Göygöl Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
25-07-2024, 10:36
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Ulu Öndər Heydər Əliyev siyasi kursunu daima dəstəkləmiş və bu uğurlu siyasətin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətinə dəstək olmuşdur. Elvin Paşayev - “Əl tutmaq Əlidən qalıb” atalar məsəlini həmişə sadiq olaraq, fəaliyyəti göstərdiyi dövrdə hər zaman şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı ailələrə maddi və mənəvi dəstəyini əsirgəməmişdi.
Vətənpərvər ziyalımız Elvin Paşayev Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.
Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Göygöl rayonunda səfərdə olub
Səfər çərçivəsində səfir Ralf Horlemann və qonaqlar Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə görüşüblər. Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonaqlara bölgənin qədim tarixi barədə ətraflı məlumat verilib, rayonun turizm potensialı və inkişaf perspektivləri geniş müzakirə olunub. Sonra qonaqlar XIX-XX əsrlərdə bu bölgədə yaşamış almanların dəfn olunduğu mülki qəbiristanlığı ziyarət edib, sonuncu alman Viktor Klaynın ev muzeyini və alman izlərini olduğu kimi qoruyub saxlayan katakombaları ekskursiya ediblər. Səfir Ralf Horlemann və qonaqlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, rayondan xoş təəssüratla ayrıldılar.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Quşçu kəndində səyyar qəbul keçirib
Keçirilən səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Səyyar qəbul zamanı bir qrup kənd sakinini dinləyən Rayon icra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən kəndi təmin edən su xəttinin təmir edilməsini, elektrik dayaqlarının və naqillərin yenilənməsini, kəndin sürətli internetlə təmin olunmasını, kəndin təbii qazla təmin edilməsini və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.