• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Elgiz İsmailov: Modern millətlər qurucu liderləri ilə tanınır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-05-2023, 14:18

Elgiz İsmailov: Modern millətlər qurucu liderləri ilə tanınır


4-cü kolon”un rəisi Elgiz İsmailov - İllər ötdükcə ümummilli lider Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti bütün bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Xalqımızın mənəvi sərvəti olan bu zəngin irsi araşdırdıqca respublikamızın son 50 illik həyatında bu nəhəng şəxsiyyətin öz xalqına qırılmaz tellərlə bağlı olduğu, onu ürəkdən sevdiyi, Azərbaycanın inkişafı və tərəqqisi naminə böyük işlər gördüyü, bütün varlığını, həyatını Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etdiyi göz önünə gəlir. Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə qüvvətli təkan verərək, onu daim yüksəliş yoluna çıxaran Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolu olmuşdur.

Bu böyük tarixi şəxsiyyətin 100 illik yubileyi qeyd edildiyi bu günlər də Azərbaycan xalqı üçün çox əlamətdardır. Bugünkü inkişafımızda, 44 günlük Zəfərdə, dünyanın aparıcı dövlətləri ilə əlaqələrimizdə əvəzsiz xidmətləri olan bu böyük şəxsiyyəti anmaq, yada salmaq biz nəslin payına düşmüşdür. Ölkə Prezidenti İlham Əliyevin Şuşa şəhərindən yubiley münasibəti ilə xalqa müraciəti də özünəməxsus səciyyə daşıyır. Çünki böyük şəxsiyyət olan ümummilli lider Şuşanı Azərbaycanın incisi adlandırır və tezliklə azad olunmasını arzulayırdı. Cənab Prezident də öz müraciətində bu xüsusatı xüsusi qeyd eləmişdir: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.”

Tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı, ümummilli liderimiz Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək idi. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. O, bütün həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr etmişdir. Ulu öndər hər zaman bu fikri səsəndirirdi: “Azərbaycan dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının vətənidir”. Bu sözlər Heydər Əliyevin nə qədər tolerant bir şəxsiyyət olmasından xəbər verirdi.

Ölkəmizin siyasi həyatında özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapması milli tariximizdə görkəmli yer tutan ulu öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası elə bir dövrdə formalaşmışdır ki, müstəqilliyimiz, milli varlığımız real təhlükə qarşısında idi. Xalqımızın əsrlərdən bəri ürəyində yaşatdığı azadlıq amallarını beşiyindəcə boğmağa cəhd göstərən qara qüvvələr heç nədən çəkinməyərək ən çirkin vasitələrə əl atırdılar. Ulu öndərin “dünənin, bu günün, gələcəyin partiyası” deyə həm keçmişini, həm bu gününü, həm də gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı xidmətləri bu təşkilatın cəmiyyətdəki mövqeyini get-gedə daha da möhkəmləndirir, xalqın bu partiyanın ideoloji – siyasi xəttinə dəstəyini gücləndirir.

Bu barədə müraciətində cənab İlham Əliyev demişdir: “Eyni zamanda, Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır, ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi. Bu partiyanın – Yeni Azərbaycan Partiyasının yaranması bütövlükdə bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir.”

Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər. Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.

Heç kimə sirr deyil ki, 1990-cı illərin əvvələri Azərbaycanın siyasi həyatı təlatümlər və təbəddülatlar dövrü idi. Azərbaycan parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Xalqımız bu təhlükədən onu xilas edəcək lideri - Heydər Əliyevi təkidli tələblərlə Naxçıvandan Bakıya dəvət etmiş və demokratik yolla hakimiyyətə gətirmişdi. Həmin dönəmlərdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi yeni-yeni möhkəmlənməyə başlayırdı. Transmilli korporasiyaların Azərbaycan neftinə marağının güclü olmasına baxmayaraq, ölkə qanunverciliyində sərmayə qoyuluşu üçün hüquqi təminatlar yetərli deyildi. Şübhəsiz, bu məsələlərdə Heydər Əliyevin fenomenal şəxsiyyəti mühüm rol oynadı. Ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə qarşı inam və etimad “Əsrin müqaviləsi”nin bağlanmasında həlledici amilə çevrildi. Belə ki, sovetlər birliyinin idarə edilməsində iştirakı zamanı şəxsi keyfiyyətləri ilə seçilməsi, qətiyyəti, işgüzarlığı, ən əsası isə söylədiyi hər sözünün ağası olması onu ən vacib keyfiyyəti kimi başqalarından fərqləndirmiş və dünya liderləri arasında yüksək nüfuz sahibi olmasına zəmin yaratmışdır. Dünya liderləri arasında yüksək etimada layiq bir şəxsiyyətin Azərbaycanda hakimiyyətə gəlməsi yeni epoxanın əsasını qoydu. Bu epoxanın adı Heydər Əliyev epoxası idi. Heydər Əliyevin “Əsrin müqaviləsi” vasitəsilə əks qütblərdə dayanmış Qərb və Rusiya ilə, eyni zamanda qardaş Türkiyə ilə münasibətlərdə “qızıl orta”nı tapa bilmə bacarığı heyranlıqla qarşılanırdı. Təsadüfi deyil ki, Azərbaycanın ən böyük iqtisadi layihəsi olan “Əsrin müqaviləsi” bağlanarkən birinci növbədə Azərbaycanın milli maraqları ön planda olmaqla, Ermənistan-Azərbaycan münaqişəsinin milli maraqlar kontekstində və xüsusilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi əsas amil olaraq təməl prinsipə çevrilmişdir.

Azərbaycanın iqtisadi potensilının ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsi 44 günlük Vətən müharibəsində özünü göstərdi. Azərbaycanın dünyanın hərbi baxımdan ən güclü dövlətlər sırasına çıxmasında məhz bu siyasətin düzgün qurulması həlledici rol oynadı. Vaxtilə ümummili lider Heydər Əliyev tərəfindən iqtisadi prioritetlərin düzgün müəyyən edilməsi və cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi bizimlə müharibə vəziyyətində olan Ermənistanın iqtisadi blokadaya alınmasına gətirib çıxardı. Əvəzində isə güclü iqtisadiyyatımız bizə müdafiə sənayemizin inkişaf edirilməsinə şərait yaratdı. Bütün bunlar iki böyük sərkərdənin - Heydər Əliyevin və və onun davamçısı İlham Əliyevin zəkasının Azərbaycan xalqına töhfəsi idi.

Böyük natiqlik qabiliyyətinə, dərin zəkaya, məntiqi ardıcıllığa, iti zehnə, möhkəm yaddaşa malik olan bu böyük insan öz əsərlərini xalq qarşısındakı çıxışlarında, dinləyicilərlə üzbəüz, onların qarşısında, onların iştirakı ilə yaratmışdır. Heydər Əliyevin hər bir nitqi, hər bir çıxışı xalqla təmasda, ictimai-siyasi yığıncaqlarda, izdihamlı mitinqlərdə, əsgər səngərlərində, qaçqın düşərgələrində, rəsmi dövlət tədbirlərində, beynəlxalq məclislərdə yaranmış və Azərbaycanda dövlət quruculuğu proqramının, milli dövlətçilik ideologiyasının əsasını təşkil etmişdir. Heydər Əliyev kimi zəngin irsi, çoxsaylı əsərləri olan dövlət xadimi çox azdır. Bu əsərlərdəki elmi fikirlər ulu öndərin çox geniş mütaliə dairəsinə, çox zəngin və dərin biliyə, elmi məlumata malik olan bir şəxsiyyət və görkəmli ziyalı olduğunu sübuta yetirir.

Oxunub: 10258
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-05-2023, 13:09

Cabir Hüseyinov: Gələcək nəsillərin xoşbəxt yaşaması üçün dəyərli miras [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

15-05-2023, 11:57

Ofelya Məmmədova: Ulu Öndərin ideyalarına daim sadiqik [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

15-05-2023, 13:30

Teymur Hacıyev: Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
Bakının bir sıra yollarında endirilən sürət həddi bərpa edilib
"Nestle" uşaq qidalarında təhlükəli bakteriya - Məhsullar Azərbaycana idxal olunubmu? - VİDEO
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Azərbaycanda 4 min manata katibə, 5 min manata isə kuryer axtarılır
Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış etdi
Hadisə
Dün, 14:00
Müəllimi güllələyən şagirdlə bağlı yeni detal - Atası icra hakimiyyətində...
Dün, 12:30
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
Dün, 11:46
Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var
Dün, 11:22
Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı
Dün, 11:19
Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı
Dün, 11:14
“İdrak” liseyində şagird müəllimi güllələdi - Direktordan açıqlama-Yenilənib
Son xəbərlər
  • Dün, 21:36
    İlham Əliyev Vüsal Nəsirliyə yüksək vəzifə verdi - FOTO
  • Dün, 21:31
    Prezident Saleh Məmmədovu vəzifəsindən azad etdi
  • Dün, 16:00
    Azərbaycanda “yastıq altına” daha dollar yığmırlar - SƏBƏB BU İMİŞ
  • Dün, 15:30
    Pomidor indi yaydakından ucuzdur - SƏBƏB
  • Dün, 14:22
    Rusiyadan Paşinyana yenə HƏDƏ - Referendum yaxınlaşdıqca...
  • Dün, 14:00
    Müəllimi güllələyən şagirdlə bağlı yeni detal - Atası icra hakimiyyətində...
  • Dün, 12:30
    Güllələnən müəllim yüksək nəticələr göstəribmiş - Foto
  • Dün, 12:25
    Prezident iranlı naziri qəbul etdi - Fotolar
  • Dün, 11:46
    Güllələnən müəllimin vəziyyəti açıqlandı - 29 yaşı var
  • Dün, 11:22
    Prokurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı
  • Dün, 11:19
    Müəllimi atasının silahı ilə vurubmuş - Polis həmin şagirdi saxladı
  • Dün, 11:14
    “İdrak” liseyində şagird müəllimi güllələdi - Direktordan açıqlama-Yenilənib
  • Dün, 11:01
    Prezidentin Əbu-Dabiyə səfəri dünya mətbuatının diqqət mərkəzindədir
  • Dün, 10:55
    “Əsrin fəlakəti”nin ildönümündə yenidən zəlzələ oldu
  • Dün, 10:23
    Epşteynin ölüm gecəsi onun yaxınlığında sirli bir fiqur aşkar edilib
  • Dün, 10:20
    Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
  • Dün, 09:53
    Vens bu gün Bakıya gəlir? – Tarixi səfərdən ƏSAS gözlənti
  • Dün, 09:48
    Abbas Əraqçı ABŞ-la nüvə danışıqları üçün Maskata gəldi – gərginlik son həddə
  • Dün, 09:42
    ABŞ Gürcüstanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir
  • Dün, 09:38
    Qurğuşundan qızıl yaratdılar: Minilliklərlə davam edən arzu gerçəkləşir?
  • Dün, 09:34
    ABŞ-nin İrandakı səfirliyindən çağırış: ölkəni bu yolla tərk edin
  • Dün, 09:11
    Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
  • Dün, 09:00
    Əbu-Dabi-2025-dən Əbu-Dabi-2026-dək: Sülhün bərqərar olunması üçün verilən töhfəyə görə mükafat - VİDEO
  • 5-02-2026, 16:00
    Xamenei İranın daha çox hansı silahdan qorxduğunu açıqladı - HEYRƏTAMİZ ETİRAF
  • 5-02-2026, 15:30
    Bitki yağlarının gizli fərqləri - XƏBƏRDARLIQ
  • 5-02-2026, 15:26
    Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edildi
  • 5-02-2026, 15:23
    Levon Mnatsakanyan, David Babayan, Davit İşxanyan və David Manukyan da ömürlük azadlıqdan məhrum edildi - YENİLƏNİB
  • 5-02-2026, 14:22
    Avropa narahatdır: Ukrayna məsələsi NATO-da parçalanma yaradır
  • 5-02-2026, 13:11
    Arayik və digərlərinə hökm oxunur
  • 5-02-2026, 12:31
    Ruslar Donbasın işğalı üçün daha 800.000 əsgər itirməlidir - Zelenski
  • 5-02-2026, 12:22
    Kremldən İrəvana XƏBƏRDARLIQ: Avropa İttifaqını seçərsə…
  • 5-02-2026, 11:13
    Masallıda məktəbdə yanğın baş verib, şagird və müəllimlər təxliyə olunub
  • 5-02-2026, 11:08
    ABŞ-ın vitse-prezidenti Azərbaycana Qış Olimpiya Oyunlarının açılışından sonra səfər edəcək
  • 5-02-2026, 10:56
    Dünənki havaya görə bir nəfər öldü
  • 5-02-2026, 10:44
    Prezident dünənki mərasimdən video paylaşdı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə