Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Xaçmaz Mərkəzi rayon Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Xaçmaz Mərkəzi rayon Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Səyyaf Tağıyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Səyyaf Tağıyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Körpünün uçması nəticəsində xəsarət alan şəxs xəstəxanada ziyarət olunub
Xaçmaz rayonunda 3 aşırımlı avtomobil körpünün uçması nəticəsində çökəyə düşən VAZ-2106 markalı minik avtomobildə olan 3 nəfər Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Əlisafa Abas oğlu Heybətov, Bakı şəhər sakini - 1984-cü il təvəllüdlü Efsun Əsgər oğlu Qarayev və Xaçmaz rayon sakini - 1999-cu il təvəllüdlü Elvin Tofiq oğlu Səfərəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra yaralılardan Əfsun Qarayev öz istəyi ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına təxliyyə olunub. Xəsarətləri nisbətən yüngül olan Elvin Səfərəliyevə isə ambulator müalicə təyin olunub və evə buraxılıb. Digər yaralı Əlisafa Heybətovun müayinə və müalicəsi Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov xəstəxanada müalicə alan Əlisafa Heybətovu ziyarət edib, səhhəti ilə maraqlanıblar. Əlisafa Heybətova şəfalarını diləyiblər. Həkimlər xəsarət alan rayon sakininin həyatı təhlükəsi olmadığını bildiriblər.