Sabirabad rayonunun Azadkənd kənd inzibati ərazi dairəsi daim dinamik inkişafı, abadlaşan məhəllələri, yenilənən infrastrukturu və sosial rifahın yüksəlməsi ilə seçilir. Bu inkişafın arxasında isə fədakar rəhbərlərin, öz işinə vicdanla yanaşan vətənpərvər insanların əməyi dayanır. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Azadkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamran Əmənov məhz belə rəhbərlərdən biridir.
Kamran Əmənov, rəhbərlik etdiyi ərazidə sakinlərin rifahının yüksəldilməsi, kəndin abadlaşdırılması, sosial problemlərin həll edilməsi və dövlət proqramlarının icrası istiqamətində yorulmadan çalışan vətəndaşpərvər bir insandır. O, kənddə yeni infrastruktur layihələrinin həyata keçirilməsi, yolların və sosial obyektlərin təmir olunması, yaşıllaşdırma işlərinin aparılması və əhalinin kommunal şəraitinin yaxşılaşdırılması üçün böyük əzmkarlıqla fəaliyyət göstərir.
Təkcə infrastruktur sahəsində deyil, həm də sosial və ictimai məsələlərdə fəal iştirak edən Kamran Əmənov, şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı göstərir. Onların məişət problemlərinin həll olunması, xatirələrinin əbədiləşdirilməsi üçün müxtəlif təşəbbüslər irəli sürür və daim onların yanında olur. O, sakinlərlə mütəmadi görüşlər keçirir, onların problemlərini dinləyir və həll yollarını tapmaq üçün bütün imkanlarını səfərbər edir.
Azadkəndin daha da abadlaşması, sakinlərin rahat yaşayışı üçün görülən işlər onun peşəkar və məsuliyyətli rəhbər olduğunu bir daha sübut edir. Kamran Əmənovun rəhbərliyi ilə kəndin sosial-iqtisadi inkişafı, təhsil və səhiyyə obyektlərinin yenilənməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm işlər görülməkdədir.
Kamran Əmənovu və Azadkənd sakinlərini Yel Çərşənbəsi münasibətilə ürəkdən təbrik edirik! Bu mübarək çərşənbənin rüzgarı həyatınıza xoşbəxtlik, bol ruzi və yeni uğurlar gətirsin. Allah bütün işlərinizdə sizə kömək olsun, daim belə uğurlu və məsuliyyətli fəaliyyətinizlə xalqımıza xidmət edəsiniz. Qarşıdan gələn Novruz bayramınız mübarək!