Allahverdi Bəylərov: 150 çarpayılılıq Salyan rayonlararası Psixiatriya xəstəxanası vətəndaşlara yüksək səviyyədə xidmət göstərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
11-08-2023, 10:25
150 çarpayılılıq Salyan rayonlararası Psixiatriya xəstəxanası 1963 cü ildən fəaliyyət göstərir. Xəstəxana Salyan rayon sakinləri ilə yanaşı Biləsuvar, Neftçala, Hacıqabul, Ucar, Zərdab, Ağsu, Saatlı, Sabirabad rayonlarını və Şirvan şəhərinin sakinlərinə tibbi xidmət göstərir.2013-cü ildə xəstəxana üçün 100 çarpayıq yeni korpus tikilib istifadəyə verilmişdir. Xəstəxanada kişi və qadın şöbələri vardır. Xəstəxanada 176 nəfər işçisi çalışır ki, onlardan 6-sı həkim, 40-sı orta tibb işçisi və 130-u kiçik tibb və digər işçilər təşkil edir.
2022-ci ildə xəstəxanaya 761 xəstə müraciət etmiş, 651 xəstə evə yazılmışdır. 37762 çarpayı günü keçirilmişdir.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Salyan rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Allahverdi Bəylərovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Salyan rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Allahverdi Bəylərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Allahverdi Bəylərovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Allahverdi Bəylərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Salyan rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Allahverdi Bəylərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Salyan rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Allahverdi Bəylərov - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün istiqamətlərdə olduğu kimi informasiya cəbhəsində də Azərbaycan Respublikasının maraqlarını müdafiə etmək üçün hər zaman qətiyyətlə və əzmlə mübarizə aparır. Ölkə başçımız həm 44 günlük Vətən müharibəsi dövründə, həm də tarixi Zəfərimizdən sonrakı dövrdə dünyanın aparıcı televiziya kanallarına çoxsaylı müsahibələr vermişdir. Prezident İlham Əliyev öz müsahibələrində həmişə Azərbaycanın beynəlxalq hüquq normalarına söykənən ədalətli mövqeyini tutarlı faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bütün bunlar isə Ermənistanın ölkəmizə qarşı apardığı saxta informasiya təbliğatının qarşısının alınmasında çox önəmli rol oynayır. Azərbaycan haqlı tərəfdir və haqq səsimiz də dövlət başçımız tərəfindən dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
22 iyul 2023-cü il tarixində Şuşada “Euronews” televiziya kanalına Prezident İlham Əliyevin verdiyi müsahibədə Ermənistan cəmiyyətinə ünvanlanmış önəmli mesajlar var idi. Ölkə başçımız Azərbaycanın Ermənistan ilə apardığı sülh danışıqlarının gedişatı barədə ətraflı məlumat verdi və qeyd etdi ki, yekun sülh beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq imzalanmalıdır. Azərbaycanla Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr qurulanda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların öz doğma ata-baba torpaqlarına qayıtmaq hüququ var. Ermənistan dövləti soydaşlarımızın bu hüququnu tanımalıdır. Həmçinin də erməni icması Azərbaycan tərəfinin və beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Ermənistan həqiqətən sülh istəyirsə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmalıdır.
“Euronews” televiziya kanalına verilən müsahibədə dövlət başçısı İlham Əliyev tərəfindən səsləndirilən digər bir mühüm mesaj ondan ibarət oldu ki, ermənilər üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Ermənistanın bu gerçəyi anlaması və qəbul etməsi Cənubi Qafqazda qalıcı sülhə doğru atılmış mühüm addım olar. Faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunun tikintisi başlayanda, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında müsbət istiqamətdə təmaslar olmuşdu. Belə təmaslar isə sülh prosesinə müsbət töhfələr verir və qarşılıqlı etimad mühiti yaradır.
Qarabağda yaşayan etnik ermənilər bir həqiqəti də başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Azərbaycanda müxtəlif etnik azlıqların nümayəndələri sərbəst şəkildə yaşayırlar və onlar Azərbaycan cəmiyyətinin bir parçasıdırlar. Azərbaycan bayrağı altında yaşamağa hazır olan, Azərbaycan qanunlarına hörmətlə yanaşan hər bir vətəndaşın təhlükəsizliyi, hüquq və azadlığı Azərbaycan dövləti tərəfindən lazımi səviyyədə təmin ediləcəkdir.