Mayası vətənpərvərliklə, halallıqla yoğrulan gözəl insan Aristokrat Tibb Mərkəzinin rəhbəri Rəhim Əliyev [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
20-08-2023, 10:43
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Aristokrat Tibb Mərkəzinin rəhbəri Rəhim Əliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Aristokrat Tibb Mərkəzinin rəhbəri Rəhim Əliyevdir.
Aristokrat Tibb Mərkəzinin rəhbəri Rəhim Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Rəhim Əliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Rəhim Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Aristokrat Tibb Mərkəzinin rəhbəri Rəhim Əliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Aristokrat Tibb Mərkəzinin rəhbəri Rəhim Əliyev - Güclü Azərbaycanla heç kim diqtə ilə danışa bilməz. "BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bir daha Azərbaycanın dünyada nüfuzunu, Ermənistan diplomatiyasının isə tam iflasını göstərdi. Məlumdur ki, son zamanlar Ermənistan, а dünyadakı erməni diasporu və lobbisi, eləcə də bütün ermənipərəst dairələr bütün imkanlarını ölkəmizə qarşı yönəltmişdilər. Məqsəd o idi ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sənəd qəbul olunsun. Amma bu cəhdlər nəticəsiz qaldı. Təhlükəsizlik Şurasının iclasında heç bir sənəd qəbul olunmadı. Sadəcə, çıxışlar oldu və bununla da şura işini bitmiş hesab etdi".
Bu toplantı Ermənistan üçün növbəti fiasko oldu. Ötən ilin dekabrında da Fransa və Ermənistanın Laçın yolu məsələsinin BMT TŞ-da qaldırılması cəhdi olmuşdu. Həm o zaman, həm də indi bu cəhdlər nəticəsiz qaldı. Artıq Ermənistan və havadarları ikinci dəfə iflasa uğradılar.
Toplantıda hamı Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdi və Ağdam yolunun açılmasını vacib saydı, Azərbaycanın yerində vəziyətə nəzarət etməsi faktını - reallıqları qəbul etdi. 44 günlük Vətən müharibəsində Azərbaycan qalib dövlət olaraq regionda yeni reallıqlar yaradıb. Hər kəs bu reallığı qəbul edib. Qalib Azərbaycan müharibədən sonra beynəlxalq münasibətlər sistemində nüfuz və gücünü əhəmiyyətli dərəcədə artırıb. Ona görə də, belə müzakirələrə ehtiyac yox idi, məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. Çünki ermənilər Azərbaycana qarşı beynəlxalq platformalarda hansısa əsaslı sənədlər qəbul etdirmək iqtidarında deyil. Qeyri - ciddi təşkilatların qəbul etdiyi sənədlərin hüquqi qüvvəsi yoxdur və sadəcə reallıqdan uzaq kağız parçasıdır. Dünyanın ən böyük təşkilatı olan BMT Təhlükəsizlik Şurası isə Azərbaycana qarşı əsassız sənəd qəbul edə bilməzdi. Çünki beynəlxalq hüquq məhz bizim tərəfimizdədir.
Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır. Ermənistanla sülh sazişi imzalamaq təşəbbüsü də ölkəmizə məxsusdur. Amma bundan sonra Ermənistan necə sülhdan danışacaq bilinmir. Qarabağ ermənilərisə anlamalıdılar ki başqa yol yoxdur - onlar Azərbaycanın şərtləri əsasanda danışıqlara getməlıdır. Qarabağ ermənilərinin gələcəyi Azərbaycana reinteqrasiyadan asılıdır.
Beləliklə, BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bir daha Azərbaycanın diplomatik gücünü göstərdi. Beynəlxalq hüquq, haqq və ədalət Azərbaydanın tərəfindədir. Ən əsası Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ən qüdrətli dövrünü yaşayır. Güclü Azərbaycanla heç kim diqtə ilə danışa bilməz!