• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qərbin regiona müdaxiləsini önləmək cəhdi: “3+3" formatı alınacaqmı? - İNCƏLƏMƏ [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

13-10-2023, 15:00

Qərbin regiona müdaxiləsini önləmək cəhdi: “3+3" formatı alınacaqmı? - İNCƏLƏMƏ


“Regional məsələlərin ”3+3" formatında həll edilməsi vacibdir". Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edərkən belə deyib. Dövlətimizin başçısı regional məsələlərin “3+3" formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğulayıb, bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd edib.

“Biz "3+3" formatında görüşləri davam etdirməyə hazırıq". Ermənistanın İctimai Televiziyasına müsahibəsində baş naziri Nikol Paşinyan belə deyib: ""3+3" formatına gəlincə, təsis yığıncağı keçirilən zaman müəyyən prinsiplər razılaşdırılıb və biz bu formatda işləməyə və buna önəm verməyə hazırıq. Bunun vacib olmasının səbəbi ondan ibarətdir ki, biz regional gündəliyi tez-tez uzaq yerlərdə müzakirə edirik və bu bölgədə müzakirə etmirik. Əlbəttə, beynəlxalq ictimaiyyət və tərəfdaşlarımız çox önəmlidir, lakin bizim region ölkələrinə və münasibətlərinə xor baxdığımız təəssüratı yaranmamalıdır”. Paşinyan qeyd edib ki, Ermənistan müəyyən müzakirələrdən sonra Tehranda "3+3" formatında növbəti görüşə hazırdır.

Qeyd edək ki, "3+3" formatı Vətən müharibəsinin başa çatmasından az sonra Türkiyə və Azərbaycan liderlərinin təşəbbüsü ilə yaradılıb. Region dövlətləri arasında sıx əlaqələri və inteqrasiyanı nəzərdə tutan "3+3" formatının bir tərəfi Türkiyə, Rusiya və İran, digər tərəfi isə Azərbaycan, Gürcüstan və Ermənistandır. Bu formatda ilk görüş 2021-ci il dekabrın 10-da Moskvada keçirilib. Lakin Gürcüstan həmin görüşdə iştirak etməyib. Gürcüstan heç cür Moskva ilə birgə bu platformada iştiraka razılıq vermək istəmir. Gürcü tərəfi yaxşı başa düşür ki, regional platformalardan kənarda qalmamalıdır, ancaq istəyir ki, bütün iştirakçı dövlətlər başqa ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşsınlar. Maraqlıdır ki, Prezident Əliyevin son Gürcüstan səfərində regional əməkdaşlıqla bağlı verilən mesajlarda konkret olaraq "3+3" formatı haqda fikir bildirilməyib. Bu isə onu göstərir ki, Tiflis Moskva ilə bir masada oturmağa hazır deyil.

Deputat Azər Badamov regionda həlli vacib olan məsələlərin hələ çox olduğunu söylədi: “Regional əməkdaşlıq sülh və inkişaf gətirir. Ona görə də regionun məsələlərini uzaqlarda müzakirə etməkdənsə, məhz regionda həll etmək daha doğru olardı. Bu baxımdan, regionda öz həllini gözləyən çoxlu məsələlərin olması reallıqdır. Regional inkişafda yeni bir formatın təşəbbüsçüləri Azərbaycan və Türkiyədir. Bu format "3+3" adlandırmaqla bura Cənubi Qafqazın üç respublikası ilə yanaşı Türkiyə, Rusiya və İran daxildir. Son vaxtlar bu formatda əməkdaşlığın davam etdirilməsi ilə bağlı region ölkələrində tez-tez danışılır. Hətta İranın prezidenti bu ölkədə səfərdə olan Ermənistanın Təhlükəsizlik Şurasının katibi ilə görüşündə də "3+3" formatında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyindən danışıb. Bu gün yaranan yeni dünya nizamı yeni əməkdaşlıq formatları meydana gətirir. Təklif olunmuş "3+3" formatı yeni dünya nizamında regionumuza daha xeyirli olacağını hesab edirəm".

Deputat bu əməkdaşlığı qaçılmaz sayır: “10 oktyabrda Prezident İlham Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edən zaman da regional məsələlərin "3+3" formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğuladı, bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd etdi. Amma region ölkələri arasında fikir ayrılıqları və ziddiyyətlərin qalması bu formatın işlək vəziyyətə düşməsinə mane olur. Məsələn, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmaması və Rusiya ilə Gürcüstan arasında ziddiyyətli məsələlərin olması "3+3" formatının tez bir zamanda işlək vəziyyətə düşməsini əngəlləyir. Amma hamı başa düşməlidir ki, bu formatın alternativi yoxdur. Əgər bizim taleyimizə, eyni regionda qonşu olmaq yazılıbsa, aralarımızdakı ziddiyyətlər də tez bir zamanda aradan qalxmalıdır və yeni bir dövrə başlamaq zamanı gəlib. Bütün bunları nəzərə alaraq regional məsələlərin müzakirəsi və əməkdaşlığın genişləndirilməsi üçün "3+3" formatında əməkdaşlıq qaçılmazdır".

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli hesab edir ki, Rusiya-Gürcüstan münasibətlərinin düzəlməsi yönündə bu formatın böyük rolu ola bilər: ""3+3" formatı Prezident İlham Əliyevin 44 günlük müharibədən sonra regionda və dünyada yaranmış reallıqlara uyğun olaraq, Avrasiyanın ən önəmli, strateji enerji və nəqliyyat dəhlizlərinin keçdiyi bir coğrafiyada davamlı sülhün, təhlükəsizliyin, iqtisadi fəallığın təmin edilməsi, qarşılıqlı etimadlı münasibətlərin formalaşdırılması məqsədilə irəli sürdüyü, Ön Asiyanın gələcəyi üçün həyati əhəmiyyət kəsb edən bir təşəbbüsdür. Təəssüf ki, təşəbbüsün irəli sürüldüyü zaman kəsiyindən bu yana sözügedən konfiqurasiyanın tərkib hissəsi olmaqdan bəlli səbəblərdən yayınan Gürcüstanla yanaşı, Ermənistan da "3+3" formatının gerçəkləşməməsi üçün dolayısıyla təxribatlarını davam etdirib. İndiki şəraitdə də İrəvanın sözügedən formatla bağlı nisbətən pozitiv açıqlamalar verməsinin əsas səbəbi Ermənistanın bölgəyə xarici güclərin cəlb edilməsi istiqamətində atdığı addımları kompensasiya etməkdən və manevr imkanlarını genişləndirməkdən ibarətdir. Qənaətimə görə, Gürcüstanın bu prosesdə iştirakı olduqca vacib amillərdən biridir. Rəsmi Tiflis ərazilərinin ilhaqı ilə bağlı haqlı mövqe sərgiləsə də, Gürcüstanın bu prosesdə iştirakı gələcəkdə onun ərazi bütövlüyünün təmin edilməsinə töhfə də verə bilər. Qeyd edim ki, ötən il Gürcüstanla Rusiya arasındakı ticarət dövriyyəsi 2 milyard 636 milyon ABŞ dolları təşkil edib. Bu göstəricilərə görə, Rusiya Gürcüstanın əsas ticarət tərəfdaşıdır. Bu ilin son səkkiz ayının nəticələrinə görə isə iki ölkə arasındakı ticarət dövriyyəsi 1,7 milyard dollardır və bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 15% çoxdur. Bu, tərəfdaşlığın ən vacib elementini əks etdirən göstəricilərdən sonra Rusiyanın iştirak etdiyi formatdan “ərazi bütövlüyü” amilini əsas götürərək yayınmaq bir qədər qeyri-ciddi təsir bağışlayır. Ərazi bütövlüyü faktoruna görə bir dövlətin necə davranış sərgiləməli olduğunu Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində nümayiş etdirib və Ermənistanla bütün münasibətlərini kəsməklə yanaşı, işğalçının regional layihələrdən kənarda qalması üçün haqlı olaraq, bütün mümkün vasitələrdən istifadə edib və buna nail olub. Hesab edirəm ki, Gürcüstanın "3+3" formatı çərçivəsində Rusiya ilə münasibətləri tənzimləmək imkanı yarana bilər və qarşılıqlı, etimadlı münasibətlərin formalaşacağı təqdirdə bu, qonşu ölkənin ərazi bütövlüyü ilə bağlı problemlərin həlli istiqamətində əlverişli zəmin yarada bilər. "3+3" formatının fəlsəfəsi çox aydın və açıqdır. Regionun problemləri bölgə dövlətləri arasında, dialoq və əməkdaşlıq yolu ilə həll olunmalıdır. İndiki şəraitdə sözügedən format regional əməkdaşlıq üçün ən ideal və balanslı platformadır".
“Yeni Müsavat”

Oxunub: 10150
Paylaş:
Digər xəbərlər

Siyasət

19-06-2023, 12:59

İlham Əliyev OPEC-in baş katibini qəbul edib - YENİLƏNİB [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

4-10-2023, 14:03

Azərbaycan Qranada görüşündən imtina edib - SƏBƏBLƏR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

5-10-2023, 10:04

Olaf Şolts İlham Əliyevə zəng edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

2-06-2023, 09:59

Paşinyan: Biz anklav kəndləri Azərbaycana qaytarmağa hazırıq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

19-09-2023, 10:28

Ərdoğan-Əliyev-Putin-Paşinyan görüşü haqda açıqlama [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Bu gün Novruzun ilk çərşənbəsidir
Hadisə
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
23-02-2026, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
23-02-2026, 10:54
Peyvənd vurulan körpə şoka düşərək öldü
23-02-2026, 10:44
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
Son xəbərlər
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Dün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Dün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Dün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Dün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • 23-02-2026, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • 23-02-2026, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • 23-02-2026, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • 23-02-2026, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
  • 23-02-2026, 12:09
    İlham Əliyev onları təbrik etdi
  • 23-02-2026, 12:03
    İlham Əliyev iranlı naziri qəbul edib - FOTOLAR
  • 23-02-2026, 11:59
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • 23-02-2026, 11:13
    Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır
  • 23-02-2026, 11:03
    İslam Rzayevin həbs müddəti uzadıldı
  • 23-02-2026, 10:59
    Hər polisin ölümünə görə 1200 dollar mükafat vədi - İğtişaşlar artır - Video
  • 23-02-2026, 10:54
    Peyvənd vurulan körpə şoka düşərək öldü
  • 23-02-2026, 10:49
    “Prezidentin qaldığı hotelə hücum əmri bu tarixdə verilmişdi” - Video
  • 23-02-2026, 10:44
    Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
  • 23-02-2026, 10:38
    Növbəti Tehran - Ağ Ev, Kiyev - Ağ Ev - Kreml danışıqları
  • 23-02-2026, 10:11
    Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
  • 23-02-2026, 10:07
    5 gün partlayış səsləri EŞİDİLƏCƏK
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə