Qusar şəhər Uşaq İncəsənət məktəbin şagirdləri Qusar Heydər Əliyev Mərkəzinin təşşəbüsü ilə 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirib.Tədbir maraqlı bayram proqramı ilə davam etdirildi. Şəhlikdə uşağlara yeni il hədiyyərləri paylanmışdır.
Qusar rayon Uşaq İncəsənət Məktəbinin direktoru Reyhan xanım Baxışova öz zəngin təcrübəsi, fədakarlığı və yüksək peşəkarlığı ilə rayonun mədəniyyət həyatında mühüm rol oynayır. Onun rəhbərliyi ilə məktəb Qusarın gənc istedadlarının yetişdirilməsi, incəsənət sahəsində peşəkar kadrların hazırlanması və xalq mədəniyyətinin qorunub saxlanılması istiqamətində böyük uğurlara imza atıb.
Reyhan xanımın rəhbərliyi dövründə məktəbin fəaliyyəti xeyli genişlənmiş, tədrisin səviyyəsi artırılmış və şagirdlərin uğurları ilə məktəb yalnız Qusar rayonunda deyil, respublika miqyasında tanınmışdır. Onun təşəbbüsü ilə məktəbdə müxtəlif incəsənət festivalları, sərgilər və müsabiqələr təşkil olunur ki, bu da uşaqların yaradıcı potensialını üzə çıxarmaq üçün gözəl imkanlar yaradır. Şagirdlərin qazandığı yüksək nailiyyətlər, müxtəlif beynəlxalq və respublika müsabiqələrində əldə etdiyi mükafatlar Reyhan xanımın böyük zəhmətinin və peşəkarlığının nəticəsidir.
Reyhan xanım həmçinin incəsənət təhsilində yeniliklərə açıq və innovativ yanaşması ilə tanınır. O, gənclərə yalnız musiqi, rəsm və digər incəsənət sahələrini öyrətməklə kifayətlənmir, həm də onlarda milli-mənəvi dəyərlərə və mədəniyyətə hörmət hissi aşılamağa çalışır.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Reyhan xanım Baxışova bu əlamətdar bayramın mənəvi dəyərindən bəhs edərək deyir: “Həmrəylik Günü hər bir azərbaycanlının ürəyində və həyatında xüsusi bir yer tutur. Bu gün, milli birliyimizi, mədəni irsimizi və xalqımızın dəyərlərini daha da gücləndirmək üçün gözəl bir fürsətdir. Bizim borcumuz, bu dəyərləri gənc nəsillərə ötürərək onların ürəklərində milli qürur hissini yaşatmaqdır. İncəsənət bu həmrəyliyin ifadə vasitələrindən biridir və uşaqlarımızın bu sahədə uğur qazanması, Azərbaycan adını beynəlxalq arenada ucaldatması bizim üçün böyük fəxrdir.”
Reyhan xanım Baxışova öz işinə olan sevgisi, uşaqlara və incəsənətə göstərdiyi qayğısı ilə Qusarın mədəniyyət həyatına əvəzsiz töhfələr verməyə davam edir. Onun rəhbərliyi ilə Qusar rayon Uşaq İncəsənət Məktəbi gələcəkdə də yeni uğurlarla adını tarixə yazdıracaqdır.