Sabirabad rayonunun Moranlı kəndində uzun illərdir ki, öz dürüstlüyü, xalqla səmimi davranışı və idarəçilik bacarığı ilə seçilən bir şəxs yaşayır – bu şəxs kənd ərazi icra nümayəndəsinin müavini vətəndaş Daşqın İbrahimovdur. O, yalnız bir vəzifə sahibi deyil, eyni zamanda kəndin sosial nəbzini tutan, əhalinin gündəlik qayğılarını özünün şəxsi məsuliyyəti kimi qəbul edən, dövlətə sədaqətlə xidmət edən bir ziyalı və fəal ictimai xadimdir.
Daşqın İbrahimov, dövlət başçısı cənab İlham Əliyevin regionların inkişafı ilə bağlı müəyyən etdiyi strateji xəttə dərindən bələd olan və onu yerli səviyyədə dəqiqliklə həyata keçirən idarəçi kimi tanınır. O, Moranlı kəndində həyata keçirilən bütün sosial-iqtisadi layihələrin önündə durur, kəndin abadlaşdırılması, kommunal infrastrukturun yenilənməsi, yeni yolların çəkilməsi, ictimai sahələrin inkişaf etdirilməsi işlərinə xüsusi diqqət ayırır.
Xüsusilə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına olan diqqəti onun vətənpərvər mövqeyinin bariz nümunəsidir. O, Vətən müharibəsində canını fəda etmiş igidlərin xatirəsinin yaşadılması və ailələrinin daim diqqətdə saxlanması üçün könüldən çalışan bir dövlət qulluqçusudur. Daşqın İbrahimov təkcə inzibati vəzifə daşımaqla kifayətlənmir – o, kənd camaatının sevinci ilə sevinən, dərdi ilə dərdlənən əsl vətəndaşdır.
Moranlı kəndinin sosial və mənəvi həyatında onun rolu əvəzolunmazdır. O, məktəblərdə gənclərlə vətənpərvərlik mövzusunda görüşlər keçirir, ağsaqqallar və ziyalılarla birlikdə kəndin birliyini və həmrəyliyini möhkəmləndirmək üçün davamlı təşəbbüslərlə çıxış edir. Eyni zamanda, aztəminatlı ailələrin, tənha ahılların və əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər onun insanpərvərliyinin göstəricisidir.
Daşqın İbrahimovun fəaliyyəti bir daha sübut edir ki, vəzifə sadəcə imtiyaz deyil, böyük məsuliyyət, fədakarlıq və xalqa xidmət deməkdir. Onun həyat yolu və fəaliyyəti dövlətə sədaqətin, xalqa xidmətin və vicdanlı idarəçiliyin canlı nümunəsidir.