23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı kimi böyük ehtiramla qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilən bu gün dövlət qulluğunda çalışanların fədakar əməyinə verilən dəyərin parlaq ifadəsidir. Dövlət qulluğu — hüquqi, demokratik və dünyəvi dövlətin qurulmasında mühüm rol oynayan və cəmiyyətin inkişafına xidmət edən şərəfli bir missiyadır.
Bu əlamətdar gün münasibətilə Pressmedia.az rəhbərliyi və kollektivi adından Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sadiq Eminovu səmimi qəlbdən təbrik edirik!
Sadiq Eminov Mehdili kəndi, Öyləqulu kəndi, Qoçulu kəndi və Dayıkazımlı kəndi kimi geniş ərazini əhatə edən inzibati bölgədə dövlətimizin yeritdiyi siyasətin yerli səviyyədə uğurla həyata keçirilməsinə öz sanballı töhfəsini verən, vətəndaşlara diqqət və qayğı ilə yanaşan nümunəvi bir dövlət qulluqçusudur. Onun fəaliyyəti və rəhbərliyi ilə bu kəndlərdə abadlıq, sosial infrastrukturun təkmilləşdirilməsi, əhalinin gündəlik qayğılarının həlli və rifahının yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Sadiq müəllim öz fəaliyyətində şəhid ailələri, qazilər və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşması, onların sosial problemlərinin həllinə və ehtiyaclarının qarşılanmasına göstərdiyi diqqət və qayğı ilə seçilir. O, dövlətimizin şəhid ailələrinə və qazilərə olan ehtiramını gündəlik işində əməli şəkildə nümayiş etdirir, onların məişət problemlərinin həlli üçün yerli icra orqanlarının imkanlarını səfərbər edir.
Sadiq Eminov dövlət qulluğunda səmimiyyəti, ədalətliliyi və çalışqanlığı ilə kənd sakinlərinin dərin hörmətini qazanıb. O, dövlət və vətəndaş arasında körpü rolunu ləyaqətlə yerinə yetirir, Mehdili kənd İƏD-in bütün kəndlərində insanların etibar etdiyi, sözün əsl mənasında xalqın içində olan bir rəhbər kimi fəaliyyət göstərir.
Pressmedia.az rəhbərliyi və kollektivi olaraq, Sadiq Eminovu bu şərəfli bayram münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, ailə səadəti, dövlət qulluğunda daha böyük nailiyyətlər və kəndlərin inkişafı naminə fəaliyyətində uğurlar arzulayırıq. Əminik ki, Sadiq müəllim bundan sonra da doğma kəndlərinin inkişafı və rifahı üçün yorulmadan çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfəsini verəcək.
Bir daha bu bayram münasibətilə Sizi ürəkdən təbrik edir, uğurlar diləyirik!