23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün dövlət qulluğunda çalışan hər bir şəxsin şərəfli əməyinə verilən yüksək qiymətin rəmzidir. Dövlət qulluğu cəmiyyətin inkişafına, xalqımızın rifahına və hüquqi, demokratik, dünyəvi dövlətin qurulmasına xidmət edən şərəfli və məsuliyyətli bir sahədir.
Bu mühüm gün münasibətilə Pressmedia.az rəhbərliyi və kollektivi adından Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Nizami kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elbrus Əhmədovu səmimi-qəlbdən təbrik edirik!
Elbrus Əhmədov Nizami kəndində dövlət siyasətini yerli səviyyədə layiqincə həyata keçirən, vətəndaşlara xidmətə vicdanla və səmimiyyətlə yanaşan, dövlətçiliyimizə sədaqəti və peşəkarlığı ilə seçilən bir məmurdur. Onun rəhbərliyi ilə Nizami kəndində sosial infrastrukturun inkişafı, kəndin abadlaşdırılması, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Elbrus müəllim kənd sakinlərinin gündəlik qayğılarını dinləyir, onların problemlərinin həlli üçün operativ addımlar atır, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsinə çalışır.
Xüsusilə qeyd edilməlidir ki, Elbrus Əhmədov şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğı ilə nümunəvi dövlət qulluqçularından biridir. O, Nizami kəndində şəhid ailələrinin və qazilərin sosial müdafiəsi sahəsində ardıcıl tədbirlər həyata keçirir, onların ehtiyaclarını daim diqqətdə saxlayır, dövlətimizin bu ailələrə olan ehtiramını əməli fəaliyyəti ilə gündəlik işində nümayiş etdirir.
Elbrus Əhmədov dövlət qulluğunu sadəcə vəzifə deyil, xalqa, Vətənə və dövlətə xidmət missiyası kimi qəbul edir. Onun fəaliyyəti Nizami kəndində vətəndaş məmnunluğunun artırılmasına, sosial ədalətin təmin edilməsinə və kəndin davamlı inkişafına yönəlib. Sakinlərin Elbrus müəllimə olan dərin hörməti və rəğbəti onun fəaliyyətinin səmərəliliyinin bariz göstəricisidir.
Pressmedia.az rəhbərliyi və kollektivi olaraq, Elbrus Əhmədovu bu şərəfli bayram münasibətilə bir daha ürəkdən təbrik edir, ona cansağlığı, ailə səadəti və dövlət qulluğunda yeni uğurlar arzulayırıq. Əminik ki, Elbrus müəllim bundan sonra da Nizami kəndinin inkişafı və xalqımızın rifahı üçün fədakarcasına çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsinə layiqli töhfələr verəcəkdir.