Sabirabad rayonunun ən abad və sürətlə inkişaf edən kəndlərindən biri olan Nizami kəndi, müasir infrastruktur layihələri, abadlıq işləri və sosial rifahın yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərlə seçilir. Bu inkişafın arxasında isə dövlətin göstərdiyi qayğı ilə yanaşı, kəndin idarəçiliyini üzərinə götürən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Nizami kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elbrus Əhmədovun fədakar əməyi dayanır.
Elbrus Əhmədov rəhbərlik etdiyi ərazidə kənd təsərrüfatının inkişafı, sosial rifahın yüksəldilməsi, abadlıq və quruculuq işlərinin aparılması istiqamətində mühüm işlər görməkdədir. Onun kənd sakinləri ilə sıx ünsiyyətdə olması, onların problemlərinin həllinə operativ yanaşması, sakinlərin sosial-iqtisadi rifahını yüksəltmək üçün gördüyü işlər yüksək qiymətləndirilir. Nizami kəndinin yollarının əsaslı təmiri, yeni su və qaz xətlərinin çəkilməsi, elektrik enerjisinin dayanıqlılığının təmin edilməsi, məktəb və tibb məntəqələrinin müasirləşdirilməsi onun rəhbərliyi altında həyata keçirilən uğurlu layihələrdən yalnız bir neçəsidir.
Eyni zamanda, Elbrus Əhmədov şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı ilə yanaşan rəhbərlərdən biridir. O, daim onların yanında olmaq, onların sosial problemlərinin həllinə dəstək vermək, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün müxtəlif təşəbbüslər göstərmək kimi yüksək insani keyfiyyətlər nümayiş etdirir. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün kənddə memorial lövhələrin qoyulması, onların ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması və ehtiyaclarının qarşılanması istiqamətində mühüm addımlar atır.
Bundan əlavə, kənd təsərrüfatı və balıqçılığın inkişaf etdirilməsi sahəsində də Elbrus Əhmədovun təşəbbüsləri xüsusi vurğulanmalıdır. Nizami kəndi tarixən kənd təsərrüfatı ilə məşğul olan insanların yaşadığı bir ərazi olduğu üçün o, kənd sakinlərinin əkinçilik, heyvandarlıq və balıqçılıq sahəsində daha yüksək məhsuldarlıq əldə etmələri üçün müxtəlif dəstək proqramlarının icrasına çalışır. Kənddə müasir suvarma sistemlərinin qurulması, fermerlərə güzəştli kreditlərin alınmasına kömək göstərilməsi, həmçinin kənd təsərrüfatı texnikasının yenilənməsi istiqamətində əhəmiyyətli işlər görülməkdədir. Bunun nəticəsində əkin sahələrinin məhsuldarlığı artmış, kəndin iqtisadi durumu daha da möhkəmlənmişdir.
Balıqçılıq sahəsində də kəndin imkanları genişləndirilmiş, yeni süni balıq göllərinin yaradılması üçün layihələr həyata keçirilmişdir. Bu, kənd əhalisinin həm məşğulluq səviyyəsini artırmış, həm də yerli bazarlara keyfiyyətli balıq məhsullarının çıxarılmasına şərait yaratmışdır.
Elbrus Əhmədovun rəhbərliyi altında kənddə gənclərin təhsilə və idmana yönləndirilməsi, yeni istirahət və əyləncə məkanlarının salınması, ekoloji təmiz ərazilərin qorunması və geniş yaşıllaşdırma tədbirlərinin görülməsi istiqamətində də işlər uğurla davam etdirilir. O, kənddə yaşayan insanların rifahını yüksəltməklə yanaşı, gələcək nəsillər üçün daha rahat və gözəl bir yaşayış mühiti yaratmaq üçün yorulmadan çalışır.
Baharın nəfəsini, Novruzun ruhunu özündə əks etdirən Yel Çərşənbəsi münasibətilə Elbrus Əhmədovu və Nizami kəndinin bütün sakinlərini səmimi qəlbdən təbrik edirik! Yel Çərşənbəsinin rüzgarı həyatınıza yenilik, bolluq və firavanlıq gətirsin. Qoy, bu çərşənbənin bərəkəti bol olsun, hər evə sevinc, ruzi və uğurlar gətirsin!
Allah sizi daim işinizdə uğurlu etsin, kəndin abadlaşması və insanlarımızın rifahının yüksəlməsi yolunda yeni-yeni nailiyyətlər bəxş etsin. Novruz bayramınız mübarək!