• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

29-02-2024, 09:00

Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb


Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Hörmətli Forum iştirakçıları.

İlk növbədə, sizi XII Azərbaycan-Rusiya Regionlararası Forumunun açılışı münasibətilə təbrik etmək istərdim. Artıq yaxşı ənənəyə çevrilmiş bu tədbirin keçirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir.

Bu formatda regionlararası forumlar artıq öz səmərəliliyini sübuta yetirib. Hakimiyyət nümayəndələrinin, işgüzar və ekspert dairələrinin Forum çərçivəsində görüşləri keçirilir, konstruktiv və açıq dialoq aparılır. Bu, əlaqələr qurmağa, gələcək birgə fəaliyyət naminə səylərimizi əyani surətdə koordinasiya etməyə, əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etməyə imkan verir. Forum, Azərbaycan Respublikasının regionları ilə Rusiya Federasiyasının subyektləri arasında birbaşa qarşılıqlı faydalı əlaqələrin yaradılması üçün tələbat duyulan platformadır.
Məmnuniyyətlə qeyd etmək istərdim ki, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan tərəfdaşlığımız çoxşaxəlidir və demək olar ki, bütün sahələri əhatə edir. Bu gün ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlıq dinamik şəkildə inkişaf edir, ticarət dövriyyəsi artır, yeni istiqamətlər üzrə işlər davam etdirilir. Forum çərçivəsində nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və ekoloji sahələrdə qarşılıqlı fəaliyyətin müzakirəsi iki ölkənin regionlararası səviyyədə əlaqələri daha da dərinləşdirmək istəyini əyani şəkildə nümayiş etdirir.

Əlamətdar haldır ki, bugünkü Forum Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının ikinci ildönümündə keçirilir. İki il bundan əvvəl - 2022-ci ilin fevralında xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldıran bu mühüm sənəd imzalanıb.

Əminəm ki, bu Forum əvvəlkilər kimi, yaradıcı atmosferdə keçiriləcək, ümumi yanaşmaların işlənib hazırlanması üçün əlamətdar hadisə olacaq və dost ölkələrimizin rifahı naminə nəzərdə tutulan bütün məqsədlərə nail olmağa kömək edəcək.

Forumun bütün iştirakçılarına uğurlu və səmərəli iş arzulayıram!”

Oxunub: 10165
Paylaş:
Digər xəbərlər

Siyasət

21-11-2023, 09:40

Prezident Bakıda dekolonizasiya ilə bağlı keçirilən tədbirin iştirakçılarına müraciət ünvanlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

12-06-2023, 11:53

İlham Əliyev Vladimir Putinə təbrik məktubu ünvanlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

4-07-2023, 11:32

Prezident Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan tədbirin iştirakçılarına müraciət ünvanlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

19-10-2023, 13:39

İlham Əliyev 3-cü “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

15-09-2023, 12:27

Prezident MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah gecə metro 1 saat artıq işləyəcək
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Ramazan ayı başlayır - Təqvim açıqlandı
600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış alacaqsınız
Hadisə
Bugün, 11:30
Biləcəridə qanunsuz tikili söküldü - Video
Bugün, 10:44
Bu gün Vardanyana hökm oxunacaq
Bugün, 09:19
Qaradağlı faciəsindən 34 il ötür
Bugün, 09:11
Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
Dün, 15:30
Xurma təhlükəlidir — Həkim açıqladı
13-02-2026, 13:13
Şənbə günü 20 dərəcə isti olacaq - PROQNOZ
Son xəbərlər
  • Bugün, 16:00
    Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
  • Bugün, 15:30
    Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
  • Bugün, 14:22
    Sabah gecə metro 1 saat artıq işləyəcək
  • Bugün, 12:38
    Cenevrədə ABŞ-İran danışıqları başladı
  • Bugün, 12:34
    Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
  • Bugün, 12:22
    Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
  • Bugün, 11:41
    Vardanyana hökm oxundu - 20 il - Yenilənib
  • Bugün, 11:34
    “Qalatasaray” “Yuventus”a qarşı
  • Bugün, 11:30
    Biləcəridə qanunsuz tikili söküldü - Video
  • Bugün, 11:23
    Ramazan ayı başlayır - Təqvim açıqlandı
  • Bugün, 10:44
    Bu gün Vardanyana hökm oxunacaq
  • Bugün, 10:39
    Murat Dalkılıç və daha 3 məşhur saxlanıldı - Yenilənib
  • Bugün, 10:32
    Paşinyanla Akopyan ayrıldı
  • Bugün, 10:19
    600-dən çox bal toplayan gənclərin əsgərlik yeri açıqlandı - RƏSMİ
  • Bugün, 09:39
    Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış alacaqsınız
  • Bugün, 09:34
    Laricani: İsrailə qarşı Türkiyə, Səudiyyə Ərəbistanı və Misirlə əməkdaşlığa hazırıq
  • Bugün, 09:29
    Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
  • Bugün, 09:19
    Qaradağlı faciəsindən 34 il ötür
  • Bugün, 09:11
    Qışda havanın qəfil istiləşməsi zəlzələ xəbərçisidir? - Mütəxəssis açıqladı
  • Bugün, 09:00
    Gizli NATO etirafı geopolitik “zəlzələ” törədir: Avropanın ABŞ-a qiyamı isə “fəlakət üçbucağı” yaradır
  • Dün, 16:00
    Yer yeni fəlakətlərin astanasında – HƏYƏCAN TƏBİLİ
  • Dün, 15:30
    Xurma təhlükəlidir — Həkim açıqladı
  • Dün, 14:22
    Cenevrədə kritik saatlar! İran və ABŞ nüvə sövdələşməsi üçün masaya oturdu: Əraqçidən həlledici həmlə
  • Dün, 14:01
    Vüqar Qurbanov vəzifəsindən AZAD EDİLDİ
  • Dün, 13:57
    Azərbaycan və Serbiya prezidentləri qeyri-rəsmi səhər yeməyində iştirak ediblər
  • Dün, 12:39
    Ramazan və Novruzla bağlı 11 gün iş olmayacaq
  • Dün, 12:16
    Serbiyanın "Politika" ictima-siyasi qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olunub
  • Dün, 11:49
    Əliyevdən Rusiyaya açıq MESAJ – Səfirliyimizi və təyyarəmizi vuran ölkə...
  • Dün, 11:43
    Makrona Münxendə soyuq duş! Liderlər onu görməzdən gəldi- "Arzuolunmaz qonaq" statusu?
  • Dün, 11:38
    Nazir müavini təyin edilən Cəbrayıl Xanlarov KİMDİR? - DOSYE - FOTO
  • Dün, 11:29
    TƏCİLİ: Kəmaləddin Heydərova İKİ SÜRPRİZ MÜAVİN təyin OLUNDU – kimlərdir
  • Dün, 11:16
    İlham Əliyev Litva Prezidentini təbrik edib
  • Dün, 11:04
    Pezeşkiandan şok etiraf: Cəmiyyət yaralanıb, sağalmazsa pis təsir edəcək
  • Dün, 10:46
    Pirəkəşküldə və Ağdərədə partlayışlar olacaq - XƏBƏRDARLIQ
  • Dün, 10:42
    Yol Polisi piyadalara müraciət edib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə