• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Güney Qafqazda YENİ DÖNƏM: 3+3-3... - ŞƏRH [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

12-06-2024, 14:22

Güney Qafqazda YENİ DÖNƏM: 3+3-3... - ŞƏRH


Azərbaycan, Türkiyə və Rusiya Cənubi Qafqazda regional və strateji təhlükəsizlik arxitekturasının formallaşması üzrə birgə əməkdaşlıq edə bilərlər.

Qeyd edək ki, iyunun 10-da Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə danışıqlar aparıb.

Eyni zamanda Türkiyə XİN rəhbəri Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə də görüşüb.

Rusiya KİV-lərinin məlumatına görə, Fidan Serqey Şoyqu və Serqey Narişkinlə görüşdə ikitərəfli münasibətlərlə yanaşı Ukrayna, Suriya, Qəzza və Azərbaycan-Ermənistan sülh prosesi barədə müzakirələr aparıb.

Məhz burda diqqət çəkən əsas məsələ isə görüşdən əvvəl Hakan Fidan həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb.

Maraqlıdır, danışıqların əsas prinsipləri Rusiya, Türkiyə və Azərbaycanın Cənubi Qafqazda yeni regional təhlükəsizlik strategiyası üzrə birgə əməkdaşlıq perspektivlərindən gedir? Moskva, həqiqətənmi, Ankara və Bakı ilə regional əməkdaşlığa hazırdır? Kreml Türkiyəni bu regionda görmək istəyər?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, hazırda Moskva reallıqlarla barışmaq məcburiyyətindədir:

“Bu gün Rusiya Türkiyəni Cənubi Qafqazda siyasi oyunçu kimi görmək istəmir. Kremldə hesab edirlər ki, Cənubi Qafqaz Rusiyanın geosiyasi nüfuz dairəsidir və hər hansı güc mərkəzi bu regiona daxil ola bilməz.

Ancaq İkinci Qarabağ müharibəsindən sonra, eləcə də Ukraynada davam edən müharibə nəticəsində elə bir vəziyyət yaranıb ki, Rusiya həm Azərbaycan, həm də Türkiyə ilə bu regionda hesablaşmaq məcburiyyətindədir. Çünki Moskva görür ki, ABŞ, NATO və Avropa İttifaqı Ermənistan üzərindən Cənubi Qafqaza daxil olmaq və regionda möhkəmlənmək niyyəti güdürlər.

Belə olan halda Moskva bu regionda Qərb dairələrini yox, məhz Türkiyəni görmək istəyəcək. Yəni Kremldə belə düşünürlər ki, Türkiyənin regionda mövcudluğu onlar üçün daha sərfəli ola bilər”.

Politoloq vurğulayıb ki, Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq münasibətləri ilbəil inkişaf edir:

“Rusiya Cənubi Qafqazla bağlı strateji məsələlərdə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməyə möhtacdır. Qeyd edək ki, Rusiyanın dünyaya açılan qapılardan biri Azərbaycan və Türkiyənin üzərindən keçir. Rusiya məhz Azərbaycan və Türkiyə ərazisi vasitəsilə Yaxın Şərq və Afrika ölkələri ilə ticari-iqtisadi keçid yollarını təmin etməyə çalışır.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz geoiqtisadi, iqtisadi-ticari və nəqliyyat qovşağına çevrilib. Bu, həqiqətən, Rusiya üçün əhəmiyyət kəsb edir.

Buna görə də Moskva hər vəchlə bundan faydalanmağa çalışacaq. Bildirim ki, indiki dövrdə dünya iki və ya daha artıq qütbləşməyə doğru gedir. Rusiya, Türkiyə, Azərbaycan və Çin eyni qütbdə yer alıblar. Bu yaxınlarda Ankaranın BRİKS-ə üzv olmaq niyyətini bəyan etməsi buna sübutdur”.

E.Xalidbəyli qeyd edib ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlığın möhkəmlənməsi Rusiyanın geosiyasi maraqlarına cavab verir:

“İstər-istəməz Rusiya Azərbaycan və Türkiyəyə strateji tərəfdaş kimi baxacaq.

Hazırda həm Azərbaycanla Türkiyə, həm Azərbaycanla Rusiya, həm də Türkiyə ilə Rusiya arasında münasibətlərin strateji tərəfdaşlığa çevrilməsi barədə qarşılıqlı məsləhətləşmələr aparılır.Bu onu deməyə əsas verir ki, yaxın zamanda Azərbaycan, Türkiyə və Rusiya Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin nizamlanmasında birgə iştirak edə bilərlər”.

Oxunub: 10125
Paylaş:
Digər xəbərlər

Siyasət

8-06-2023, 10:59

Hakan Fidan və Blinken Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

10-10-2023, 13:12

Hakan Fidan Şuşada səfərdədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

5-07-2023, 09:57

Hakan Fidan Azərbaycana səfərə gəlib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

3-06-2024, 11:43

Hakan Fidandan tarixi Şərqi Türküstan səfəri [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

11-03-2024, 16:00

Azərbaycanın da ABŞ-ın siyasətindən haqlı narazılıqları var... - GƏLİŞMƏ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda pensiyaların nə qədər artacağı açıqlandı
Azərbaycan quru sərhədi açır? - Rəsmilər danışdı
BDYPİ-dən sürücülərə müraciət: Ehtiyatlı olun!
Pensiyalar bu qədər artırılacaq - Rəqəm açıqlandı
Baş nazirdən silah satışı ilə bağlı - Qərar
"Card to card" dövrü bitir? - Hər kəsin bilməli olduğu YENİLİK
Hadisə
Dün, 13:20
Sabah Bakıya qar yağacaq - PROQNOZ
Dün, 12:59
Güllələnən müəllimdən XƏBƏR VAR
Dün, 12:52
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin şikayəti üzrə məhkəmə başlayıb
Dün, 10:50
Fəzail Ağamalının nəşi ölkəmizə gətirilib - VİDEO
Dün, 10:34
Bankomatda dayanıb pensiyaçılara tələ quran saxlanıldı
Dün, 09:24
Fəzail Ağamalı ilə vida bu məkanda keçiriləcək
Son xəbərlər
  • Dün, 20:34
    Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb - YENİLƏNİB - MƏTN
  • Dün, 19:57
    Vens: Prezident İlham Əliyevə böyük təşəkkür düşür
  • Dün, 19:27
    "ABŞ-ın strateji tərəfdaşı olmaq böyük şərəfdir" - Prezident
  • Dün, 18:37
    Prezident onu nazir təyin etdi
  • Dün, 18:26
    İlham Əliyevlə Vensin görüşü başlayıb
  • Dün, 18:22
    Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub - VİDEO
  • Dün, 16:00
    Bu Avropa ölkəsinə gedənlərə XƏBƏRDARLIQ - Pasport ƏLÇATMAZ OLACAQ!
  • Dün, 15:30
    İndoneziya ordusu tezliklə Qəzzaya yerləşəcək
  • Dün, 14:35
    Prezident onu Dövlət Komitəsinin sədri təyin etdi - SƏRƏNCAM
  • Dün, 14:22
    TƏCİLİ: İran hazırlıqlara BAŞLADI: Nüvə tunelləri BAĞLANDI - FOTOLAR
  • Dün, 13:42
    Rusiyanın nefti əlində qalıb - 143 milyon barel...
  • Dün, 13:20
    Sabah Bakıya qar yağacaq - PROQNOZ
  • Dün, 13:15
    Çörək bahalaşdı - FOTO
  • Dün, 13:06
    Nəriman Axundzadə ABŞ klubuna transfer oldu - "Qarabağ"dan bəyanat
  • Dün, 12:59
    Güllələnən müəllimdən XƏBƏR VAR
  • Dün, 12:52
    Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərin şikayəti üzrə məhkəmə başlayıb
  • Dün, 11:29
    Azərbaycanda pensiyaların nə qədər artacağı açıqlandı
  • Dün, 11:21
    Azərbaycan quru sərhədi açır? - Rəsmilər danışdı
  • Dün, 10:50
    Fəzail Ağamalının nəşi ölkəmizə gətirilib - VİDEO
  • Dün, 10:34
    Bankomatda dayanıb pensiyaçılara tələ quran saxlanıldı
  • Dün, 09:42
    BDYPİ-dən sürücülərə müraciət: Ehtiyatlı olun!
  • Dün, 09:30
    Türkiyədə toyuq əti bahalaşdı, ixracı yasaqlandı - Azərbaycanda vəziyyət necədir?
  • Dün, 09:24
    Fəzail Ağamalı ilə vida bu məkanda keçiriləcək
  • Dün, 09:18
    Prezident: Üzərində işlədiyimiz layihələrdən biri "Tramp Marşrutu" vasitəsilə ötürücü xəttlərin çəkilməsidir
  • Dün, 09:11
    Hakan Fidan Azərbaycan-ABŞ münasibətlərindən danışıb
  • Dün, 09:00
    Vensin İrəvan bəyanatı pərdəni qaldırdı: Ermənistan artıq...
  • 9-02-2026, 22:18
    Dövlət başçısı: Azərbaycanın qeyri-neft və qaz sənayesi demək olar ki, 8 faiz artıb
  • 9-02-2026, 22:14
    Fəzail Ağamalının ölüm səbəbi bilindi - YENİLƏNİB
  • 9-02-2026, 19:06
    Pensiyalar bu qədər artırılacaq - Rəqəm açıqlandı
  • 9-02-2026, 18:57
    Komitə sədri icra başçısı təyin edildi - SƏRƏNCAM
  • 9-02-2026, 16:00
    ABŞ İrana yaxınlaşır, Türkiyə türk dünyasını birləşdirir: Kremlçi türkoloqdan şok açıqlama
  • 9-02-2026, 15:30
    İran gizli diplomatiyaya başlayır: Yüksək rütbəli rəsmi Omana yollanır - SENSASİON DETALLAR
  • 9-02-2026, 14:22
    Dollar çökür? "Bank of America"dan TƏCİLİ açıqlama
  • 9-02-2026, 13:55
    “Nyukasl”la oyunun biletləri bu gün satışa çıxarılır
  • 9-02-2026, 13:51
    Prezident daha bir qəbul keçirdi - Fotolar
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə