• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Dəmir yumruğ”a təzədən zərurət yarana bilər - BAŞQA YOLU YOXDUR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-07-2024, 14:22

“Dəmir yumruğ”a təzədən zərurət yarana bilər - BAŞQA YOLU YOXDUR...


Xəbər verdiyimiz kimi, bugünlərdə Azərbaycan Ermənistanı rəsmən COP29 iqlim sammitinə dəvət edib. COP29-un prezidenti Muxtar Babayev bu məqsədlə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana məktub göndərib. Prezidentin köməkçisi Hikmət Hacıyev isə iki ölkə arasında diplomatik münasibətlərin olmadığı şəraitdə bu jesti “Bakının xoşməramlı və inklüziv yanaşmasının nümunəsi” adlandırıb.

Ermənistan parlamentinin müdafiə komitəsinin sədri Andranik Köçəryan bu xüsusda deyib ki, Mirzoyanın COP29 konfransında iştirakı üçün “Bakı sülh hədəfinin onun məqsədlərinin üstündə olduğunu sübut etməlidir”. O, dəvəti “normal” adlandırıb, lakin ardınca bildirib ki, Ermənistan nümayəndəsinin tədbirə qatılması üçün rəsmi Bakı öz ritorikasını dəyişməlidir. “Bakı da sülh üçün çalışmalıdır, necə ki, biz çalışırıq”, - Köçəryan sərsəmləyib.

Bakı ritorikasını niyə dəyişməlidir? Yaxud son vaxtlar sürətlə silahlanan Ermənistan doğrudanmı sülh üçün əldən gedir, Bakı isə müharibə həsrətindədir?

Məlumdur ki, Bakı sülh sənədinin imzalanması üçün Ermənistanın öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmasını, oradan Azərbaycana ərazi iddiaları ilə bağlı bəndlərin çıxarılmasını tələb edir. Görəsən, bunun harası antisülh ritorikasıdır? Belə çıxır, Bakı o vaxt sülhpərvər sayılacaq ki, bu haqlı tələbindən geri çəkilsin?

Yaxud Azərbaycanda saxlanılan separatçı quldur-terrorçuları qeyd-şərtsiz Ermənistana qaytarmalıdır ki, Köçəryan kimilərə sülhpərvər kimi görünə bilək? Ya bəlkə Bakının 4 ildir faktiki mövcud olmayan, vaxtilə erməni işğalını rəsmiləşdirməklə məşğul olmuş üzdəniraq Minsk Qrupunun rəsmən ləğvi tələbi sülhə qarşı radikallıq sayılır?

Görünən budur ki, Fransa başda olmaqla, bəzi dövlətlər kapitulyant ölkəni silahla doldurduqca ermənilərin ayağı təzədən yer almağa başlayıb. Yoxsa Köçəryanın dilindən Bakıya belə absurd şərt səslənməzdi. Ermənistan beləcə, real, ədalətli sülh müqaviləsindən hər gün bir az da uzaqlaşır. Ənənəvi erməni mahiyyəti, bu toplumun riyakarlığı və saxtakarlığı bir daha, çılpaqlığı ilə ortaya çıxmaqdadır.

Bəs erməni yalançı sülhpərvərlərin odla oyunu hara aparır? Ermənistan yenə öz ağalarına güvənib müharibənimi seçir? Ola bilərmi ki, ötən əsrin 20-ci illərindəki kimi Azərbaycanla Ermənistan arasında yenə sülh müqaviləsi imzalanmamış qalsın və bu vəziyyət növbəti dəfə, on illərlə sürsün? Proses ona doğrumu gedir?

Əlavə edək ki, bugünlərdə Türkiyənin “Cumhuriyet” nəşri ABŞ-ın bölgədə Ermənistan vasitəsilə Rusiyaya qarşı “ikinci cəbhə” açmaq imkanını nəzərdən keçirdiyini yazmışdı. Məqalə müəlliflərinin fikrincə, əvvəlcə Vaşinqton bunun üçün Gürcüstan hakimiyyətini razı salmağa çalışsa da, onların imtinasından sonra Ermənistanı seçib.

Görünür, elə bu səbəbdəndir ki, artıq Kreml İrəvanı bir zamanlar Kiyevin getdiyi yolu getməməyə açıq şəkildə çağırıb və xəbərdarlıq edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov srağagün “Moskovski Komsomolets”ə deyib ki, Rusiya Ermənistanı qardaş ölkə hesab edir və ümid edir ki, İrəvan vaxtilə Kiyev rejiminin seçdiyi yolu təkrar etməyəcək: “Ermənistan suveren ölkədir və qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərini özü seçir. Eyni zamanda Rusiya üçün Ermənistan bizim müttəfiqimiz, qardaş ölkə olaraq qalır. Biz bu cür axtarışlara hörmətlə yanaşırıq, lakin bu axtarışların bir vaxtlar Kiyev rejiminin seçdiyi rejimdə aparılmasını istəməzdik”.

Siyasi ekspertlər hesab edir ki, prezident Putinin sözçüsünün bu fikirləri əslində Rusiyanın Ermənistanın yürütdüyü siyasətdən nə dərəcədə narazı və narahat olduğunun əlamətidir. İş o yerə çatıb ki, Kreml İrəvanı Kiyevlə müqayisə etməyə, eyniləşdirməyə başlayır. Peskovun fikirlərinin alt qatında Ermənistana “Sizi Kiyevin gününə salarıq” mesajı dayanır. Qərb Ermənistanı nə qədər Rusiyaya qarşı “ikinci cəbhə” vəziyyətinə gətirməyə çalışsa da nə coğrafi, nə iqtisadi, ərazi, insan resursları və digər çoxsaylı amillər baxımından Ermənistan Ukrayna ilə müqayisə olunmayacaq qədər zəifdir və Rusiyaya qarşı “ikinci cəbhə” rolunu uzun müddət daşıya bilmək imkanında deyil. Rusiyanın Ukraynaya qoşun yeritdiyi kimi Ermənistana qoşun yeritməsinə ehtiyac belə olmaz, çünki Rusiyanın qoşunlarının bir hissəsi hazırda Ermənistanın ərazisindədir. Gümrüdəki 102-ci hərbi bazaya Moskvadan əmr verilən kimi İrəvanda tankları yürüyücək və məsələ qısa müddətdə həll ediləcək.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Qərbdən Ermənistana silahlar verildikcə, həmçinin digər dəstək xarakterli addımlar atıldıqca Paşinyan hakimiyyəti sülhdən uzaqlaşır: “Erməni xisləti yenə özünü göstərir - kənardan bir az dəstək hiss edən kimi quduzlaşırlar. Onsuz da Ermənistan uzun müddətdən bəri sülh müqaviləsini imzalamağı qəsdən müxtəlif bəhanələrlə imzalamaqdan yayınırdı. İndi isə hətta Azərbaycanla sülh danışıqlarına belə getməkdən yayınır. Çünki həm xarici havadarları tərəfindən sülh müqaviləsini imzalamamaq təlimatı alıb, həm də Ermənistana verilən silah və digər yardımlar onda revanşist əhval-ruhiyyənin baş qaldırmasına gətirib çıxarıb.

Azərbaycanın COP29 tədbirinə İrəvana dəvət göndərməsinə belə şərtlə reaksiya verilməsi erməni hakimiyyətinin mövqeyinin sülhdən yana olmadığını növbəti dəfə sübut edir. Qərbdə və Rusiyanın özündə bir sıra dairələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması və nəticəsində hər an yeni müharibə riskini özündə daşıyan vəziyyətin sonsuza qədər davam etməsində maraqlıdırlar. Paşinyan iqtidarı da belə görünür ki, onların marağını həyata keçirmək və əslində bununla Ermənistanı yeni fəlakətlərlə üz-üzə qoymaq yolunu seçir. Ermənistanın hazırkı davranışları onun müharibə yolunu seçməyə meylləndiyini göstərir. Belə görünür ki, Azərbaycanın “dəmir yumruğu”nu başlarında növbəti dəfə görməsələr, quduzlaşmaqda davam edəcəklər".

Oxunub: 10166
Paylaş:
Digər xəbərlər

Siyasət

30-10-2023, 16:00

Bakı ilə İrəvan arasında NƏ MÜHARİBƏ, NƏ SÜLH durumu... KİMİN İŞİNƏ YARAYIR?.. [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

29-03-2024, 17:27

Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İdman

19-06-2024, 10:19

Bakıda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" adlı 29-cu ali səviyyəli toplantı keçirilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-03-2024, 10:54

Hikmət Hacıyev: “COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

28-03-2024, 11:57

Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Bu gün Novruzun ilk çərşənbəsidir
Hadisə
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
23-02-2026, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
23-02-2026, 10:54
Peyvənd vurulan körpə şoka düşərək öldü
23-02-2026, 10:44
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
Son xəbərlər
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Dün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Dün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Dün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Dün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • 23-02-2026, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • 23-02-2026, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • 23-02-2026, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • 23-02-2026, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
  • 23-02-2026, 12:09
    İlham Əliyev onları təbrik etdi
  • 23-02-2026, 12:03
    İlham Əliyev iranlı naziri qəbul edib - FOTOLAR
  • 23-02-2026, 11:59
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • 23-02-2026, 11:13
    Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır
  • 23-02-2026, 11:03
    İslam Rzayevin həbs müddəti uzadıldı
  • 23-02-2026, 10:59
    Hər polisin ölümünə görə 1200 dollar mükafat vədi - İğtişaşlar artır - Video
  • 23-02-2026, 10:54
    Peyvənd vurulan körpə şoka düşərək öldü
  • 23-02-2026, 10:49
    “Prezidentin qaldığı hotelə hücum əmri bu tarixdə verilmişdi” - Video
  • 23-02-2026, 10:44
    Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
  • 23-02-2026, 10:38
    Növbəti Tehran - Ağ Ev, Kiyev - Ağ Ev - Kreml danışıqları
  • 23-02-2026, 10:11
    Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
  • 23-02-2026, 10:07
    5 gün partlayış səsləri EŞİDİLƏCƏK
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə