Elman Nuriyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
10-08-2023, 13:13
Bəzi internet saytlarında Kür-Araz çaylarında Bəndlərin istismar idarəsinin rəisi Elman Nuriyev ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Elman Nuriyev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Kür-Araz çaylarında Bəndlərin istismar idarəsinin rəisi Elman Nuriyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Kür-Araz çaylarında Bəndlərin istismar idarəsinin rəisi Elman Nuriyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elman Nuriyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elman Nuriyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Kür-Araz çaylarında Bəndlərin istismar idarəsinin rəisi Elman Nuriyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Kür-Araz çaylarında Bəndlərin istismar idarəsinin rəisi Elman Nuriyev -Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Kür-Araz çaylarında Bəndlərin İstismarı idarəsi qrafikə uyğun olaraq öz işini davam etdirir. İdarənin vəzifəsi əhalini, yaşayış məntəqələrini, kənd təsərrüfatı və xalq təsərrüfatı obyektlərini çaylarda baş verən daşqın və sel sularının zərərli təsirlərindən qorumaqdan ibarətdir. Bu məqsədlə Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi respublikanın 12 rayonunda, idarənin xidməti ərazisinə daxil olan ərazilərdə fəaliyyət göstərir. İdarənin balansında 1491 km-dən artıq mühafizə bəndi var. Ondan 936 km Kür çayında, 134 km-dən çoxu Araz çayında, 421 km-i isə dağ çayları və göllərin mühafizə bəndləridir. Mühafizə bəndlərində 137 hidrotexniki qurğu mövcuddur ki, həmin hidrotexniki qurğuların da vaxtaşırı təmiri həyata keçirilir. Hazırda idarənin balansında olan Girdimançayda mühafizə tədbirləri ilə əlaqədar olaraq bəndbərkitmə və məcratəmizləri işləri davam edir.
Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi respublikanın 12 rayonunda, xidməti ərazisinə daxil olan Qazax, Zərdab, Ucar, Ağcabədi, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əhalini, yaşayış məntəqələrini və kənd təsərrüfatı obyektlərinin sel sularından qorumaq üçün fəaliyyətini davam etdirir.