• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İrəvan son qarantını da itirdi - Yeganə müttəfiqi artıq Bakını dəstəkləyir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

28-02-2024, 15:30

İrəvan son qarantını da itirdi - Yeganə müttəfiqi artıq Bakını dəstəkləyir


Ermənistanın KTMT ilə bağlı qəbul etdiyi qərar təşkilatın nizamnaməsi ilə ciddi ziddiyyət təşkil edir. Onlar təşkilatın tərkibində fəaliyyətlərini dondurmaları barədə qərar qəbul ediblər. Əslində isə İrəvan təşkilatdan çıxdığını bəyan etməlidir. Ermənistanın indiki şəraitdə belə bir qərarın qəbul etməsi təşkilatın qüvvədə olan nizamnaməsi baxımdan anlaşılan deyil. Sadəcə olaraq, Ermənistan Rusiya tərəfindən bu qərara münasibətdə atıla biləcək addımlardan sığortalanmaq üçün belə bir mövqe sərgiləyir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Ermənistan vaxt qazanmaq və Qərbdən təhlükəsizliklə bağlı müəyyən dəstək almaq istəyir:

"Rusiyanın məlum qərara mövqeyi açıqlanacaq. Onsuz da Ermənistanın Rusiyada olan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya Ermənistandan təcili olaraq məlum qərarla bağlı konkret mövqe sərgiləməsini tələb edib. Paşinyan hələ ki susur. Sakit qalması anlaşılandır. Paşinyan okeanın o tayına boylanır və Qərbdən olan havadarları tərəfindən bu məsələdə dəstək istəyir. Digər tərəfdən, Paşinyan yəqin düşünür ki, Rusiya tərəfindən bununla bağlı daha fərqli və sərt mövqe sərgilənəcəyi təqdirdə Fransa işə qarışacaq. Müəyyən addımlar ataraq məsələni həll edəcək. Ermənistan təhlükəsizliyini təmin etmək üçün də Fransaya müraciət edə bilər. Ancaq məsələ bundadır ki, Fransa və Ermənistan arasında təhlükəsizliklə bağlı hər hansı ciddi razılıq yoxdur. Fransa Ermənistanın təhlükəsizliyinə zəmanət verə biləcək dövlətlərdən deyil. Hələ ki, Fransa Ermənistanı silah-sursatla təmin edir. Bu məsələyə aydınlıq gətirmək olar. Məsələn Almaniya bu günlərdə Ukraynaya Taurus raketlərini göndərməkdən imtina etdi. Almaniyanın mövqeyi bundan ibarət oldu ki, biz Ukraynanın silah-sursat təminatında tərəf olsaq da, Rusiya ilə birbaşa müharibədə iştirak etmək mövqeyimiz yoxdur. Bu onu göstərir ki, NATO üzvü olan Almaniya belə Rusiya ilə birbaşa müdaxilədən və qarşıdurmadan çəkinir.

Düşünürəm ki, eyni fikirləri Fransaya da aid etmək olar. Fransa sadəcə bölgədə eskalasiyanı gücləndirmək istəyir. Nəzərə almaq lazımdır ki, indiki şəraitdə eskalasiyanın güclənməsi müəyyən mənada Rusiyanın maraqlarına cavab verir. Çünki eskalasiyanın güclənməsi və Ermənistan Rusiya arasında münasibətlərin gərginləşməsi, Azərbaycan qarşısında öz öhdəliklərini yerinə yetirməyən Ermənistanı cəzalandırmaq üçün bu və ya digər şəkildə rəsmi Bakının da maraqlarına cavab verir. Etiraf edək ki, Ermənistan 2020-ci ilin Moskva razılaşmasının şərtlərini birtərəfli şəkildə yerinə yetirməkdən imtina edir. Söhbət bölgədə nəqliyyat, kommunikasiya xətləri ilə bağlı əldə edilmiş razılıqdan gedir. Bakı da təbii ki, beynəlxalq hüququn normalarından çıxış edərək öz imzasına hörmət etməyən Ermənistanla münasibətləri beynəlxalq hüququn müəyyən etdiyi normativ aktlar əsasında qura bilər. Ona görə də Ermənistan sadəcə Qərbdəki havadarları vasitəsilə bölgədə eskalasiyanı gücləndirib. Düşünür ki, burada Rusiyanı Şərqi Avropadan əlavə, yəni Ukrayna ilə birlikdə daha fərqli münaqişəyə cəlb edə bilərlər.

Rusiyanın hərbi güc nümayiş etdirmədən Ermənistanı cəzalandırmaq üçün kifayət qədər rıçaqları və imkanları var. Bundan ötrü Rusiyanın Ermənistana enerji təhlükəsi ilə bağlı məsələlərdə təsir etmək imkanları güclüdür. Ermənistanın özünün və sərhədlərin təhlükəsizliyi 1992-ci ilin müqaviləsinin şərtləri Rusiya tərəfindən təmin olunur. Sadəcə olaraq Paşinyan çox təəssüflər olsun ki, Qərb tərəfdən bəlli mesajların müqabilində Rusiya ilə münasibətlərin kəskinləşməsi istiqamətində addımlar atır. Bu addımların kəskinləşəcəyi təqdirdə indiki şəraitdə ABŞ belə Ermənistana ciddi dəstək vermək iqtidarında olmayacaq. Ermənistan unutmamalıdır ki, bölgənin təhlükəsizlik problemləri ilə bağlı məsələlərlə münasibətdə bölgə dövlətlərinin maraqları üstə-üstə düşür".

Politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü prinsip var:

"Regionda təhlükəsizlik problemləri 3+2 formatında həll olmalıdır. Ermənistan bunu unutmamalıdır. Bu formatda təhlükəsizlik problemlərinin həllində bölgə dövlətləri əməkdaşlıq etməyə hazırdır. Söhbət Rusiya, İran və Türkiyədən gedir. Adı çəkilən ölkələr qərb dövlətlərinin bölgəyə müdaxiləsinin birmənalı şəkildə əleyhinədir. Ermənistan bunu da nəzərə almalıdır. Bu kontekstdə nəzərə alsaq ki, İran hazırda Rusiya ilə Ukrayna münaqişəsi ətrafında ciddi əməkdaşlıq edir. İran Qərbin bölgəyə nüfuz etməməsi üçün Rusiya ilə birlikdə hərəkət edəcəyi də istisna olunmur, İrəvan bunu da nəzərə almalıdır".

Elşən Manafov qeyd edib ki, Fransanın Ermənistanla yaxınlaşması, Azərbaycanın Avrasiya bloku ilə yaxınlaşmasına müəyyən mənada ciddi təsir göstərə bilər:

"Bakıya Qərbdən olan təhdidlərə Azərbaycan Prezidenti andiçmə mərasimi zamanı konkret cavab verdi ki, gedib öz işləri ilə məşğul olsunlar. Bu, Qərb dövlətlərinin Azərbaycanla münasibətləri təhdid qurmaq istəklərinə Prezidentimizin konkret cavabıdır. Azərbaycanın mövqeyi bəllidir. Ermənistanla münasibətlərdəki problemlərin nizama salınması bağlı beş məlum şərt irəli sürülüb. Azərbaycan kifayət qədər güclü dövlətdir. Azərbaycanın Ermənistana qarşı apardığı savaşda da ordumuzun gücü və imkanları bunu göstərir. Azərbaycan ordusunun maliyyəsi Ermənistanın dövlət büdcəsinə bərabərdir. Bunu Fransa ilə yanaşı, Ermənistan da bilir. Ermənistanın Fransa tərəfindən silahlandırılması Azərbaycan qardaş Türkiyə, o cümlədən bölgədə geosiyasi konfederasiyanın Qərbin xeyrinə dəyişməsinə maraqlı olmayan Rusiyanın da ciddi nəzarəti altındadır. Ermənistan artıq KTMT-nin timsalında hərbi baxımdan özünün sonuncu qarantını da itirmiş olur. Bunu da Azərbaycan izləyir. Düşünürəm ki, Azərbaycan Rusiya və Türkiyə tərəfindən də ciddi dəstəyə malik olacaq".

Oxunub: 10148
Paylaş:
Digər xəbərlər

Dünya

27-10-2023, 10:45

Ermənistanın müvəqqəti işlər vəkili Kremldə “qırmızı xalçaya” çağırılıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

23-05-2023, 12:55

Paşinyanın həyatına sui-qəsd ola bilər - İrəvan qarışır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

24-02-2024, 12:11

Ermənistan geriyə yol qoymadı: "Rusiyanın gücü ilə üzləşəcək" - Ekspert danışır... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

15-09-2023, 15:30

İrəvan Rusiyanı satdı: Kreml qəzəblidir - Markov BELƏ DEYİR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

8-09-2023, 09:43

İrəvan Rusiyanı düşmən elan edib: Paşinyan Kremli ABŞ silahı ilə "vurur" [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə