Şər və böhtan yazanlara tutarlı cavab - Əhməd Əhmədzadə [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
19-05-2023, 14:36
ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz.
Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Baş nazirin müşaviri Əhməd Əhmədzadə adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.
Baş nazirin müşaviri Əhməd Əhmədzadənin hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.
Baş nazirin müşaviri Əhməd Əhmədzadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Əhməd Əhmədzadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Son günlər bəzi internet saytlarında Baş nazirin müşaviri Əhməd Əhmədzadə ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Əhmədzadənin Ağcabədidəki kadrına ittiham başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Baş nazirin müşaviri Əhməd Əhmədzadə haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.