• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Paşinyan dalana dirənib: Sülhə isə Rusiya mane olur - İNCƏLƏMƏ... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

1-06-2023, 16:00

Paşinyan dalana dirənib: Sülhə isə Rusiya mane olur - İNCƏLƏMƏ...


Regionda yaranmış son siyasi vəziyyət Azərbaycan-Ermənistan sülh prosesində davamlı danışıqlar nəticəsində əldə olunan irəliləyişləri alt-üst edə bilər.

Qeyd edək ki, iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şolzun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı növbəti görüşün keçiriləcəyi gözlənilir.

Cənubi Qafqazda daimi sabitliyin olması üçün beştərəfli görüş ərəfəsində Azərbaycan-Ermənistan sərhədində, o cümlədən Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə erməni terror və quldur birləşmələri tərəfindən intensiv təxribatların müşahidə edilməsi adi və normal hal hesab oluna bilməz.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, mayın 29-30-da Ermənistan-Azərbaycan sərhədinin Laçın, Kəlbəcər və Tovuz rayonları istiqamətlərində, eləcə də rus sülhməramlıların nəzarəti altında olan ərazilərimizdə Ağdam, Şuşa və Kəlbəcər istiqamətlərində Azərbaycan Ordusunun mövqeləri fasiləsiz atəşə tutulub.

Bildirilib ki, Qarabağın dağlıq əraziləri - Xocəvənd, Xocalı və Ağdərədə qeyri-qanuni erməni silahlı dəstələri kənd təsərrüfatı adı altında Ordumuzun mövqeləri qarşısında mühəndis-istehkam qurğuları quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

Bununla yanaşı, Xocalı və Xocəvənddə bu silahlı dəstələrin təlimlər keçirmələri də müşahidə edilir.

Ölkəmizin hərbi-siyasi rəhbərliyinin mütəmadi xəbərdarlığına baxmayaraq, Rusiya sülhməramlı kontigentinin rəhbərliyi erməni separatçıların və onlara bağlı olan qanunsuz silahlı birləşmələrin özbaşnalıqlarına göz yumur.

Kişinyov görüşü ərəfəsində erməni tərəfinin təxribatlarının artması, habelə erməni separatçıların ölkəmizin rəhbərliyinə hədə-qorxu bəyanatlar səsləndirməsi təsadüf ola bilməz. Siyasətdən anlayan hər kəs yaxşı bilir ki, bütün bu hadisələrin arxasında məkirli və iyrənc siyasi oyunlar dayanıb.

Görəsən, bu siyasi oyunları kimlər planlaşdırıb? Bölgədə qanlı qarşıdurmalara və toqquşmalara yol açmaqla nə etməyə çalışırlar?

Bəziləri iddia edir ki, son günlərdə baş verən xoşagəlməz hadisələr Paşinyan hakimiyyəti tərəfindən planlaşdırılıb. Onlar bu məsələdə müəyyən mənada haqlı ola bilərlər. Lakin bir məqamı da nəzərə almaq lazımdır ki, Nikol Paşinyan artıq açıq şəkildə Qarabağı Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanıyıb. Əgər Paşinyan belə bir addım atmasaydı, nə Vaşinqton, nə də Brüssel görüşündə sülh müqaviləsi ilə bağlı müəyyən irəliləyişlər əldə edilməzdi. Ona görə də Paşinyanın sülh prosesindən yayınmaq üçün bu kimi hadisələrə bilərəkdən yol verməsi inandırıcı görünmür.

Bəs son hadisələrin arxasında hansı güc mərkəzləri dayanır?

Əlbəttə, iki dövlət arasında sülh danışıqlarında vasitəçilik edən ABŞ və Avropa İttifaqı bu təxribatların arxasında dayana bilməz. Emənistana öz bacısı kimi baxan, onun işğalçılıq siyasətinə haqq qazandıran Fransa və İranın da bu işdə əlinin olması mümkün görünmür.

Gözlər yalnız bir ölkəyə dikilir. Bu da, əlbəttə, şimal qonşumuz – Rusiya ola bilər.

Son 33 ildə regionda baş verən proseslər göstərib ki, Rusiya hər zaman Cənubi Qafqazda xalqlararası münaqişələr və digər müxtəlif vasitələrlə geosiyasi prosesləri manipulyasiya etməyə çalışıb.

Hazırda da Moskva bu regionda öz manipulyasiya siyasətini davam etdirir. Rusiyanın bu siyasətində Ermənistan həmişə mühüm rol oynayıb.

Düzdür, Ermənistanın hazırki hakimiyyəti qərbmeyillidir, lakin bu ölkənin hərbi-siyasi dairələri, hərbi elitası və dini qurumları, hətta Qarabağda erməni separatçıları da Rusiyanın təsiri altındadır. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan-Ermənistan sərhədində və Qarabağda erməni tərəfinin ordumuza qarşı son təxribatları məhz Moskvanın təhriki ilə törədilib.

Bunu əsaslandırmaq üçün son prosesləri nəzərdən keçirmək kifayətdir.

Birincisi, ABŞ və Avropa İttifaqının vasitəçiliyi sahəsində Vaşinqton və Brüssel görüşlərində Azərbaycan və Ermənistan rəhbərliyi arasında ikitərəfli münasibətlərin normallaşması, o cümlədən sülh müqaviləsinin müddəaları ilə bağlı müəyyən razılaşmaların əldə olunması, habelə beştərəfli Kişinyov görüşündə hər hansı formada ilk sülh sazişinə imza atılması ehtimalı Kremli çox narahat edib.

Zatən, Rusiyanın hərbi-siyasi rəhbərliyi istər Vaşinqton, istərsə də Brüssel görüşü ilə bağlı kəskin bəyanatlarında Qərbin sülh prosesinə müdaxiləsini qəbuledilməz olduğunu bildirib. Kremldə hesab edirlər ki, Qərbin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Rusiyanın Cənubi Qafqazda geostrateji mövqeyinə ağır zərbə vuracaq.

Əlbəttə, ruslar bu mövqeyi başadüşləndir. Çünki Bakı və İrəvan arasında sülhün və barışığın bərqərar olunduğu təqdirdə nə Qarabağda, nə də Ermənistanda rus ordusuna ehtiyac qalmayacaq. Eyni zamanda Ermənistanın Türkiyə ilə sərhədləri açılacaq və bu ölkə Qərbə doğru inteqrasiya edəcək. Məhz bu səbəblərə görə, Rusiya hər vəchlə Azərbaycan və Ermənistan arasında sülh prosesini uğursuzluğa düçar etməyə çalışır.

İkincisi, Azərbaycanın uğurlu həmləedici diplomatiyası, həmçinin ABŞ və Avropa İttifaqının təzyiqləri nəticəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıması və qonşular ilə sülhün zəruriliyini vurğulaması revanşist erməni millətçiləri və separatçılarını qəzəbləndirməklə bərabər Rusiyanın imperalist dairələrini də narahat edib.
Regionda sülhün bərqərar olunmasına yönələn təşəbbüslər Rusiyanın ənənəvi geostrateji hədəfləri ilə ziddiyyət təşkil edir.

Burada, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laçın şəhərində son çıxışına da nəzərə almaq lazımdır. Ermənistan rəhbərliyinə ciddi mesajlar çatdıran dövlət rəhbəri öz çıxışında Qarabağda 33 il ərzində qanunsuz fəaliyyət göstərən və Azərbaycan xalqına qarşı müxtəlif cinayətlər törədən qondarma qurumun təmamilə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Buradan aydın olur ki, yaxın zamanda Azərbaycanın hərbi-siyasi rəhbərliyi tərəfindən qondarma qurumun ləğvi və qeyri-qanuni silahlı birləşmələrin tərkisilah edilməsi istiqamətində zəruri addımlar atıla bilər. Əlbəttə ki, Prezidentin bu çıxışı və ölkəmizin bu yöndə hər hansı addımları erməni separatçılarını siyasi alət kimi istifadə edən Rusiya tərəfindən mənfi qarşılanması istisna edilmir.

Bütün bunlarla yanaşı, rus sülhməramlıların nəzarəti altında olan ərazilərimizdə müəmmalı siyasi vəziyyəti, yəni erməni separatçıları arasında yaşanan qarşıdurmaları da diqqətdən qaçırmaq olmaz. Ermənistan mətbuatının məlumatlarında vurğulanır ki, Baş nazir Nikol Paşinyanın sülh sazişinə imzalamağa hazır olduğunu bəyan etməsindən sonra erməni separatçıları – Araik Arutyunyan və Samvel Babayan arasında ziddiyyətlər kəskin şəkildə artıb.

Erməni jurnalistlərin sözlərinə görə, Samvel Babayan Xankəndində kütləvi etiraz aksiyaları ilə Arutyunyanı hakimiyyətdən devirmək niyyətindədir. Qarabağın ermənilərin məskunlaşdığı ərazilərdə mövcud vəziyyət Rusiyanın siyasi dairələrini narahat etməyə bilməz.

Ola bilsin ki, Moskvanın göstərişi ilə rus sülhməramlıların rəhbərliyi erməni separatçılarını bir-birinə qarşı qarşıdurmadan çəkindirmək üçün Xankəndi və ətraf bölgələrdə qeyri-qanuni erməni silahlı birləşmələrini təxribatların törədilməsinə sövq edə bilər.
Sonda qeyd edim ki, Qarabağda rus sülhməramlıların qaldığı təqdirdə Moskva həm Azərbaycan, həm də Ermənistan üzərində manevr imkanlarından istifadə etməyə davam edəcək.

Oxunub: 10196
Paylaş:
Digər xəbərlər

Siyasət

1-06-2023, 10:03

Bu gün İlham Əliyev və Nikol Paşinyan arasında görüş gözlənilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

31-05-2023, 13:30

Rusiya Qarabağda sülh istəmir - FAKT BUDUR! [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

24-05-2023, 16:00

Moskva və Kişinyov görüşlərindən nə gözlənilir? - ŞƏRH [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

22-05-2023, 14:50

Paşinyan: Ümid edirik ki, qısa zamanda sülh sazişi imzalayacağıq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-05-2023, 10:00

Əliyev şərtlərini ABŞ, Avropa və Rusiyaya qəbul etdirdi: İyunun 1-də Kremlə Qafqazın “çıxış qapısı” göstəriləcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
Bakının bir sıra yollarında endirilən sürət həddi bərpa edilib
"Nestle" uşaq qidalarında təhlükəli bakteriya - Məhsullar Azərbaycana idxal olunubmu? - VİDEO
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Azərbaycanda 4 min manata katibə, 5 min manata isə kuryer axtarılır
Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış etdi
Hadisə
Bugün, 09:00
Bakıda qumardan 20 milyon əldə ediblər - gizli ofislər, kriptovalyuta və lüks avtomobillər
Dün, 14:00
Müəllimi güllələyən şagirdlə bağlı yeni detal - Atası icra hakimiyyətində...
Dün, 12:30
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
Dün, 11:46
Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var
Dün, 11:22
Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı
Dün, 11:19
Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı
Son xəbərlər
  • Bugün, 09:11
    Avropa İttifaqı Ankaraya yaxınlaşır
  • Bugün, 09:00
    Bakıda qumardan 20 milyon əldə ediblər - gizli ofislər, kriptovalyuta və lüks avtomobillər
  • Dün, 21:36
    İlham Əliyev Vüsal Nəsirliyə yüksək vəzifə verdi - FOTO
  • Dün, 21:31
    Prezident Saleh Məmmədovu vəzifəsindən azad etdi
  • Dün, 16:00
    Azərbaycanda “yastıq altına” daha dollar yığmırlar - SƏBƏB BU İMİŞ
  • Dün, 15:30
    Pomidor indi yaydakından ucuzdur - SƏBƏB
  • Dün, 14:22
    Rusiyadan Paşinyana yenə HƏDƏ - Referendum yaxınlaşdıqca...
  • Dün, 14:00
    Müəllimi güllələyən şagirdlə bağlı yeni detal - Atası icra hakimiyyətində...
  • Dün, 12:30
    Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
  • Dün, 12:25
    Prezident iranlı naziri qəbul etdi - Fotolar
  • Dün, 11:46
    Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var
  • Dün, 11:22
    Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı
  • Dün, 11:19
    Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı
  • Dün, 11:14
    “İdrak” liseyində şagird müəllimi güllələdi - Direktordan açıqlama-Yenilənib
  • Dün, 11:01
    Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzindədir
  • Dün, 10:55
    “Əsrin fəlakəti”nin ildönümündə yenidən zəlzələ oldu
  • Dün, 10:23
    Epşteynin ölüm gecəsi onun yaxınlığında sirli bir fiqur aşkar edilib
  • Dün, 10:20
    Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
  • Dün, 09:53
    Vens bu gün Bakıya gəlir? – Tarixi səfərdən ƏSAS gözlənti
  • Dün, 09:48
    Abbas Əraqçı ABŞ-la nüvə danışıqları üçün Maskata gəldi – gərginlik son həddə
  • Dün, 09:42
    ABŞ Gürcüstanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir
  • Dün, 09:38
    Qurğuşundan qızıl yaratdılar: Minilliklərlə davam edən arzu gerçəkləşir?
  • Dün, 09:34
    ABŞ-nin İrandakı səfirliyindən çağırış: ölkəni bu yolla tərk edin
  • Dün, 09:11
    Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
  • Dün, 09:00
    Əbu-Dabi-2025-dən Əbu-Dabi-2026-dək: Sülhün bərqərar olunması üçün verilən töhfəyə görə mükafat - VİDEO
  • 5-02-2026, 16:00
    Xamenei İranın daha çox hansı silahdan qorxduğunu açıqladı - HEYRƏTAMİZ ETİRAF
  • 5-02-2026, 15:30
    Bitki yağlarının gizli fərqləri - XƏBƏRDARLIQ
  • 5-02-2026, 15:26
    Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edildi
  • 5-02-2026, 15:23
    Levon Mnatsakanyan, David Babayan, Davit İşxanyan və David Manukyan da ömürlük azadlıqdan məhrum edildi - YENİLƏNİB
  • 5-02-2026, 14:22
    Avropa narahatdır: Ukrayna məsələsi NATO-da parçalanma yaradır
  • 5-02-2026, 13:11
    Arayik və digərlərinə hökm oxunur
  • 5-02-2026, 12:31
    Ruslar Donbasın işğalı üçün daha 800.000 əsgər itirməlidir - Zelenski
  • 5-02-2026, 12:22
    Kremldən İrəvana XƏBƏRDARLIQ: Avropa İttifaqını seçərsə…
  • 5-02-2026, 11:13
    Masallıda məktəbdə yanğın baş verib, şagird və müəllimlər təxliyə olunub
  • 5-02-2026, 11:08
    ABŞ-ın vitse-prezidenti Azərbaycana Qış Olimpiya Oyunlarının açılışından sonra səfər edəcək
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə