• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Niftalı Qasımov: Dayanıqlı gələcəyin təminatı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

20-11-2024, 11:58

Niftalı Qasımov: Dayanıqlı gələcəyin təminatı



Tovuz rayon icra hakimiyyəti başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Niftalı Qasımov - “Ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 ili tamam olur. 32 il partiyanın tarixini o qədər uğur, qələbə səhifələri ilə zənginləşdirib ki, onların xronologiyasını belə tam əhatə etmək qeyri-mümkündür. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyev partiyanın yaradılmasını belə xarakterizə edirdi ki, YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildi. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə ağır, böyük təqiblər şəraitində yaranmış bir partiyadır.

Ümummilli Liderin bu fikirləri Yeni Azərbaycan Partiyasının yarandığı ilk gündən xalqın partiyası olduğunu təsdiqləyir. Hər zaman Azərbaycanın bu günü və gələcəyi üçün çalışan YAP bunu 32 ildə cəmiyyətə təqdim etdiyi hədəflərində və onlara doğru atdığı inamlı addımlarında təsdiqləyir. Hər dövrün çağırışlarını həyata keçirmək üçün səylər göstərilir, mühüm addımlar atılır. Bu il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident və parlament seçkiləri 32 illik yolun təqdimatında əhəmiyyətli rol oynadı. 7 fevral tarixində keçirilən prezident seçkilərinə “Qalib xalqın qalib Lideri”, 1 sentyabr parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla” şüarları ilə qatılan Yeni Azərbaycan Partiyası fəaliyyətə “Yeni, müstəqil Azərbaycan uğrunda” çağırışı ilə başlamışdı. Seçkidən-seçkiyə dəyişən, yeniləşən çağırışlar YAP-ın hədəfə yüksək səviyyədə nail olduğunu nümayiş etdirir. 32 illik yol Yeni Azərbaycan Partiyasının sözlə əməl birliyinin, populizmdən uzaq partiya olduğunun təsdiqidir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, eyni zamanda, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin zəngin idarəçilik təcrübəsi həm ölkəmizin, həm də partiyanın uğurlu gələcəyi üçün möhkəm təməl yaratdı. Daim inkişafın, tərəqqinin, özünə diqqət və qayğının şahidinə çevrilən xalq gələcəyə böyük inamla addımladı. Xalqın Heydər Əliyev siyasətinə inamı və etimadı böyükdür. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan YAP dünənin, bu günün və gələcəyin partiyası olaraq Azərbaycanın müstəqillik tarixinə bələdçilik edir, qələbədən-qələbəyə doğru inamla irəliləyir”.

Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz Yeni Azərbaycan Partiyasının da qarşısında yeni vəzifələr qoydu: “Şanlı Qələbəmizin reallıqları əsasında Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçirilən VII qurultayında dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyev proqram xarakterli çıxışında keçilən yolun təhlili fonunda qarşıda dayanan hədəfləri açıqladı. Prezident İlham Əliyev bildirdi ki, biz ardıcıllıqla və məqsədyönlü şəkildə hədəflərə çatırıq. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranıb. Bu vəziyyəti ölkəmiz yaradıb. Azərbaycan reallıqlar yaradan ölkədir. Yeni Azərbaycan Partiyasının nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olduğunu əsaslı şəkildə diqqətə çatdıran cənab İlham Əliyev bu məqamı xüsusilə qeyd etdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox”.

Niftalı Qasımov: Dayanıqlı gələcəyin təminatı


2021-ci il 5 mart tarixində keçirilən YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, İdarə Heyətinin, Təftiş Komissiyasının və YAP-ın Veteranlar Şurasının tərkibi təsdiq edildi: “Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin edildi. Bu mühüm addım yüksək etimadın təcəssümüdür. YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısında yeni vəzifələri müəyyən etdi. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında, siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək YAP üzvlərindən yüksək fəallıq tələb edir. Dövlətimizin başçısı, YAP-ın Sədri İlham Əliyevin tapşırığına uyğun olaraq hazırlanan və 2021-ci ilin sonunda təsdiq edilən Yeni Azərbaycan Partiyasının yeni Proqramı partiyanın bugünkü və gələcək fəaliyyəti üçün yol xəritəsidir. YAP yarandığı vaxtdan 2020-ci ildə imza atdığımız tarixi Zəfərə qədər qarşısına qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail oldu. Artıq yeni çağırışlar yeni Proqramın təsdiqlənməsini zərurətə çevirdi”.

“Bütün müasir tendensiyalar və regionda yaranmış yeni reallıqlar 5 fəsildən ibarət olan yeni Proqramda öz əksini tapıb. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət, həmçinin 11 strateji hədəf müəyyən olunub. Hər bir hədəf müasir, müstəqil, qalib Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. Hazırkı dövrün əsas hədəflərindən biri azad edilmiş torpaqların dirçəlməsi və Böyük Qayıdış Proqramının uğurla icra edilməsidir. Suverenliyinin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycan dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara doğru inamla addımlayır”.

Oxunub: 10120
Paylaş:
Digər xəbərlər

---

18-11-2024, 15:56

Kürdoğlu Muradov: Zəngin və şərəfli yol [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

27-11-2023, 12:51

Niyazi Nəcəfov: Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

25-11-2023, 14:32

Üzeyir müəllim şəhid ailələrinə daim öz yardımlarını edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

19-11-2024, 09:53

Fərid Piriyev: Xalqın partiyası [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

23-11-2023, 12:55

"Gilan Holdinq" ən yeni texnologiyaların tətbiqinə və istehsal prosesinin səmərəliləşdirməsinə xüsusi diqqət yetirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Əbülfəs Qarayevin “qara siyahısı”: otel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
Azərbaycanda enerji içkilərinin qadağası gündəmdə
“Halal” adı ilə donuz əti konservi satılır - Əhaliyə xəbərdarlıq
Maaşlar 9.5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
Azərbaycanda “SPİD”ə yoluxma - həm az, həm çox...
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
Hadisə
5-12-2025, 14:11
Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi həbs edildi
5-12-2025, 12:27
Yanğında ölən ana və uşaqların FOTOSU
5-12-2025, 11:31
Bakıda yaşayış binasında dəhşətli yanğın - İkisi azyaşlı olmaqla 4 nəfər öldü - VİDEO
5-12-2025, 10:52
Tulin və tələbəsi saxlanıldı
5-12-2025, 09:33
Bu yollarda sıxlıq var - Sürücülərin nəzərinə!
4-12-2025, 11:54
Şəmkirdə qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır - RƏSMİ - YENİLƏNİB
Son xəbərlər
  • 6-12-2025, 11:25
    İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 6-12-2025, 11:17
    Əbülfəs Qarayevin “qara siyahısı”: otel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
  • 6-12-2025, 11:10
    Moskvanı vuracaq Ukrayna raketinin yeni görüntüləri: “Flamingo” 3000 km məsafə qət edir
  • 6-12-2025, 10:56
    Rusiya zərbəsi Çernobıl AES-in qoruyucusunu zədələyib – MAQATE-dən xəbərdarlıq
  • 6-12-2025, 10:40
    Azərbaycanda enerji içkilərinin qadağası gündəmdə
  • 6-12-2025, 10:31
    “Halal” adı ilə donuz əti konservi satılır - Əhaliyə xəbərdarlıq
  • 6-12-2025, 09:53
    Paşinyandan 30 illik Qarabağ danışıqları haqda yeni etiraf
  • 6-12-2025, 09:47
    DÇ-2026-nın final mərhələsinin püşkü atılıb - Qrup cədvəli
  • 5-12-2025, 16:00
    Avropa Ukraynanın ABŞ-dan aydın təhlükəsizlik zəmanəti almadan sülhə razılaşmağını istəmir
  • 5-12-2025, 14:11
    Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi həbs edildi
  • 5-12-2025, 14:06
    Horovluya daha 16 ailə köçürüldü
  • 5-12-2025, 13:37
    İlham Əliyev Tailand kralını milli bayram münasibətilə təbrik edib
  • 5-12-2025, 12:40
    Maaşlar 9.5 faiz artdı: Pensiyalar nə qədər artırılacaq?
  • 5-12-2025, 12:27
    Yanğında ölən ana və uşaqların FOTOSU
  • 5-12-2025, 11:31
    Bakıda yaşayış binasında dəhşətli yanğın - İkisi azyaşlı olmaqla 4 nəfər öldü - VİDEO
  • 5-12-2025, 10:58
    Hakan Fidan: Avropada yeni sistem yaranacaq
  • 5-12-2025, 10:52
    Tulin və tələbəsi saxlanıldı
  • 5-12-2025, 10:19
    Brüsseldən İrəvana şərt: “Rusiyaya qarşı cəbhəyə keç...”
  • 5-12-2025, 10:05
    Tramp Qəzzada sülh planının ikinci mərhələsini elan edəcək
  • 5-12-2025, 09:55
    Ukrayna münaqişəsi ilə bağlı xoş xəbərlər olacaq
  • 5-12-2025, 09:40
    İlham Əliyev onlara müraciət etdi
  • 5-12-2025, 09:33
    Bu yollarda sıxlıq var - Sürücülərin nəzərinə!
  • 5-12-2025, 09:00
    Nəticəsiz Ağ Ev-Kreml danışıqları: Dünyanı gözləyən yeni böhranlar
  • 4-12-2025, 16:00
    Lavrovun uzunmüddətli yoxluğu xəstəliklə bağlıdır — Kreml gizlədir
  • 4-12-2025, 15:30
    Paşinyan “təmizləmə əməliyyatı” aparır-baş nazirin repressiya aparatına Qərb göz yumur...
  • 4-12-2025, 14:22
    Avropa İttifaqında korrupsiya skandalları: “şəffaflıq” mifinin iflası
  • 4-12-2025, 14:21
    İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
  • 4-12-2025, 14:09
    “Onun seçimi yoxdur, istefa verməlidir”
  • 4-12-2025, 13:20
    NATO-dan Kremlə XƏBƏDARLIQ: Cavab verəcəyik
  • 4-12-2025, 13:14
    Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? – CƏDVƏL
  • 4-12-2025, 13:07
    Ceyhun Bayramov Hakan Fidanla görüşüb - Nədən danışdılar
  • 4-12-2025, 12:39
    Hikmət Hacıyevlə Armen Qriqoryan görüşəcək- nələr müzakirə olunacaq?
  • 4-12-2025, 12:34
    İlham Əliyev: Azərbaycanla Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifə açılıb
  • 4-12-2025, 12:28
    İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
  • 4-12-2025, 11:54
    Şəmkirdə qəzada xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır - RƏSMİ - YENİLƏNİB
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə