• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Niyazi Nəcəfov: Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

27-11-2023, 12:51

 Niyazi Nəcəfov: Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Niyazi Nəcəfov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan şəhər komitəsinin sədri Niyazi Nəcəfov - Noyabrın 21-də ölkəmizin və bütövlükdə Cənubu Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 ili tamam olur. Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Həmin dövrdə xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
 Niyazi Nəcəfov: Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir


Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Ozamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin tarixi hadisələri dəyərləndirən Ulu öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi.

Ümumiyyətlə, tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 720 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.

Beləliklə, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər sistemli xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. YAP ulu öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.

Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.

Partiyanın qarşısında duran taleyüklü vəzifələr ideoloji birliyi şərtləndirir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

Xüsusilə vurğulanmalıdır ki, Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət partiya üzvlərini səciyyələndirən əsas göstəricilərdir. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.

Qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP ötən müddət ərzində milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verib, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayıb. Bütün bunlar müasir və qüdrətli Azərbaycanın gələcəyə əmin addımlarla irəliləməsini təmin edib. Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Partiyamızın yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanması hər kəsə bəllidir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, hər seçkidən-seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu, seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir. Prezident İlham Əliyev də vurğulayıb ki, partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.

Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib. 2021-ci ilin mart ayında keçirilən VII qurultay isə partiyanın həyatında yeni mərhələnin başlanğıcıdır. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. YAP-ın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxışı zamanı Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər saldı, qarşıda duran vəzifələri diqqətə çatdırdı, mühüm fikirlər səsləndirdi. Dövlətimizin başçısı da qeyd etdi ki, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.

Yeni proqramında isə Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub. Bunlar aşağıdakılardan ibarədir: Heydər Əliyev yolu; Müstəqillik; Azərbaycançılıq; Dövlətçilik; Qanunun aliliyi; Varislik və təkamül; Konstruktiv əməkdaşlıq və dialoq; Sosial ədalət və insan amili; Multikultural cəmiyyət; Demokratik ənənələrin inkişafı.

Bütövlükdə, Yeni Azərbaycan Partiyası ötən 31 il ərzində böyük inkişaf yolu keçib. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi isə Yeni Azərbaycan Partiyasının da zəfərlər partiyası olduğunu təsdiqləyir. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da müstəqil Azərbaycanın həyatında ölkəmizin avanqard siyasi qüvvəsi olaraq mühüm rol oynayacaq!

Oxunub: 10165
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

16-09-2023, 11:32

ALLAHIN qismətindən asılı ömür yolu - Musa müəllim [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

15-09-2023, 11:19

Hüseyn müəllim vəzifəsini şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

18-09-2023, 12:42

“Tərəqqi” medalı, vəzifəsini şərəflə yerinə yetirən Həzərxan Əbilov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

26-09-2023, 06:30

Şəfalı Əllər sahibi Abbasqulu Səfərov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

3-10-2023, 10:35

Ağsuda təhsil uğurla inkişaf edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
Bakının bir sıra yollarında endirilən sürət həddi bərpa edilib
"Nestle" uşaq qidalarında təhlükəli bakteriya - Məhsullar Azərbaycana idxal olunubmu? - VİDEO
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Azərbaycanda 4 min manata katibə, 5 min manata isə kuryer axtarılır
Hadisə
Bugün, 09:00
Bakıda qumardan 20 milyon əldə ediblər - gizli ofislər, kriptovalyuta və lüks avtomobillər
Dün, 14:00
Müəllimi güllələyən şagirdlə bağlı yeni detal - Atası icra hakimiyyətində...
Dün, 12:30
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
Dün, 11:46
Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var
Dün, 11:22
Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı
Dün, 11:19
Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı
Son xəbərlər
  • Bugün, 09:49
    Separatçı canilərin mühakiməsi, Zatulinin yaramazlığı, Kremlin qarnının sancısı
  • Bugün, 09:45
    Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
  • Bugün, 09:11
    Avropa İttifaqı Ankaraya yaxınlaşır
  • Bugün, 09:00
    Bakıda qumardan 20 milyon əldə ediblər - gizli ofislər, kriptovalyuta və lüks avtomobillər
  • Dün, 21:36
    İlham Əliyev Vüsal Nəsirliyə yüksək vəzifə verdi - FOTO
  • Dün, 21:31
    Prezident Saleh Məmmədovu vəzifəsindən azad etdi
  • Dün, 16:00
    Azərbaycanda “yastıq altına” daha dollar yığmırlar - SƏBƏB BU İMİŞ
  • Dün, 15:30
    Pomidor indi yaydakından ucuzdur - SƏBƏB
  • Dün, 14:22
    Rusiyadan Paşinyana yenə HƏDƏ - Referendum yaxınlaşdıqca...
  • Dün, 14:00
    Müəllimi güllələyən şagirdlə bağlı yeni detal - Atası icra hakimiyyətində...
  • Dün, 12:30
    Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
  • Dün, 12:25
    Prezident iranlı naziri qəbul etdi - Fotolar
  • Dün, 11:46
    Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var
  • Dün, 11:22
    Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı
  • Dün, 11:19
    Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı
  • Dün, 11:14
    “İdrak” liseyində şagird müəllimi güllələdi - Direktordan açıqlama-Yenilənib
  • Dün, 11:01
    Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzindədir
  • Dün, 10:55
    “Əsrin fəlakəti”nin ildönümündə yenidən zəlzələ oldu
  • Dün, 10:23
    Epşteynin ölüm gecəsi onun yaxınlığında sirli bir fiqur aşkar edilib
  • Dün, 10:20
    Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
  • Dün, 09:53
    Vens bu gün Bakıya gəlir? – Tarixi səfərdən ƏSAS gözlənti
  • Dün, 09:48
    Abbas Əraqçı ABŞ-la nüvə danışıqları üçün Maskata gəldi – gərginlik son həddə
  • Dün, 09:42
    ABŞ Gürcüstanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir
  • Dün, 09:38
    Qurğuşundan qızıl yaratdılar: Minilliklərlə davam edən arzu gerçəkləşir?
  • Dün, 09:34
    ABŞ-nin İrandakı səfirliyindən çağırış: ölkəni bu yolla tərk edin
  • Dün, 09:11
    Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
  • Dün, 09:00
    Əbu-Dabi-2025-dən Əbu-Dabi-2026-dək: Sülhün bərqərar olunması üçün verilən töhfəyə görə mükafat - VİDEO
  • 5-02-2026, 16:00
    Xamenei İranın daha çox hansı silahdan qorxduğunu açıqladı - HEYRƏTAMİZ ETİRAF
  • 5-02-2026, 15:30
    Bitki yağlarının gizli fərqləri - XƏBƏRDARLIQ
  • 5-02-2026, 15:26
    Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edildi
  • 5-02-2026, 15:23
    Levon Mnatsakanyan, David Babayan, Davit İşxanyan və David Manukyan da ömürlük azadlıqdan məhrum edildi - YENİLƏNİB
  • 5-02-2026, 14:22
    Avropa narahatdır: Ukrayna məsələsi NATO-da parçalanma yaradır
  • 5-02-2026, 13:11
    Arayik və digərlərinə hökm oxunur
  • 5-02-2026, 12:31
    Ruslar Donbasın işğalı üçün daha 800.000 əsgər itirməlidir - Zelenski
  • 5-02-2026, 12:22
    Kremldən İrəvana XƏBƏRDARLIQ: Avropa İttifaqını seçərsə…
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə