• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Vəzir Həsənov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

8-09-2023, 11:58

Vəzir Həsənov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir


Bəzi internet saytlarında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Vəzir Həsənov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Vəzir Həsənov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vəzir Həsənovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Vəzir Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisi, general-mayor Vəzir Həsənov - Azərbaycanda güclü və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanda bütün sahələrlə yanaşı, ordu quruculuğunda da böyük nailiyyətlər qazanılıb, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuz regionun ən qüdrətli ordusuna çevrilib. 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə ordumuzun gücünün və qüdrətinin göstəricisidir. 44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan torpaqlarının işğalına son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Zəfər qazandı. Vətən müharibəsi və onun nəticələri Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən qüdrətli ordusu olduğunu bir daha göstərdi. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, orduda aparılan islahatlar və bu sahədə qazanılan uğurlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatların nəticəsidir.

Çox təəssüflər olsun ki, qazanılmış hərbi-siyasi qələbə nəticəsində regionda yaranmış yeni reallıqlarla barışmayan Ermənistan və başda avanturist Fransa olmaqla onu himayə edənlər hələ də müəyyən illüziyalara qapılaraq ölkəmizə qarşı ərazi iddialarından əl çəkmir, yeni revanşist iddialarla çıxış edirlər.

Ermənistanın təslimçilik - kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata etinasız yanaşmaqla, icrası zəruri müddəaları kobud şəkildə pozmağa davam edir. Bunlardan ən başlıcası isə razılaşdırılmış və qəbul edilmiş öhdəliklərdən sui-istifadə edərək humanitar məqsədli Laçın yolundan öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə etdilər. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qanunsuz silahlı birləşmələrin çıxarılması tələbini icra etmədilər. Əksinə, ərazilərin minalanmasını, seperatçıların silah-sursatla təmin olunmasını həyata keçirdilər. Bundan əlavə Qarabağ iqtisadi rayonunda təbii sərvətlərimiz vəhşicəsinə talan edilir və ekologiyaya ciddi zərər vurulurdu.

Bütün bu qanunsuzluqlara və haqsızlıqlara etiraz olaraq Azərbaycan ekofəalları, ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən Laçın-Şuşa-Xankəndi yolu üzərində etiraz aksiyalarına start verildi. Onların 138 gün fasiləsiz şəkildə nümayiş etdirdikləri haqlı mübarizə vətən, xalq naminə edilən əsl cəsarətlilik, fədakarlıq nümunəsi idi. Lakin çox təəssüflər olsun ki, uzun müddət davam edən haqlı, sivil etirazlara və bəyanatlara rəğmən qarşı tərəf rus sülhməramlı kontingentinin də himayədarlığından yararlanaraq, alternativ yollardan istifadə etməklə, öz çirkin əməllərini davam etdirdilər. Beləliklə, bütün bu qanunsuz əməllər və biganə münasibət Azərbaycan tərəfinin haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri etdi.

Belə ki, 23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa oldu. Beləliklə, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün nə qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Bu proses kənardan heç də sadə və bəsit görünməməlidir. Bütün görülən bu işlərin təməlində vətən sevgisi ilə yoğrulmuş böyük zəhmət, iradə, cəsarətli və dərin düşünülmüş diplomatik addımlar dayanır.

Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması suveren hüquqlarımızın qorunması, təhlükəsizliyimizin təmini istiqamətində atılan mühüm, tarixi addımlardan biridir. Bu addım dövlətimizin təhlükəsizlik məsələsində kimsəyə güzəştə getmədiyini, öz suveren hüquqlarının tam şəkildə bərpası üçün sona qədər iradə sərgiləməyə qadir olduğunu göstərdi. Başlıcası, rəsmi Bakı Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi yaratmaqla sübut etdi ki, Azərbaycan sadəcə öz təhlükəsizliyni deyil, həm də regional təhlükəsizliyi təkbaşına təmin etməyə qadirdir və bunun üçün kifayət qədər gücü var.

Beləliklə, BMT Nizamnaməsinin 51-ci maddəsinə müavfiq olaraq Laçında sərhəd buraxılış məntəqəsini yaradılması ilə Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etmək hüququna malik olmasını bütün dünyaya göstərdi.

Əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir.

Oxunub: 10522
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

22-08-2023, 12:09

Adəm Mansurov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

14-10-2023, 11:00

ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz! Kişilərin keçdiyi karvan yolu! İT hürər karvan keçər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

10-08-2023, 13:13

Elman Nuriyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
Bakının bir sıra yollarında endirilən sürət həddi bərpa edilib
"Nestle" uşaq qidalarında təhlükəli bakteriya - Məhsullar Azərbaycana idxal olunubmu? - VİDEO
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Azərbaycanda 4 min manata katibə, 5 min manata isə kuryer axtarılır
Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış etdi
Hadisə
Bugün, 09:00
Bakıda qumardan 20 milyon əldə ediblər - gizli ofislər, kriptovalyuta və lüks avtomobillər
Dün, 14:00
Müəllimi güllələyən şagirdlə bağlı yeni detal - Atası icra hakimiyyətində...
Dün, 12:30
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
Dün, 11:46
Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var
Dün, 11:22
Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı
Dün, 11:19
Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı
Son xəbərlər
  • Bugün, 09:11
    Avropa İttifaqı Ankaraya yaxınlaşır
  • Bugün, 09:00
    Bakıda qumardan 20 milyon əldə ediblər - gizli ofislər, kriptovalyuta və lüks avtomobillər
  • Dün, 21:36
    İlham Əliyev Vüsal Nəsirliyə yüksək vəzifə verdi - FOTO
  • Dün, 21:31
    Prezident Saleh Məmmədovu vəzifəsindən azad etdi
  • Dün, 16:00
    Azərbaycanda “yastıq altına” daha dollar yığmırlar - SƏBƏB BU İMİŞ
  • Dün, 15:30
    Pomidor indi yaydakından ucuzdur - SƏBƏB
  • Dün, 14:22
    Rusiyadan Paşinyana yenə HƏDƏ - Referendum yaxınlaşdıqca...
  • Dün, 14:00
    Müəllimi güllələyən şagirdlə bağlı yeni detal - Atası icra hakimiyyətində...
  • Dün, 12:30
    Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
  • Dün, 12:25
    Prezident iranlı naziri qəbul etdi - Fotolar
  • Dün, 11:46
    Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var
  • Dün, 11:22
    Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı
  • Dün, 11:19
    Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı
  • Dün, 11:14
    “İdrak” liseyində şagird müəllimi güllələdi - Direktordan açıqlama-Yenilənib
  • Dün, 11:01
    Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzindədir
  • Dün, 10:55
    “Əsrin fəlakəti”nin ildönümündə yenidən zəlzələ oldu
  • Dün, 10:23
    Epşteynin ölüm gecəsi onun yaxınlığında sirli bir fiqur aşkar edilib
  • Dün, 10:20
    Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
  • Dün, 09:53
    Vens bu gün Bakıya gəlir? – Tarixi səfərdən ƏSAS gözlənti
  • Dün, 09:48
    Abbas Əraqçı ABŞ-la nüvə danışıqları üçün Maskata gəldi – gərginlik son həddə
  • Dün, 09:42
    ABŞ Gürcüstanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir
  • Dün, 09:38
    Qurğuşundan qızıl yaratdılar: Minilliklərlə davam edən arzu gerçəkləşir?
  • Dün, 09:34
    ABŞ-nin İrandakı səfirliyindən çağırış: ölkəni bu yolla tərk edin
  • Dün, 09:11
    Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
  • Dün, 09:00
    Əbu-Dabi-2025-dən Əbu-Dabi-2026-dək: Sülhün bərqərar olunması üçün verilən töhfəyə görə mükafat - VİDEO
  • 5-02-2026, 16:00
    Xamenei İranın daha çox hansı silahdan qorxduğunu açıqladı - HEYRƏTAMİZ ETİRAF
  • 5-02-2026, 15:30
    Bitki yağlarının gizli fərqləri - XƏBƏRDARLIQ
  • 5-02-2026, 15:26
    Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edildi
  • 5-02-2026, 15:23
    Levon Mnatsakanyan, David Babayan, Davit İşxanyan və David Manukyan da ömürlük azadlıqdan məhrum edildi - YENİLƏNİB
  • 5-02-2026, 14:22
    Avropa narahatdır: Ukrayna məsələsi NATO-da parçalanma yaradır
  • 5-02-2026, 13:11
    Arayik və digərlərinə hökm oxunur
  • 5-02-2026, 12:31
    Ruslar Donbasın işğalı üçün daha 800.000 əsgər itirməlidir - Zelenski
  • 5-02-2026, 12:22
    Kremldən İrəvana XƏBƏRDARLIQ: Avropa İttifaqını seçərsə…
  • 5-02-2026, 11:13
    Masallıda məktəbdə yanğın baş verib, şagird və müəllimlər təxliyə olunub
  • 5-02-2026, 11:08
    ABŞ-ın vitse-prezidenti Azərbaycana Qış Olimpiya Oyunlarının açılışından sonra səfər edəcək
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə