• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakının İsraildən o xahişi... - anti-Azərbaycan təbliğatı belə faş olur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

19-06-2025, 15:30



Ermənilər iş başındadır; İsrail-İran savaşı ilə bağlı Azərbaycanı hədəfə çıxarmaq istəyən hansı qüvvələrdir?
İsraillə İran arasında başlanmış müharibədə aviasiya və uzaqmənzilli artilleriyanın istifadə olunması nəticəsində mülki obyektlərə və mülki şəxslərə zərər dəyə bilər. İndilikdə Təl-Əviv və Hayfada mülki obyektlər vurulsa da, Tehran və Təbrizdə hərbi obyektlər vurulur. Ancaq sabah vəziyyət dəyişə bilər.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan bu səbəbdən müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib.

Bu mesajın həm Güney Azərbaycan, həm də Azərbaycan-İsrail münasibətləri üçün önəmi nədir?

Qeyd edək ki, son günlər SEPAH-a yaxın mənbələr Azərbaycan dövlətinin guya Cənubi Azərbaycanda dinc əhalinin taleyinə laqeyd qalması, hətta İsrailə kəşfiyyat dəstəyi verməsi ilə bağlı dezinformasiyalar yayır.

Şər kampaniyasına qoşulan erməni mediası SEPAH-ın göstərişlərini icra edən iranlı politoloq Salar Seyfəddinin Təbrizi vuran PUA-ların Naxçıvan və Qarabağdan qalxdığı haqda səsləndirdiyi cəfəngiyyatı həvəslə tirajlayıb.

İranın Ermənistandakı səfiri Mehdi Sübhani bu barədə iddialara cavab verərək onda belə bir məlumat olmadığını bildirib.

Vüqar İskəndərov: Minsk qrupunun bərpası cəhdləri Qərbin siyasi riyakarlığının təzahürüdür

Vüqar İskəndərov

Milli Məclisin deputatı Vüqar İskəndərov “Yeni Müsavat”a açıqlamasında son günlər Azərbaycan Respublikasına qarşı məqsədli şəkildə informasiya təxribatları həyata keçirildiyini bildirib: “Lakin İranın müəyyən dairələri və onlarla koordinasiyalı şəkildə fəaliyyət göstərən media strukturları, eləcə də erməni informasiya resursları tərəfindən yayılan dezinformasiyalar növbəti dəfə ifşa olunub”.

O qeyd edib ki, Azərbaycanın İsrailə guya hərbi dəstək verdiyi, İrana qarşı həyata keçirilən hücumlarda ərazilərindən istifadə edildiyi barədə iddialar tam əsassızdır və ölkəmizə qarşı yönəlmiş növbəti qərəzli kampaniyanın bir hissəsidir: “İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin məlum cavabı bütün bu şayiələrin təkzib edilməsidir”.

Deputatın sözlərinə görə, Azərbaycan dövləti bölgədə yaşayan azərbaycanlı dinc əhalinin təhlükəsizliyi məsələsini daim diqqətdə saxlayır: “İsraillə İran arasında gərginliyin artdığı dövrdə, Azərbaycan rəhbərliyi müxtəlif kanallarla İsrail tərəfinə mesaj ünvanlayaraq, Güney Azərbaycanda yaşayan dinc əhalinin, xüsusilə mülki infrastrukturların hədəfə alınmaması üçün çağırış edib. Bu, ölkəmizin nə qədər qlobal təhlükəsizlik məsələlərinə həssas yanaşdığını və soydaşlarımızın taleyinə biganə qalmadığını göstərir”.

V.İskəndərov deyib ki, Azərbaycan ictimaiyyəti bu iddiaların mahiyyət etibarilə təxribat xarakteri daşıdığını aydın şəkildə görür və rədd edir.

Rəşad Bayramov: “Rusiyanın bu layihənin inkişaf etdirilməsi üçün ən böyük problemi maliyyə çatışmazlığıdır” - Azərbaycan Milli İstiqlal Partiyası

Rəşad Bayramov

Politoloq Rəşad Bayramovun sözlərinə görə, İran və İsrail arasında baş verən qarşıdurmadan ən çox təsirlənən ölkələrdən biri də bizik və bu da təbiidir: “İlk növbədə ona görə ki, bu ölkədə 40 milyona yaxın soydaşımız yaşayır və İrana qarşı uzunmüddətli və genişmiqyaslı müharibə Azərbaycana qaçqın axınına səbəb ola bilər. Bu isə öz-özlüyündə ölkəmiz üçün humanitar problemə yol aça bilər. Onların yerləşdirilməsi, ərzaq və digər zəruri avadanlıqlarla təmin edilməsi Azərbaycan üçün istər-istəməz çətinlik yaradar.

İkincisi, bu müharibə Azərbaycanın əsas silah tədarükçülərindən biri olan İsraili özünün silah tələbatının təmin edilməsinə fokuslaya bilər ki, bu da bizə lazım olan silah və texnikanın ötürülməsində çətinliklərə yol açar. İran ərazisində tranzit olaraq istifadə imkanlarımız da təhlükə altındadır. Bakıdan Naxçıvana və əks istiqamətdə avtobusların hərəkəti dayandırılıb. İran üzərindən təyyarə reyslərinin yerinə yetirilməsi də mümkünsüz olub. Həm bu marşrut üzrə, həm də Türkiyədən İran vasitəsilə Azərbaycana və buradan da digər istiqamətlərə daşınmalar da aktiv hərbi əməliyyatlar səbəbilə dayandırılıb. Bir sıra ölkələrə təyyarə reyslərinin dayandırılması turizm sektoruna da mənfi təsirlər göstərməyə başlayıb. Xüsusilə yay aylarında İran və İsraildən ölkəmizə turizm axınının olduğu məlumdur. Lakin indiki şərtlərlə bu da mümkünsüz olub. Buraya İrandan ölkəyə gətirilən ərzaq və digər məhsulların da idxalında ortaya çıxan problemləri əlavə etdikdə görürük ki, bu müharibə bizə olduqca mənfi təsir edir.

Odur ki, biz heç bir halda müharibədə tərəf olmaq niyyətində deyilik. Əksinə, tərəfdaş İsrail və qonşu İran arasında tez bir zamanda atəşkəsin əldə olunmasını istəyirik. Çünki bu müharibə bizə də ziyan vurur və müharibənin uzanacağı halda bundan əziyyət çəkən ölkələrdən biri də biz olacağıq. O baxımdan da bizi İsrailə dəstək verməkdə günahlandırmaq dezinformasiyadan başqa bir şey deyil. İranın davamlı şəkildə Ermənistana dəstək verməsinə, onlara silah-sursat ötürməsinə, Zəngəzur dəhlizinin açılmasına qaşı çıxmasına, İran rəsmilərinin ölkəmizlə bağlı təhdidilərinə və beynəlxaq platformalarda İsraildən fərqli olaraq Ermənistanın maraqlarını müdafiə etməsinə baxmayaraq, biz bu müharibənin tərəfi deyilik və ən rəsmi səviyyədə də bunu dəfələrlə bildirmişik. Azərbaycan öz ərazilərindən İrana zərbələr endirilməsinə və ya hansısa kəşfiyyat fəaliyyətinin həyata keçirilməsinə imkan verməyəcək. Ən azı ona görə ki, İranda, qeyd etdiyim kimi, milyonlarla soydaşımız yaşayır və biz onların bu və ya digər şəkildə zərər görməsini istəmirik".

Politoloqun sözlərinə görə, İsrail Azərbaycanın silah tədarükündə iştirak edən, Azərbaycanla enerji sahəsində uğurlu ticari əlaqələr qurmuş bir ölkədir. Başqa sözlə, bizim İsraillə olan tərəfdaşlıq münasibətlərimiz qarşılıqlı faydalı münasibətlərdir və hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib.

Bu gün Ermənistan mediasının cidd-cəhdlə Azərbaycanı İsrailə dəstək verməkdə günahlandırması İran-Azərbaycan münasibətlərini pozmaql niyyətindən başqa bir şey deyil. Eləcə də Rusiya və Türkiyədəki bəzi maraqlı qüvvələr bu cür dezinformasiya yaymaqla Azərbaycan-Türkiyə münasibətlərini hədəfə almaq cəhdləri edirlər.

Eyni şəkildə İranda da cənubdakı soydaşlarımızla aramızda təfriqə yaymağa cəhdlər edənlər var. Amma bu şəkildə aparılan anti-Azərbaycan təbliğatının uğur qazanma imkanları yoxdur. Həm Güneydəki soydaşlarımızın, həm də Türkiyədəki qardaş və bacılarımızın bu dezinformasiyalara qarşı diqqətli olması lazımdır. Azərbaycan təbii olaraq müxtəlif yollarla Cənubi Azərbaycan ərazilərindəki yaşayış məntəqələrinin zərər görməməsi, qeyri-hərbi infrastruktura və mülki əhaliyə zərər yetirməməklə bağlı İsrail tərəfə müvafiq mesajlar göndərir və bunu İrandakı soydaşlarımızın da bilməsi lazımdır".

Oxunub: 1072
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

17-06-2025, 14:25

Azərbaycandan İsrail rəhbərliyinə MESAJ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

7-10-2024, 12:30

İran bütün məhdudiyyətləri ləğv etdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

14-06-2025, 10:26

İsrailə raket zərbələri davam edir - Ölənlər var - Yenilənir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

5-11-2024, 12:08

İsraildən Suriyaya aviazərbələr: 7 "Hizbullah"çı öldürüldü [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

10-08-2024, 11:10

Qəzzada məktəbə zərbə endirildi - 100 ölü [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə