Rəşad Cəbrayılov: Cəsarətli və qətiyyətli [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
7-07-2023, 12:36
Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov - Qoşulmama Hərəkatının Nazirlərinin görüşündə Prezident İlham Əliyev çıxışında bir daha müasir dünyada hələ də ikili standartların, ədalətsizliyin hökm sürməsi barədə həqiqətləri dünya ictimaiyyətinin nəzərinə çatdırdı. Bu gün millətlərin azadlığının, dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün qorunmasının təminatçısı olmalı olduğu BMT əslində bir neçə dövlətin maraqlarını müdafiə edən yararsız bir quruma çevrilmişdir. BMT TŞ nın daimi üzvü olmasından istifadə edən Fransa bir çox dövlətlərə və xalqlara qarşı işğalçılıq, soyqırım siyasəti həyata keçirir. Fransa Əlcəzairdə, bir sıra Afrika, Şərqi Asiya dövlətlərində talançılıq həyata keçirərək milyonlarla insanı qətlə yetirmişdir. Bu gün Fransa Prezidenti Makron bu çirkin siyasəti davam etdirir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Fransa dövlətinin törətdiyi bu cinayətlər barədə səslərini belə çıxarmadılar. Prezident İlham Əliyev yeganə dövlət başçısıdır ki, Fransa dövlətinin və dövlət başçısı Makronun təcavüzkar, işğalçı siyasət aparmağını Qoşulmama Hərəkatının tribunasından qətiyyətlə bütün dünyaya çatdırdı.
Əslində dövlət başçımız bir çox dövlət başçılarının cürət edib söyləyə bilmədiyi fikirləri cəsarətli və qətiyyətli şəkildə səsləndirdi.
Makron işğalçı Ermənistana dəstək verməklə öz çirkin siyasətini Cənubi Qafqazda da həyata keçirmək niyyətindədir.
Bu səriştəsiz "siyasətçi" başa düşməlidir ki, regionda İlham Əliyev kimi qətiyyətli və nəhəng siyasətçi, güclü dövlət başçısı var və Makron alçalmış şəkildə geri çəkiləcək.
Prezident İlham Əliyevin səsləndirdiyi digər bir qlobal problem islamofobiya oldu. Bir sıra qərb dövlətlərində islamofobiya geniş yayılmaqdadır. Bu ölkələrdə müsəlmanların müqəddəs Kitabı olan Qurani-Kərim yandırılır. Bunu söz və fikir azadlığı adlandıranlar əslində bütün islam dünyasına qarşı mənəvi terror törədirlər. Bu dövlətlərin rəhbərləri Azərbaycanda mövcud olan tolerantlıq və multikultural dəyərlərə olan hörmətə baxıb utanmalıdılar.
Azərbaycanda qeyri İslam dininə, mədəniyyətinə göstərilən qayğıdan ibrət götürməlidilər.
Qoşulmama Hərəkatının Nazirlərinin görüşündə Prezident İlham Əliyev bir daha Azərbaycanın bütün dünyaya ikili standartlara son qoyulmasının, ədalətin bərpa olunmasının tərəfdarı olduğunu çatdırdı.
Salyan RİH-nin başçısı Sevindik Hətəmov Vətən müharibəsində yaralanan və Türkiyədən müalicədən qayıdan Taleh Camalzadəni evində ziyarət edib
RİH başçısı hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə qazimizi evində ziyarət edərək səhhəti və qayğıları ilə maraqlanmışdır. 44 günlük Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edən icra başçısı qazimizə tezliklə sağlamlığına qovuşmasını arzulayıb. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Taleh kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək qazimizə göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib.
Salyan RİH başçısı Kərimbəyli kəndinin sakinləri ilə növbəti səyyar qəbul keçirib
Qəbulda çıxış edən RİH başçısı Sevindik Hətəmov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.