Bizim təcrübə və sizin etibarınız bizi Azərbaycanın ən güclü banklarından biri edir! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
18-09-2023, 11:27
Missiyamız: Yeniliklərə açığıq Hər zaman yeni yanaşmaları sınayırıq. Müştərilərimizin bank təcrübələrini daim inkişaf etdirəcək rəqəmsal həllərə üstünlük veririk.Biz yeniliklərə açıq peşəkar komanda ilə əhali və sahibkarların bank təcrübələrini yeniləmək üçün çalışırıq. Müştərilərimizlə birgə Azərbaycanda maliyyə xidmətlərinə yeni imkanlar və ideyalar gətirir, çevik və şəffaf xidmətimizlə onların daha çox uğur əldə etməsinə töhfə veririk.
Baxışımız: Sadə və əlçatan maliyyə həlləri təqdim etməklə əhali və sahibkarların gündəlik həyatını asanlaşdıran etibarlı tərəfdaş olmaq.
Eyni məqsəd üçün çalışırıq: Təşəbbüs göstərir və ümumi məqsədlərimizə çatmaq üçün əməkdaşlıq edirik. İşimizi qarşılıqlı inam və məsuliyyət üzərində qururuq.
Sadəliyi üstün tuturuq: Ünsiyyətimizi sadə, xidmət və proseslərimizi rahat edən həll yolları seçirik.
Yeniliklərə açığıq: Hər zaman yeni yanaşmaları sınayırıq. Müştərilərimizin bank təcrübələrini daim inkişaf etdirəcək rəqəmsal həllərə üstünlük veririk.
Öncə müştəri: Hər addımımızda müştərilərimizi və onların gözləntilərini nəzərə alırıq. Hədəfimiz etibarlı, uzunmüddətli və dayanıqlı əməkdaşlıq qurmaqdır.
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - "Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Anar Həsənov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Anar Həsənov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
"Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Anar Həsənovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Anar Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.