• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanın uğuru [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

12-03-2024, 11:48

Azərbaycanın uğuru


Gədəbəy rayonu Slavyanka kənd 2-saylı Xitab İsmayılov adına tam orta məktəbinin direktoru Fərhad Ələkbərov - “Bu seçkilər bir daha göstərdi ki, bu gün Azərbaycan iqtidarı tərəfindən aparılan siyasi kursa alternativ yoxdur. Bunun da çox sadə səbəbləri var. Son illər ərzində ölkəmizdə müşahidə olunan inkişaf, əlbəttə ki, insanları inandırır. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır… Biz sabitlik şəraitində yaşayırıq, görün, bizim ətrafımızda hansı proseslər baş vermişdir - müharibələr, qaçqınların axını, çevrilişlər, vətəndaş qarşıdurması, böhranlar. Ölkələr parçalandı, demək olar ki, bəzi ölkələrin coğrafi sərhədləri real vəziyyəti əks etdirmir, yəni, bu ölkələr, sadəcə olaraq, xəritələrdə öz suverenliyini və ərazi bütövlüyünü saxlayırlar. Əslində, çoxdan itiriblər, çoxdan bölünüblər tayfalara, təriqətlərə, müxtəlif bölgələrə. Bizim qonşuluğumuzda nə qədər acınacaqlı proseslər, inqilablar gedib. Hansı inqilab kimə xeyir gətirib? Ancaq ziyan, ancaq problemlər, ancaq qarşıdurma və bu qarşıdurmalar davam edir. İndi postsovet məkanına və Azərbaycanın vəziyyətinə baxın.” Dövlət başçısı İlham Əliyevin altıncı çağırış Milli Məclisin 10 mart 2020-ci il tarixindən keçirilən ilk iclasında söylədiyi bu fikirlər sabitlik amilinin hər bir ölkənin inkişafında əsas faktor olduğunu təsdiqlədi.

Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, sabitlik olmadan hansısa sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq mümkün deyil. Təbii ki, bu gün Azərbaycanın ən islahatçı ölkə kimi nüfuz qazanmasında yaradılan möhkəm təməl əhəmiyyətli rol oynayır. Dövrün tələblərinə uyğun olaraq islahatların dərinləşdirilməsi ölkəmizin dayanıqlı inkişafında öz sözünü deyir. Məlum olduğu kimi, 2019-cu ilin sonlarında Yeni Azərbaycan Partiyası ölkədə gedən islahatlar prosesinin qanunvericilikdə də öz əksini tapması üçün Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs əsasında prosedur qaydalarına uyğun olaraq atılan addımların nəticəsində 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi.

Həmin il martın 10-da keçirilən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası əvvəldə də qeyd etdiyimiz kimi, ötən illərin uğurları, qazanılan təcrübənin fonunda yeni parlamentin qarşısında dayanan çağırışların təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, altıncı çağırış Milli Məclis də uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək: “Hesab edirəm ki, seçkilərdən sonrakı proseslər müsbət istiqamətdə inkişaf edəcək. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır.”

Azərbaycan ilk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçərək bu istiqamətdə davamlı addımlar atır. Demokratikləşmə prosesinin sürətləndirilməsi sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Ölkəmiz iqtisadi və siyasi islahatların vəhdətliyini təmin etməklə hərtərəfli inkişafa stimul verir.

Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu nəzərə alsaq, dövlətimizin insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atdığı biri-birindən əhəmiyyətli addımlar beynəlxalq səviyyədə təqdir edilir. İnsan amili dövlət siyasətinin əsasıdır.

Siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi də son 20 ildən artıq dövrün diqqətdə olan məsələləri sırasındadır. “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildi. Bu məqamı da xüsusi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında belə bir çağırışı da diqqətə çatdırmışdır ki, islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcək. Deputatlar qarşısında qanunvericilik sahəsində böyük vəzifələr durur. Çünki parlamentin əsas işi qanunvericilikdir: “Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır.”

Həmçinin “Media haqqında” Qanun qəbul edildi. Təkcə iki qanunun əsasında bu fikri qeyd edə bilərik, bəzən sənədlərə dövrün tələblərinə uyğun olaraq əlavə və dəyişikliklər edilsə də, artıq müəyyən zamanda yenin qanunun qəbuluna zərurət duyulur. Həmin qanunların qəbul edildiyi dövrün reallıqları ilə hazırkı dövr tamamilə fərqli olduğu üçün belə bir zərurətin reallığa çevrilməsi qaçılmazdır.

Azərbaycanın hazırda inkişafın hansı mərhələsində olduğu göz qabağındadır. Ölkəmiz tarixi Zəfəri ilə yeni reallıqlar yaradıb. Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Qarşıda yeni çağırışlar, vəzifələr dayanır. Onların icrası islahatlar prosesinin daha da dərinləşdirilməsini bir zərurət kimi qarşıya qoyur. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan daim təkmilləşməyə, yeniliklərə xüsusi önəm verir. Daim yeni təcrübələrin ölkəmizdə də tətbiqinə maraq göstərir və bunu atdığı addımları ilə təsdiqləyir. Cəmiyyətin idarə olunmasında, ölkəmizin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayan qanunlarımızda da bu təkmilləşmənin həyata keçirilməsi, yaxud yeni sənədin qəbulu bir tələb kimi qarşıda dayanır.

Cənab İlham Əliyev sözügedən proqram xarakterli çıxışında bu məqamı da böyük əminliklə qeyd etmişdir: “Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Əminəm ki, Azərbaycan parlamenti bu işdə fəal olacaq.”

2020-ci ilin 10 mart tarixindən ötən 4 ilin qısa təhlili bu qənaətə əsas verir ki, dövlət başçısının qarşıya qoyduğu hədəflərə doğru atılan addımlar sistemli xarakter daşıyır. Azərbaycan islahatçı ölkə kimi qazandığı imicə daim yeni əlavələr edir. Dövlət başçısı İlham Əliyev həmin çıxışında bu çağırışı da etmişdir ki, ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.

Oxunub: 10137
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

6-09-2023, 10:51

Fərhad Səfərov: Təhsilin inkişafı diqqət mərkəzindədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

9-03-2024, 11:33

Nisə İsmayılova vəzifəsini şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

11-03-2024, 11:02

Svetlana Qasımovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

14-02-2024, 13:24

Gülbikə Məmmədova: Yeni dövrün yeni hədəflərinə doğru [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

4-09-2023, 15:30

Paşinyan öz aləmində siyasi gedişlər edir... - Qatar isə çoxdan hərəkətdədir... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə