Nisə İsmayılova vəzifəsini şərəflə yerinə yetirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
9-03-2024, 11:33
Mübaliğəsiz demək olar ki, Gədəbəy rayon Maarif kənd tam orta məktəbinin direktoru Nisə İsmayılova ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Gədəbəy rayon Maarif kənd tam orta məktəbinin direktoru Nisə İsmayılova Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Nisə İsmayılova Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Gədəbəy rayon Maarif kənd tam orta məktəbinin direktoru Nisə İsmayılova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Nisə İsmayılovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Nisə İsmayılova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gədəbəy rayon Maarif kənd tam orta məktəbinin direktoru Nisə İsmayılovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Gədəbəy rayon Maarif kənd tam orta məktəbinin direktoru Nisə İsmayılova - Bu gün ölkə Prezident İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu siyasi diplomatiyanın məntiqi nəticəsi kimi ölkəmizdə siyasi sabitlik mövcuddur və bu da ölkəmizin yaratdığı yeni siyasi reallıqlarla qarşıda yeni vəzifələri, hədəfləri müəyyənləşdirir. Ölkəmizdə müstəqil, demokratik Azərbaycan Respublikasının qurucusu, memarı Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyası və xalqımızın maraqlarına xidmət edən dövlətçilik prinsipləri ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bütün sahələrdə olduğu kimi ölkəmizdə keçirilən seçki kompaniyalarında da şəffaflıq və demokratik prinsiplər əsas istiqamət kimi götürülmüşdür. Qeyd edək ki, keçirilmiş bütün seçki kompaniyalarında Yeni Azərbaycan Partiyası böyük səs çoxluğu ilə qələbə qazanmışdır. Bu qələbənin əsas səbəbi ölkəmizdə mövcut olan xalq-iqtidar birliyi, xalqın dövlətimizə olan inam və etibarıdır. 2020-ci ilin mart ayının 10-da ölkə Prezident İlham Əliyevin VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı mühüm və yadda qalan məqamlardan biri idi. Prezident İlham Əliyev 10.03.2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı dövlətimizdə xalqın maraqlarına xidmət edən sosial siyasətin əhəmiyyətindən və bu istiqamətdə qarşıda duran prioritet istiqamətlərdən bəhs edərək bildirmişdir ki, “Azərbaycan sosial dövlətdir və bizim atdığımız bütün addımlar bunu təsdiqləyir. Təkcə keçən il mənim təşəbbüsümlə reallaşan sosialyönümlü paket 4,2 milyon insanı əhatə edir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması, əlbəttə ki, böyük iqtisadi mənbə tələb edir və bunu da biz yaradırıq. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır.” Bu istiqamətdə işlər bu gündə uğurla davam etdirilməkdədir. Ölkəmizdə vətəndaşların sosial rifah halının yaxşılaşdırılması Azərbaycanın dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev öz fəaliyyəti ilə Ümummilli lider ideyalarının layiqli davamçısı olduğunu bir daha təsdiq etmişdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır". Ölkə Prezidenti İlham Əliyev əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində hər zaman mühüm addımlar atır. Xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizdə sağlam siyasi mühitin mövcudluğunu Prezident İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş siyasi dövlət strategiyası təşkil edir.