• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ermənistanda iqtidar-kilsə savaşı qızışır - terror işə düşsə... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

3-06-2025, 12:17



Paşinyana qarşı sui-qəsd ola bilərmi və yaxud onu devirmək mümkündürmü - rəy
Ermənistanda hakimiyyətlə terror yuvası kilsə arasında münasibətlər sərtləşib. Baş nazir Nikol Paşinyan və arvadı Anna Akopyanın ardınca hakim partiyanın parlament fraksiyasının katibi Artur Ovannisyan da ölkənin dini rəhbərlərinə qarşı sərt bəyanat verib. O, “pozğun və rəzil həyat tərzi keçirib bunu cübbə ilə ört-basdır edən” bütün keşişlərin maskasını cırmaqla hədələyib.

Xatırladaq ki, bu gərginliyin əsası Nikol Paşinyanın arxiyepiskop Baqrat Qalstanyanın tənqidlərinə sərt reaksiya verməsi ilə qoyulub. Qalstanyan Paşinyanın əxlaqi və şəxsi keyfiyyətlərini şübhə altına alaraq onu dəfələrlə ictimai şəkildə tənqid edib. Paşinyanın rəsmi nikahda olmaması isə bu tənqidlərin əsas mövzularından biri olub.

Baş nazir isə bildirib ki, subaylıq andını pozan bütün ruhani şəxslər kilsə sıralarını tərk etməlidirlər: “Subaylıq andını pozan bütün din xadimləri ruhani xidmətini dayandırmalıdır”.

Onun fikrincə, fərdi həyat hər kəsin şəxsi məsələsidir, lakin xalqın dini və mənəvi dəyərlərə sahib çıxmaq hüququ var: “Heç kimi kiminsə şəxsi həyatı maraqlandırmamalıdır. Amma xalqın kilsəyə, mənəvi və əxlaqi dəyərlərə haqqı var”.

Öz növbəsində Anna Akopyan sosial şəbəkədə erməni ruhanilərini “riyakarlıqda, əxlaqsızlıqda və saxta dini təqvada” ittiham edib, hətta bəzi yazılarında keşişləri uşaqbazlıqda günahlandırıb.

Paşinyan komandasının kilsənin üzərinə sərt şəkildə getməsinin əsas səbəbi nədir və bu savaş nə ilə nəticələnə bilər? Baş nazirə qarşı sui-qəsd mümkündürmü?

Siyasi şərhçi Azər Həsrət mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Siyasi şərhçi qeyd edib ki, əslinə qalanda, Paşinyan kilsənin üzərinə getmir, əksinə, kilsə Paşinyanın üzərinə gəlir: “Elə adıçəkilən Qalstanyan bir müddət əvvəl Azərbaycan kəndlərinin geri qaytarılmasına, yəni bizə qaytarılmasına qarşı çıxışlar edirdi, hətta o kəndlərə gedib başına adamlar toplayır, oradan İrəvana yürüş edirdi, Paşinyanı satqınlıqda, xainlikdə ittiham edirdi. Paşinyan isə normal məntiqlə məsələyə yanaşaraq, işğal edilmiş kəndlərimizi bizə qaytarmaq qərarını vermişdi. Burada qeyri-adi, anormal heç nə yoxdur: söhbət Azərbaycanın Qazax rayonunun kəndlərindən gedir, bu torpaqlar Azərbaycan ərazisidir və bütün dünya tərəfindən belə tanınır, onlar da təbii olaraq Azərbaycana qaytarılmalı idi və qaytarıldı da.

Həmin dövrdə Qalstanyan daha irəli gedərək, Paşinyanı devirmək niyyətində olduğunu, hətta onun yerinə göz dikdiyini açıq şəkildə bəyan etmişdi. Yəni, faktiki olaraq siyasi əxlaqsızlıq və eyni zamanda manipulyasiya ilə məşğul idi. Din adı altında adam faktiki olaraq Ermənistanda hakimiyyət iddiası edirdi ki, bu da dünyanın heç bir normal ölkəsində qəbul edilməz, xüsusən də Ermənistan kimi yeni-yeni özünə gəlməyə başlayan bir ölkədə əlbəttə ki, qəbul olunmazdı. İşin yaxşı tərəfi odur ki, Ermənistanda əhalinin böyük əksəriyyəti bu manipulyatorun arxasınca getmədi, onun dələduz əməllərini vaxtında düzgün qiymətləndirə bildi. Ona görə də Qalstanyanın dırnaqarası yürüşü nəticəsiz qaldı.

Amma bununla kifayətlənməyib, adam öz əməllərinə davam etdi. İndi sual oluna bilər: niyə davam edir?"

Siyasi şərhçinin fikrincə, zamanında Qalstanyanı Moskva həvəsləndirmişdi və düşünürdü ki, din amili Ermənistan cəmiyyətində çox güclüdür və həm diaspora ermənilərini, həm də ölkə içindəki erməniləri birləşdirə bilər: “Çünki məlum olduğu kimi, Qarabağ məsələsində erməni kilsəsinin rolu hamıdan çox olub - işğalçılıqda, terror əməllərində. Ümumiyyətlə, erməni kilsəsi həmişə bu cür məsələlərin önündə gedib.

Moskvada Qalstanyanın vasitəsilə dini duyğuları hərəkətə gətirib Paşinyanı küncə sıxışdırmaq və bununla Azərbaycanın üzərinə gəlmək planlaşdırılmışdı. Lakin erməni cəmiyyəti hələ 2020-ci ilin 44 günlük müharibəsini unutmadığı üçün bu avantüraya getmədi. İndi Qalstanyan yenə də boş dayanmayıb Paşinyanın üzərinə gedir. Təbii ki, Paşinyan və onun ətrafı Qalstanyanın, eləcə də onun timsalında cübbəlilərin cavabını vermək məcburiyyətindədir".

“Paşinyana qarşı sui-qəsd ola bilərmi və yaxud onu devirmək mümkündürmü?” sualına Azər Həsrət bu cür cavab verib: “Hazırda Paşinyanın mövqeləri Ermənistan daxilində yetərincə möhkəmdir, yəni alternativ və ya rəqiblərlə müqayisədə o, üstün mövqedədir. Belə bir şəraitdə onun qarşısına çıxa biləcək qüvvə hələ ki yoxdur. Sadəcə, dediyim kimi, bu keçid dövründən istifadə edilir, dini manipulyasiyalara əl atılır və Paşinyanı bu yolla zəiflədə biləcəklərini düşünürlər.

Bütün bu oyunların arxasında Moskva dayanır. Təbii ki, Moskvanın arxasında olduğu oyunu indiki halda Ermənistan cəmiyyətinin böyük kəsimi qəbul etmir və etməyəcək də. Çünki Moskva onlar üçün həqiqətən də nicat yolu deyil, bunu artıq anlayırlar. Ermənistanda yavaş-yavaş başa düşməyə başlayırlar ki, bu ölkənin nicatı Moskva yox, Bakı və Ankara ilə normal münasibətlərdən keçir".

Oxunub: 1061
Paylaş:
Digər xəbərlər

Dünya

30-05-2025, 12:40

“Rəsmi nikahda olmamağım bəzilərini narahat edir...” - Paşinyan [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

15-11-2024, 13:51

Nazirdən Paşinyanın açıqlamasına reaksiya [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

17-07-2024, 15:30

“Qalstanyan” şousu nəticə verməyəcək? - GÖRÜNƏNİ BUDUR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

3-06-2024, 09:49

Keşiş Baqrat meydanlarda: Paşinyan xanımı ilə Göyçə gölündə kefdə... - FOTO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

6-05-2025, 09:00

Ermənistanda Paşinyanın impiçmenti tələb olunur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah gecə metro 1 saat artıq işləyəcək
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Ramazan ayı başlayır - Təqvim açıqlandı
600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış alacaqsınız
Hadisə
Bugün, 11:30
Biləcəridə qanunsuz tikili söküldü - Video
Bugün, 10:44
Bu gün Vardanyana hökm oxunacaq
Bugün, 09:19
Qaradağlı faciəsindən 34 il ötür
Bugün, 09:11
Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
Dün, 15:30
Xurma təhlükəlidir — Həkim açıqladı
13-02-2026, 13:13
Şənbə günü 20 dərəcə isti olacaq - PROQNOZ
Son xəbərlər
  • Bugün, 16:00
    Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
  • Bugün, 15:30
    Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
  • Bugün, 14:22
    Sabah gecə metro 1 saat artıq işləyəcək
  • Bugün, 12:38
    Cenevrədə ABŞ-İran danışıqları başladı
  • Bugün, 12:34
    Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
  • Bugün, 12:22
    Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
  • Bugün, 11:41
    Vardanyana hökm oxundu - 20 il - Yenilənib
  • Bugün, 11:34
    “Qalatasaray” “Yuventus”a qarşı
  • Bugün, 11:30
    Biləcəridə qanunsuz tikili söküldü - Video
  • Bugün, 11:23
    Ramazan ayı başlayır - Təqvim açıqlandı
  • Bugün, 10:44
    Bu gün Vardanyana hökm oxunacaq
  • Bugün, 10:39
    Murat Dalkılıç və daha 3 məşhur saxlanıldı - Yenilənib
  • Bugün, 10:32
    Paşinyanla Akopyan ayrıldı
  • Bugün, 10:19
    600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
  • Bugün, 09:39
    Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış alacaqsınız
  • Bugün, 09:34
    Laricani: İsrailə qarşı Türkiyə, Səudiyyə Ərəbistanı və Misirlə əməkdaşlığa hazırıq
  • Bugün, 09:29
    Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
  • Bugün, 09:19
    Qaradağlı faciəsindən 34 il ötür
  • Bugün, 09:11
    Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
  • Bugün, 09:00
    Gizli NATO etirafı geopolitik “zəlzələ” törədir: Avropanın ABŞ-a qiyamı isə “fəlakət üçbucağı” yaradır
  • Dün, 16:00
    Yer yeni fəlakətlərin astanasında – HƏYƏCAN TƏBİLİ
  • Dün, 15:30
    Xurma təhlükəlidir — Həkim açıqladı
  • Dün, 14:22
    Cenevrədə kritik saatlar! İran və ABŞ nüvə sövdələşməsi üçün masaya oturdu: Əraqçidən həlledici həmlə
  • Dün, 14:01
    Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ
  • Dün, 13:57
    Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
  • Dün, 12:39
    Ramazan və Novruzla bağlı 11 gün iş olmayacaq
  • Dün, 12:16
    Serbiyanın "Politika" ictima-siyasi qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olunub
  • Dün, 11:49
    Əliyevdən Rusiyaya açıq MESAJ – Səfirliyimizi və təyyarəmizi vuran ölkə...
  • Dün, 11:43
    Makrona Münxendə soyuq duş! Liderlər onu görməzdən gəldi- "Arzuolunmaz qonaq" statusu?
  • Dün, 11:38
    Nazir müavini təyin edilən Cəbrayıl Xanlarov KİMDİR? - DOSYE - FOTO
  • Dün, 11:29
    TƏCİLİ: Kəmaləddin Heydərova İKİ SÜRPRİZ MÜAVİN təyin OLUNDU – kimlərdir
  • Dün, 11:16
    İlham Əliyev Litva Prezidentini təbrik edib
  • Dün, 11:04
    Pezeşkiandan şok etiraf: Cəmiyyət yaralanıb, sağalmazsa pis təsir edəcək
  • Dün, 10:46
    Pirəkəşküldə və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ
  • Dün, 10:42
    Yol Polisi piyadalara müraciət edib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə