və xarici qüvvələr tərəfindən idarə olunaraq Ermənistanda vəziyyəti gərginləşdirmək istiqamətində yenidən hərəkətə keçməsi deməkdir".



Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov hesab edir ki, Paşinyan və kilsə arasında qarşıdurma bundan sonra daha da kəskinləşəcək: “Paşinyanla erməni kilsəsi arasında olan münasibətlərdəki gərginlik yeni deyil və artıq uzun müddətdir ki, davam edir. Xüsusilə də Rusiya tərəfindən anti-Paşinyan kampaniyasına start verilməsi ilə bu gərginlik açıq müstəviyə keçib. Ermənistan müxalifətinin Paşinyan qarşısında zəifliyini görən və kilsənin ictimai təsir imkanlarını nəzərə alan Rusiyanın müxalifətə dəstək məqsədilə kilsəni hərəkətə keçirdiyi hər kəs üçün aydın olan həqiqətdir. Qalstanyanın başlatdığı və Rusiyaya bağlı olan Köçəryan-Sərkisyan cütlüyünün də dəstəklədiyi etiraz aksiyaları bunun bariz sübutudur.

Paşinyan da sifarişin haradan gəldiyini bildiyi üçün və eləcə də kütlənin kilsənin təsiri altına düşməməsi üçün zaman-zaman kilsə ilə bağlı olan neqativ məsələləri ictimailəşdirərək onların nüfuzunu baltalayan mövqe sərgiləmək məcburiyyətində qalıb. Bir müddət əvvəl kilsəyə toplanan vəsaitlərin ayrı-ayrı şəxslərin ciblərinə axdığını deyən və kilsə rəhbərlərini korrupsiyada ittiham edən Paşinyan üçün xüsusilə indiki mərhələdə kilsəni neytrallaşdırmaq və siyasi proseslərdən uzaqlaşdırmaq olduqca vacibdir. Çünki qarşıda Paşinyan və komandası üçün olduqca vacib seçkilər var və bu seçkilərdə kilsənin müxalifətlə birgə hərəkət edəcəyi şübhəsizdir. Odur ki, biz seçki dövründə Paşinyan və kilsə arasında qarşıdurmanın daha da kəskinləşəcəyini görəcəyik, hətta kilsənin ayrı-ayrı rəhbərlərinə qarşı cinayət işlərinin qaldırılması da mümkündür. Erməni müxalifətinin bu qarşıdurmada kilsənin yanında olmasının da əslində dinlə bir bağlılığı yoxdur. Hər şey eyni mərkəzdən gələn sifarişlərlə bağlıdır. Erməni ictimai rəyində antitürk ovqatının üstünlük təşkil etdiyini bilən müxaliflər zaman-zaman Paşinyanı Azərbaycan casusu adlandırdıqları kimi, indi də Allahşükür Paşazadənin II Qaregin və erməni Apostol kilsəsi haqqında dediklərinə istinad edərək Paşinyan və Paşazadənin eyni mövqedən çıxış etməsi ilə bağlı ictimai rəy formalaşdırmağa çalışırlar. Paşinyan hakimiyyəti və kilsə arasındakı gərginliyin nə ilə sonlanacağını təbii ki, zaman göstərəcək. Amma istənilən halda hadisələrin bu şəkildə gedişi qarşıdakı dönəmdə Ermənistanı daha çətin günlərin və qarşıdurmanın gözlədiyini deməyə əsas verir".

Oxunub: 1066
Paylaş:
Digər xəbərlər

Dünya

1-03-2024, 09:00

Katolikos ermənilər üçün “qır qazanı” qaynadır - Kilsə yeni konstitusiyaya və hökumətə qarşı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

3-06-2025, 12:17

Ermənistanda iqtidar-kilsə savaşı qızışır - terror işə düşsə... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

30-05-2025, 12:40

“Rəsmi nikahda olmamağım bəzilərini narahat edir...” - Paşinyan [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

14-03-2024, 16:00

Ermənistan müxalifəti Paşinyanın yerinə namizədini açıqladı... - "Kavkazskiy uzel" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

11-06-2024, 09:00

Erməni kilsəsi daxili savaş qərarı verib: Paşinyan terrora hədəf seçilib, dəfn mərasimi... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah gecə metro 1 saat artıq işləyəcək
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Ramazan ayı başlayır - Təqvim açıqlandı
600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış alacaqsınız
Hadisə
Bugün, 11:30
Biləcəridə qanunsuz tikili söküldü - Video
Bugün, 10:44
Bu gün Vardanyana hökm oxunacaq
Bugün, 09:19
Qaradağlı faciəsindən 34 il ötür
Bugün, 09:11
Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
Dün, 15:30
Xurma təhlükəlidir — Həkim açıqladı
13-02-2026, 13:13
Şənbə günü 20 dərəcə isti olacaq - PROQNOZ
Son xəbərlər
  • Bugün, 16:00
    Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
  • Bugün, 15:30
    Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
  • Bugün, 14:22
    Sabah gecə metro 1 saat artıq işləyəcək
  • Bugün, 12:38
    Cenevrədə ABŞ-İran danışıqları başladı
  • Bugün, 12:34
    Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
  • Bugün, 12:22
    Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
  • Bugün, 11:41
    Vardanyana hökm oxundu - 20 il - Yenilənib
  • Bugün, 11:34
    “Qalatasaray” “Yuventus”a qarşı
  • Bugün, 11:30
    Biləcəridə qanunsuz tikili söküldü - Video
  • Bugün, 11:23
    Ramazan ayı başlayır - Təqvim açıqlandı
  • Bugün, 10:44
    Bu gün Vardanyana hökm oxunacaq
  • Bugün, 10:39
    Murat Dalkılıç və daha 3 məşhur saxlanıldı - Yenilənib
  • Bugün, 10:32
    Paşinyanla Akopyan ayrıldı
  • Bugün, 10:19
    600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
  • Bugün, 09:39
    Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış alacaqsınız
  • Bugün, 09:34
    Laricani: İsrailə qarşı Türkiyə, Səudiyyə Ərəbistanı və Misirlə əməkdaşlığa hazırıq
  • Bugün, 09:29
    Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
  • Bugün, 09:19
    Qaradağlı faciəsindən 34 il ötür
  • Bugün, 09:11
    Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
  • Bugün, 09:00
    Gizli NATO etirafı geopolitik “zəlzələ” törədir: Avropanın ABŞ-a qiyamı isə “fəlakət üçbucağı” yaradır
  • Dün, 16:00
    Yer yeni fəlakətlərin astanasında – HƏYƏCAN TƏBİLİ
  • Dün, 15:30
    Xurma təhlükəlidir — Həkim açıqladı
  • Dün, 14:22
    Cenevrədə kritik saatlar! İran və ABŞ nüvə sövdələşməsi üçün masaya oturdu: Əraqçidən həlledici həmlə
  • Dün, 14:01
    Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ
  • Dün, 13:57
    Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
  • Dün, 12:39
    Ramazan və Novruzla bağlı 11 gün iş olmayacaq
  • Dün, 12:16
    Serbiyanın "Politika" ictima-siyasi qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olunub
  • Dün, 11:49
    Əliyevdən Rusiyaya açıq MESAJ – Səfirliyimizi və təyyarəmizi vuran ölkə...
  • Dün, 11:43
    Makrona Münxendə soyuq duş! Liderlər onu görməzdən gəldi- "Arzuolunmaz qonaq" statusu?
  • Dün, 11:38
    Nazir müavini təyin edilən Cəbrayıl Xanlarov KİMDİR? - DOSYE - FOTO
  • Dün, 11:29
    TƏCİLİ: Kəmaləddin Heydərova İKİ SÜRPRİZ MÜAVİN təyin OLUNDU – kimlərdir
  • Dün, 11:16
    İlham Əliyev Litva Prezidentini təbrik edib
  • Dün, 11:04
    Pezeşkiandan şok etiraf: Cəmiyyət yaralanıb, sağalmazsa pis təsir edəcək
  • Dün, 10:46
    Pirəkəşküldə və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ
  • Dün, 10:42
    Yol Polisi piyadalara müraciət edib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə