Seyid Abbas: Azərbaycan dünyaya nümunə göstərdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
25-09-2023, 00:30
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabirabad rayon Nüsrətəli Almazov adına Qaratuğay kənd tam orta məktəbinin direktoru Seyid Abbasdır.
Sabirabad rayon Nüsrətəli Almazov adına Qaratuğay kənd tam orta məktəbinin direktoru Seyid Abbas qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Seyid Abbasın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Seyid Abbas səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Seyid Abbasa biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Sabirabad rayon Nüsrətəli Almazov adına Qaratuğay kənd tam orta məktəbinin direktoru Seyid Abbas - Ordu quruculuğu sahəsində Ulu Öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin Fərman və Sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanıldı. Beləliklə, 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən müharibəsi adı ilə yazıldı. Döyüş tapşırıqlarını və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirən Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi cəsarət, fədakarlıq, habelə təşəbbüskar və qətiyyəti sayəsində işğal altında torpaqlarımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan işğal olunmuş torpaqlarının xeyli hissəsini düşmən tapdağından təmizləsə də, ərazilərinin qalan hissəsini məhz siyasi yollarla – Moskva, Bakı və İrəvanın imzaladığı üçtərəfli Bəyanatın müddəalarına əsasən azad edilməsinə razılaşmışdı. Ancaq düşmən öz iyrənc məqsədlərindən əl çəkməyərək, üçtərəfli Bəyanata məhəl qoymadı və Qarabağda daha da güclənmək istiqamətində atdığı qeyri-qanunu addımlarını davam etdirdi. Odur ki, Azərbaycanın öz ərazisində – Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatları aparması beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə Konstitusiyasına və üçtərəfli Bəyanatın müddəalarına tam uyğun idi.
Antiterror əməliyyatları zamanı ordumuzun yalnız hərbi infrastrukturu hədəf alması, mülki obyekt və insanlara heç bir zərər vurmaması bütün dünya üçün nümunədir: “44 günlük Vətən müharibəsində olduğu kimi sentyabrın 19-dan başlayan antiterror tədbirləri çərçivəsində də Azərbaycan Ordusu çox böyük peşəkarlıq, eyni zamanda hərbi mədəniyyət nümunəsi sərgilədi. Müzəffər Ali Baş Komandan tərəfindən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, “aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik olan silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Ordumuzun peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratdı". Yaxın tarixdə Birşmiş Millətlər Təşkilatının apardığı əməliyyatları belə mülki əhali arasında itkilər olduğu məlumdur. Lakin Azərbaycan Ordusunun əməliyyatları zamanı mülki əhali demək olar ki, zərər görmədi. Azərbaycan bu məsələdə də dünyaya nümunə göstərdi. Və bir daha sülhpərvər, humanist dövlət olduğunu nümayiş etdirdi.