• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qərbi tamamilə geridə qoyacaq təşkilat: Yeni təşəbbüs Azərbaycana nə vəd edir? [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

22-08-2024, 09:16

Qərbi tamamilə geridə qoyacaq təşkilat: Yeni təşəbbüs Azərbaycana nə vəd edir?


Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Həmçinin, Rusiya Prezidenti Vladimir Putin avqustun 19-da Azərbaycana dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevi Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində "autriç" (müşahidəçi) formatında görüşə dəvət edib.

Qeyd edək ki, BRICS 2006-cı ildə yaradılıb və Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib. Onu da qeyd edək ki, BRICS kollektiv Qərbə alternativdir və onun gələcək illərdə iqtisadi baxımdan Qərbi tamamilə geridə qoyacağı istisna edilmir.

Bəs BRICS-ə üzvlük Azərbaycana nə vəd edir? Ümumiyyətlə, bu təşkilatın qlobal imkanlarını necə dəyərləndirmək olar?

Mövzunu Oxu.Az-a dəyərləndirən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, dünya iqtisadiyyatının təxminə 30 faizi BRICS-ə üzv olan ölkələrin payına düşür:

"Əsas məqam isə ondan ibarətdir ki, BRICS ölkələrinin iqtisadi artımı G7 ("Böyük yeddilər") ölkələri ilə müqayisədə təxminən iki dəfə daha yüksəkdir. Çünki dünyanın ən sürətlə böyüyən iqtisadiyyatlarına malik Çin və Hindistanın iqtisadi artımı G7 ölkələrindəkindən orta hesabla iki dəfə çoxdur. Ona görə də BRICS hazırda "Böyük yeddilər"i həm nominal ümumi daxili məhsula (ÜDM) görə, həm də xüsusi alıcılıq qabiliyyəti göstəricilərinə görə üstələyir.

Nəzərə alsaq ki, BRICS ölkələrinin genişlənməsi prosesi 2024-cü ildə də davam edir və bir sıra sürətlə inkişaf edən dövlətlər də təşkilata üzv olmağa çalışırlar, bu da onu deməyə əsas verir ki, bu tendensiya BRICS ölkələrinin xeyrinə daha da artacaq".

Ekspert bildirib ki, Azərbaycanın bu quruma üzv olmaq istəyi Çinlə imzalanan tərəfdaşlıq bəyannaməsində öz əksini tapıb:

"Eləcə də Rusiya ilə münasibətlərin inkişaf etməsi fonunda dövlət başçılarının yüksəksəviyyəli görüşlərində Azərbaycanın BRICS-ə üzvlüyü rəsmi olaraq bəyan edilib. Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda səfərdə olarkən Prezident İlham Əliyevi Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində "autriç" formatında görüşə dəvət edib. Təbii ki, BRICS G7 və digər beynəlxalq qurumlarla müqayisədə yeni qurum olduğuna görə onun qərar qəbul etmə, idarəçilik kimi funksiyaları da yeni formalaşmaq ərəfəsindədir. Azərbaycanın seçimini bu istiqamətdə etməsi də onun maraqlarına uyğundur. Üstəlik, BRICS-ə daxil olan ölkələrin Azərbaycanla həm münasibətləri yaxşı səviyyədədir, həm də bəziləri coğrafi cəhətdən ölkəmizdə yaxındır. Yəni BRICS Azərbaycanın strateji inkişaf istiqamətlərinə uyğundur. Eyni zamanda, bu ölkələrin sürətlə inkişaf etməsi və Azərbaycanla əməkdaşlıqlarını şaxələndirməsi ölkəmizin dayanıqlı inkişafı üçün də xüsusi əhəmiyyət kəsb edir".

"Görünən odur ki, BRICS ölkələri hazırda dolların dominantlığına qarşı vahid valyuta sisteminin formalaşdırılması, qarşılıqlı ticarətdə ölkələrin öz valyutalarından istifadə imkanları və alternativ ödəniş sistemlərinin yaradılması istiqamətində fəaliyyətlərini qururlar. Yəni bu ölkələr birgə fəaliyyət istiqamətini özündə ehtiva edən layihələrin maliyyələşdirilməsi üçün fondların formalaşdırılması və ticarətin genişləndirilməsi üçün maneələrin aradan qaldırılması istiqamətinə fokuslanıblar. Azərbaycan üçün də bu məqamların hər biri maraqlı və önəmlidir", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

Oxunub: 10127
Paylaş:
Digər xəbərlər

Siyasət

12-06-2024, 09:00

Ərdoğan ABŞ və Qərbə “tarixi dərs” verir: Türkiyə NATO və Avropa Birliyinə rəqib qütbü gücləndirir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

11-01-2024, 10:12

Dünyanın ən güclü orduları bəlli oldu: Türkiyə 3 ölkəni geridə qoydu - SİYAHI [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

6-06-2024, 09:26

Putin Qərbi hədələdi: Vura bilərik [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

6-03-2024, 13:06

İcma: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə sürükləyirlər” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

12-06-2024, 13:35

Ərdoğanla Putin görüşəcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə