• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezident İrəvanı uyardı, tək qalanı... - ŞƏRH [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

16-02-2024, 16:00

Prezident İrəvanı uyardı, tək qalanı... - ŞƏRH


Prezident İlham Əliyevin andiçmə mərasimi, habelə çıxışı diqqətçəkən məqamlarla yadda qaldı. Ölkə başçısının çıxışında qarşıdakı hədəflər, siyasi kurs, Azərbaycanın xarici siyasətindəki yeniliklər, habelə yeni dövrün reallıqları və bu reallıqlara adaptasiyaya dair konkret məqamlar əks olundu. İndiyədək qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini xatırladan dövlət başçısı qeyd edib ki, Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir: "Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub".

Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, həqiqətən də, 2003-cü ildə ilk dəfə prezident seçiləndə İlham Əliyev qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi. Bu vəddən 15 il sonra – 2018-ci ildə inaqurasiya mərasimində Prezident İlham Əliyev torpaqlarımızın azad ediləcəyini və separatizmə son qoyulacağını yenidən bildirdi:
"Əslində, bu, təsadüfi deyildi. Geridə qalan 15 il ərzində ordu sahəsində, siyasi-diplomatik arenada çox işlər görülmüş, yekun hədəf, hazırlıqlar bitmişdi. 2 ildən sonra, yəni 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi qələbə əldə olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Beləcə Əliyev həm ata vəsiyyətini yerinə yetirdi, həm də vədini tutdu. Prezident çıxışı zamanı qeyd etdi ki, “əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”. Aydın məsələdir ki, ölkə başçısı “Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa deyərkən” bir müddətdir aktual olan konstitusiya dəyişikliyindən bəhs edir. Ermənistanın mövcud konstitusiyasında və müstəqillik bəyannaməsində, habelə dövlət atributlarında Azərbaycana, hətta Gürcüstan, Türkiyəyə qarşı ərazi iddiaları var. Bunlar mütləq şəkildə aradan qaldırılmalıdır. Bu həm də o baxımdan vacibdir ki, gələcəkdə Ermənistan sülhə dair götürdüyü öhdəliklərdən konstitusiyanı bəhanə edib yayınmasın. Dövlət başçısı açıq mesaj verir ki, bu dəyişiklik baş verməsə, sülh olmayacaq. Sülhün olmaması isə regionda eskalasiya riskini artırır. Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur. Bunu Prezident də çıxışı zamanı qeyd edib. Lakin təxribatlara, ya da xarici ölkələrin təhriki ilə Ermənistanın atacağı destruktiv addımlara Bakı səssiz qalmayacaq. Dövlət başçısı da vurğuladı ki, Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər: "Bizimlə əsassız iddialarla, şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür”".

Ekspert diqqətə çatdırıb ki, Qarabağ münaqişəsinin bitməsi, işğalın sonlanması Bakının regional gücdən qlobal aktor kimliyinə keçidini vacib edir:
"Təsadüfi deyil ki, Prezident çıxışı zamanı “islamofobiyaya, neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq” dedi. Prinsip etibarilə Qoşulmama Hərəkatına sədrlik müddətinə rəsmi Bakı bu prosesə başlayıb. İstər pandemiya ilə bağlı qeyd etdiyi vaksin milliyyətçiliyi, istərsə də təşkilatda, xüsusilə ikinci və üçüncü dünya ölkəsi kimi tanınan, illərdir haqq səsini duyura bilməyən ölkələrə platforma tanınması Əliyevin ciddi bir missiyanı üzərinə götürdüyünü göstərir. Ölkə rəhbəri İlham Əliyevin “Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar” sözləri isə açıq xəbərdarlıqdır. Bu xəbərdarlığın birdən çox ünvanı olsa da, hazırda islamofobiya və nekolonalizmin bayraqdarı məhz Fransadır. Prezident Fransanın timsalında neokolonializm və islamofobiyaya müharibə açdığını elan etmiş oldu".

Oxunub: 10128
Paylaş:
Digər xəbərlər

---

10-02-2024, 13:34

Xəzər Abışov: Son 20 ildən artıq dövrün reallıqları təsdiqləyir ki, sözümüz imzamızdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

10-02-2024, 15:38

Müseyib Vəliyev: Güclü Azərbaycan daim hədəfimizdir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

10-07-2023, 11:33

XİN başçısı: “Regionda sülh səyləri yeni dövrün başlanğıcının göstəricisidir” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-02-2024, 11:47

İlham Əliyevin andiçmə mərasimi keçirilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

11-07-2023, 11:57

Fuad Hacıyev: Güclü və prinsipial... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - TARİX
Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
“Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
Mətanət Piriquliyeva işdən çıxarıldı
Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
Hadisə
Bugün, 13:10
Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
Bugün, 13:00
Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
23-12-2025, 13:10
Bakıda uşaq bağçasında yanğın
23-12-2025, 12:04
AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirdi
23-12-2025, 09:44
Hakimin öldüyü qəzanın görüntüləri - Video
23-12-2025, 09:37
Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib
Son xəbərlər
  • Bugün, 16:00
    Rusiya “Tramp yolu”na gəlir - “mən də varam” mesajı
  • Bugün, 15:30
    Türkiyəyə qarşı o yasaq götürülsə... - Bakı üçün fürsət?
  • Bugün, 14:40
    Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - TARİX
  • Bugün, 14:31
    ABŞ Azərbaycana başsağlığı verdi
  • Bugün, 14:27
    Prezident idmançıları təltif etdi - SİYAHI
  • Bugün, 14:23
    Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliklə bağlı sənəd TƏSDİQLƏNDİ
  • Bugün, 14:22
    Paşinyan katolikosa həlledici zərbəyə hazırlaşır - Yeni ilə 3 gün qalmış...
  • Bugün, 13:10
    Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
  • Bugün, 13:05
    “Euronews”da AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məqalə dərc edildi
  • Bugün, 13:00
    Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
  • Bugün, 12:55
    Orban: Bütün Avropada 2026-cı ildə müharibə ola bilər
  • Bugün, 11:58
    Ağdam şəhərinə Böyük Qayıdış - 83 ailə, 308 nəfər köçürüldü
  • Bugün, 11:53
    Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
  • Bugün, 11:25
    Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım edib
  • Bugün, 09:52
    Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
  • Bugün, 09:47
    İlham Əliyevdən AZAL qəzası ilə bağlı paylaşım - FOTO
  • Bugün, 09:25
    “Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
  • Bugün, 09:17
    Prezidentdən XƏBƏRDARLIQ: "Ayıq olmalıyıq..."
  • Bugün, 09:11
    Mətanət Piriquliyeva işdən çıxarıldı
  • Bugün, 09:00
    20 bəndlik sülh sənədi və ayı haqda lətifə
  • Dün, 22:14
    Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
  • Dün, 16:00
    Paşinyan: "Tarixi Ermənistan” anlayışı boş, mənasız, Ermənistan üçün təhlükəli xülyadır
  • Dün, 15:30
    Vaşinqtondan həyəcan siqnalı - Dünya ÇALXALANIR
  • Dün, 13:32
    SON DƏQİQƏ! Zelenski 20 bəndin hamısını açıqladı: 2 məsələdə razılıq əldə olunmayıb
  • Dün, 13:20
    Prezident və xanımı Ağdam sakinləri ilə görüşdü
  • Dün, 12:59
    Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
  • Dün, 12:36
    Mirziyoyev Əliyevə zəng etdi
  • Dün, 12:18
    İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib
  • Dün, 11:28
    İran İraqa təbii qaz verilməsini tamamilə dayandırıb: ölkədə enerji xaosu
  • Dün, 11:17
    Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib
  • Dün, 10:48
    Arzu Əliyeva atasını təbrik etdi - FOTO
  • Dün, 09:38
    Ukrayna seçkiyə hazırlaşır?
  • Dün, 09:34
    Bu gün Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
  • Dün, 09:30
    XİN dövlət başçısını doğum günü münasibətilə təbrik edib
  • Dün, 09:26
    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olundu
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə