• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

BU NƏDİ BELƏ: Lavrovdan Bakıya status ittihamı - Moskva yenə “bostanımıza” [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

12-09-2023, 16:00

BU NƏDİ BELƏ: Lavrovdan Bakıya status ittihamı - Moskva yenə “bostanımıza”


Rusiya Qarabağda öz hərbi mövcudluğunu uzatmaq üçün 2025-ci ilədək yüz oyundan çıxacaq. Bunu əminliklə söyləmək olar. Ölkənin baş diplomatı Sergey Lavrovun sentyabrın 10-da keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikir bu qənaəti möhkəmlədir.

Mətbuat konfransında “Rusiyanın Dağlıq Qarabağı Azərbaycana verməkdə” ittiham olunması ilə bağlı erməni jurnalistin sualına o, belə cavab verib: “Rusiyanı nədəsə ittiham etməzdən qabaq gərək öz hərəkətlərinizi özünüz qiymətləndirəsiniz. Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının 2020-ci il noyabrın 10-da üçtərəfli sazişi imzalamasına istinad edir. Bu, həqiqətə uyğun deyil. Orada Qarabağın statusu haqda heç nə deyilmir. O zaman hər üç lider ondan çıxış edirdilər ki, statusla bağlı əlavə danışıqlar aparılmalıdır. Amma sonradan Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin dəvət olunduğu Praqada hər ikisi 1991-ci il Almatı Bəyannaməsini tanıdıqlarını bildirən bəyanat imzaladılar. Beləcə, məsələ qapandı. Ermənistanın baş naziri keçmiş DQMV-nin Azərbaycanın tərkibində olması haqda sənəd imzaladı. Bunun üstündən bizi 2020-ci il noyabrın 10-da guya Qarabağı "vermək"də ittiham etməyə ehtiyac yoxdur. Gərək öz xalqın qarşısında özün cavab verməyi bacarasan".

Beləcə, Lavrov-Kələntəryan faktiki həm də İrəvanı ölkəmizin ərazi bütövlüyünü tanıdığına görə qınayıb. Bəs “hər üç lider ondan çıxış edirdilər ki, statusla bağlı əlavə danışıqlar aparılmalıdır” cümləsi nə demək? Belə çıxır, Bakı 10 noyabr sənədi imzalanarkən separatçılara status vəd edib. Əlbəttə ki, ağ yalandır.

Ermənistan rəsmiləri rusiyalı həmkarlarını ittiham edirlər ki, “Qarabağı Rusiya Azərbaycana təhvil verib”, Kremldəkilər isə əksinə, deyirlər ki, “Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqda Qarabağı Azərbaycana təhvil vermiş olub”. İkisi arasında sərt polemika bu ətrafda gedir. Kremlin məntiqindən belə bir sual yaranır ki, baş nazir Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan açıqlama verməsəydi, Rusiya Qarabağı “mübahisəli” ərazi kimi qəbul edəcəkdi?

Sergey Lavrov bununla nə demək istəyir? Niyə israrla “dəlinin yadına daş salıb” Azərbaycanın bostanına daş atır?

Əlavə edək ki, Rusiya Xankəndidə sentyabrın 9-da təşkil edilən “prezident seçkisi” və ardınca “andiçmə” şousunu hələ də pisləməyib. Fransa kimi.

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Sergey Lavrovun səsləndirdiyi fikirlərdə elə də böyük bir yenilik və təəccüb ediləsi nə isə yoxdur. Çünki bu, Rusiyanın davamlı olaraq yürütdüyü siyasətin növbəti təzahürüdür: “Hələ İkinci Qarabağ savaşından sonra 2020-ci ilin dekabrında ənənəvi mətbuat konfransında KİV qarşısında Rusiya Prezidenti təxminən eyni mövqeni sərgiləmişdi. O demişdi ki, 30 ilə yaxın müddətdə heç Ermənistan özü belə, Qarabağın müstəqiliyini tanımayıb. Yəni faktiki olaraq Ermənistanı yönləndirən fikir ortaya atmışdı ki, İrəvan separatçı rejimin müstəqilliyini tanıya bilər. İndi isə Lavrovun dili ilə Ermənistan hakimiyyəti sanki Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etdiyi üçün tənqid edilir, erməni cəmiyyətinin hədəfinə çıxarılır, günahkar elan edilir. Rusiyanın yürütdüyü siyasətin mahiyyəti buradan çılpaqlığı ilə üzə çıxmış olur. Rusiya məsələnin həll olunmasında deyil, gərginliyin qorunub saxlanmasında maraqlıdır. Lavrov o cür açıqlama verməklə Paşinyan hakimiyyətini hədəfə gətirir, Ermənistan ictimaiyyətini və Rusiyanın idarə elədiyi Ermənistanda müxalif qüvvələri konkret olaraq qızışdırır ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığı üçün günahkardır və onun üzərinə gedilməlidir. Bununla eyni zamanda Rusiya dolayısı ilə də olsa Ermənistan cəmiyyətini ona körükləyir ki, Qarabağı müstəqil olaraq tanıyın, Qarabağı Azərbaycan ərazisi olaraq tanımayın. Sergey Lavrovun bu açıqlaması bu baxımdan olduqca çox zərərlidir”.

A.Əlizadənin fikrincə, Xankəndidə 9 sentyabrda qondarma “prezident seçkisi”nin “nəticəsini” tanımadığını bəyan etməməsi də Rusiyanın siyasətinin nədən ibarət olduğunu nümayiş etdirir: “Rusiya 2022-ci ilin fevralında Azərbaycanla bağladığı stateji müttəfiqlik haqqında müqavilənin 11-ci bəndinə əməl etmir bu davranışla. 11-ci bənddə göstərilir ki, tərəflər öz ölkələri daxilində separatizmə və terrorizmə qarşı birgə mübarizəni təşkil edirlər. Rusiya isə hər zaman olduğu kimi bu məsələdə də öz imzasına hörmət eləmir. Növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan hərəkətə neytral qalmaq nümayiş etdirir”.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə bildirdi ki, Sergey Lavrov öz maraqlarından çıxış edir və bu açıqlaması ikibaşlı açıqlamadır. Lavrov Rusiyanın ikili oyun oynamaq siyasətinin icraçısıdır və öz ölkəsinin maraqlarını müdafiə eləməyə çalışır: “Rusiyanın marağı bundan ibarətdir ki, situasiyanı dəyişsin. Onlar Nikol Paşinyanın hakimiyyətdə qalmasını istəmirlər. Lavrovun məlum açıqlaması da Ermənistan əhalisində Nikol Paşinyana qarşı ictimai rəyi formalaşdırmağa xidmət edir. Artıq Rusiyanın nökərləri olan Serj Sərkisyan, Robert Köçəryan fəallaşıblar və onlara yeni qüvvələr də qoşulurlar ki, Nikol Paşinyanı iqtidardan devirə bilsinlər. Rusiya Ermənistanda Paşinyana qarşı xalqı qaldırmaq üçün ən müxtəlif addımlar atır. Lavrovun açıqlaması da buna xidmət edir.

Eyni zamanda Rusiya xarici işlər naziri dolayısı ilə ermənilərə mesaj göndərir ki, arxayın olun, biz Qarabağı Azərbaycana verməmişik. Revanşist ermənilərdə ümid yaratmağa xidmət edən bu cür açıqlamadan çıxarıla biləcək ikinci məna budur. Ermənilərə mesaj verilir ki, dirəniş göstərməkdə, separatçılıqda davam etsinlər. Rusiya eyni zamanda aranı qarışdırıb rus sülhməramlılarının uzun müddətə Qarabağda qalması üçün şərait yaratmağa çalışır. Ancaq Rusiya bu niyyətinə nail ola bilməyəcək. Azərbaycan bütün ərazisində özünün suveren hüquqlarını, hakimiyyətini bərqərar edəcək".
“Yeni Müsavat”

Oxunub: 10183
Paylaş:
Digər xəbərlər

Siyasət / Video

26-07-2023, 09:11

Lavrovun qulağına “Dağlıq Qarabağ” sözünü işlətmə” dedilər - VİDEO [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

22-05-2023, 14:50

Paşinyan: Ümid edirik ki, qısa zamanda sülh sazişi imzalayacağıq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

11-09-2023, 09:12

Tam sürəti ilə: Ermənistan - Rusiya müharibəsi - ŞOK AÇIQLAMA [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-07-2023, 16:00

Qarabağda sülh həm də Rusiyadan qurtulmaq üçün lazımdır - QƏRB TƏLƏSİR... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

23-05-2023, 15:30

Rusiya bizi Xankəndinin qapısında nə qədər oyalayacaq? - HƏQİQƏTƏN DƏ... [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə