Salyan Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qəbulu həyata keçirilib
Qəbulda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, RİH başçısı aparatının şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak edib. Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir.
Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov - 4 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atan Azərbaycan xalqı öz Qələbə əzmini bir daha bütün dünyaya nümayiş etdirdi. Lakin aldığı sarsıdıcı məğlubiyyətdən lazımi dərs çıxarmayan erməni separatçıları tərəfindən revanşist çağırışlar səsləndirilirdi və xalqımıza qarşı mina terroru davam etdirilməkdə idi. Xankəndidə özlərinə “yuva” salmış separatçılar Qarabağa silah daşıyıb gətirir və burada müxtəlif cür təxribatlar törədirdilər. 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partladı. Törədilmiş terror aktı nəticəsində DİN-in dörd nəfər əməkdaşı hadisə yerində həlak oldular.
Düşmənin pozuculuq fəaliyyətinin qarşısının alınması, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, Azərbaycan öz suveren əraziləri daxilində - Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror əməliyyatları çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri hədəfə alaraq dəqiq zərbələrlə neytrallaşdırdı. 24 saatdan da az müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi, bütün istiqamətlər üzrə uğurlar əldə edildi. Ermənistan qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq təslim oldular.
Daha əvvəl dəfələrlə görüşdən imtina edən Qarabağın erməni icması bir günlük lokal antiterror tədbirlərindən sonra Azərbaycan nümayəndələri ilə Yevlax şəhərində görüşməyə məcbur oldular. Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti qələbə qazanaraq, Qarabağ problemini birdəfəlik həll etdi.
44 günlük Vətən müharibəsində olduğu kimi, lokal antiterror əməliyyatları nəticəsində ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini bəyan etdilər. Haqq və ədalət Azərbaycan xalqının iradəsi, qalib Lider İlham Əliyevin qətiyyəti, igid oğullarımızın şücaəti ilə təmin edilmiş oldu.