• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezidentin “düşmənlər” xəbərdarlığının şifrələri [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-12-2025, 10:25

Prezidentin “düşmənlər” xəbərdarlığının şifrələri


Ekspertlər vurğulayır ki, İlham Əliyevin bu ifadəni işlətməsi sırf ifadə tərzi, üslub kimi qiymətləndirilə bilməz: “Bu, təhlükənin yalnız Ermənistanla məhdudlaşmadığını göstərən açıq siyasi mesajdır”
“Bundan sonra sülh içində, təhlükəsizlik içində yaşamaq üçün biz bu tarixi heç vaxt unutmamalıyıq. Biz bilirik bizim dostumuz kim olub, düşmənlərimiz kim olub. Əfsus ki, düşmənlərimiz dostlarımızdan bir neçə dəfə çox olub”. Bunu Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında oraya köçən sakinlərlə görüş zamanı deyib.

Prezident bu fikrinin ardınca deyib ki, amma bu gün bizim güclü iradəmiz, siyasi addımlarımız, Silahlı Qüvvələrimizin güclü olması artıq tamamilə yeni mənzərəni ortaya qoyur. Beş il bundan əvvəl döyüş meydanında qazandığımız Qələbəni biz 2 il bundan əvvəl antiterror əməliyyatı nəticəsində tam əldə etdik: “Ondan sonra keçən 2 il ərzində bütün beynəlxalq təşkilatlarda bunu təsdiqlədik. Mənfur Minsk Qrupunun tarixin arxivinə göndərilməsi də məhz bizim təkidimizlə olmuşdur. Bu ayın əvvəlində Minsk Qrupu və ona bağlı olan bütün təsisatlar rəsmən ləğv edildi. Bu da bizim tələbimiz idi və Ermənistan tərəfi demək olar ki, 5 il ərzində buna müqavimət göstərirdi. Ancaq yenə də deyə bilərəm ki, bizim iradəmizin qarşısında heç kim dura bilməz. Bugünkü yeni reallıqlar dünyanın aparıcı ölkəsinin Prezidentinin iştirakı ilə avqust ayında təsdiqləndi, möhürləndi. Bizim Qələbəmizin çox böyük və güclü möhürü də vuruldu, onunla da separatçılığın, bizə qarşı ərazi iddialarının, anti-Azərbaycan qüvvələrinin bizə qarşı açıq ”soyuq savaşı"nın artıq sonu gəldi, separatçılığın kitabı bağlandı və Azərbaycan xalqı artıq bir neçə aydır ki, sülh içində yaşayır".

Prezident İlham Əliyev eyni zamanda ayıq olmaq, daim güclü olmaq çağırışı da edib: “Mən bunu birinci dəfə deyil ki, deyirəm. Ayıq olmalıyıq, daim güclü olmalıyıq. Ona görə biz son 5 ildə ordu potensialımızı böyük dərəcədə gücləndirmişik və keçən ay hərbi paradda bütün dünya bunun bir hissəsini görə bildi. Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq. Bunu təmin edirik və edəcəyik”.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin Ağdamda yerli sakinlərlə görüş zamanı səsləndirdiyi “Ayıq olmalıyıq, daim güclü olmalıyıq” fikri sadəcə emosional çağırış və ya hərbi ritorika deyil. Bu, postmünaqişə dövründə Azərbaycanın təhlükəsizlik fəlsəfəsini, regional reallıqlara baxışını və gələcəyə dair strateji xəttini ifadə edən konseptual yanaşmadır: “Xüsusilə dövlət başçısının "düşmən" deyil, “düşmənlər” ifadəsini işlətməsi bu yanaşmanın daha dərin, çoxqatlı və realist xarakter daşıdığını göstərir. Prezidentin “ayıq olmalıyıq” çağırışı ilk növbədə romantik illüziyalardan uzaq durmaq mesajıdır. Bu ifadə beynəlxalq münasibətlər sistemində ədalətin yox, maraqların əsas rol oynadığını açıq şəkildə ifadə edən siyasi realizmin təzahürüdür. Azərbaycanın 30 ilə yaxın işğala məruz qalması, beynəlxalq hüququn kağız üzərində qalması və ikili standartların acı təcrübəsi dövlətin siyasi yaddaşında silinməz izlər buraxıb. Bu baxımdan “ayıqlıq” təhlükələri əvvəlcədən görmək, dostu və düşməni düzgün ayırd etmək, geosiyasi prosesləri emosiyalarla deyil, rasional hesablamalarla oxumaq deməkdir. Bu ayıqlıq həm də cəmiyyətə ünvanlanan mesajdır. Müharibə bitsə də, risklər bitməyib və sülh kağız üzərində imzalanan sənədlə deyil, real güc balansı ilə qorunur".

Deputat vurğuladı ki, Prezident İlham Əliyevin nitqində “düşmənlər” sözünü işlətməsi də təsadüfi deyil və sırf ifadə tərzi, üslub kimi qiymətləndirilə bilməz: “Bu, təhlükənin yalnız Ermənistanla məhdudlaşmadığını göstərən açıq siyasi mesajdır. Ermənistan sadəcə icraçı olub, onu silahlandıran, siyasi cəhətdən himayə edən, regionda revanşizmə ümid verən və sülh prosesini sabotaj edən daha geniş bir çevrə mövcuddur. Bu çevrəyə Ermənistanda revanşizmi stimullaşdıran dövlətlər, Cənubi Qafqazda yeni gərginlik ocaqları yaratmaq istəyən geosiyasi mərkəzlər, Azərbaycanı güclənmiş, müstəqil və regional lider kimi görmək istəməyən dairələr daxildir. Məhz buna görə Prezident "düşmən" anlayışını çoxtərəfli və sistemli təhlükə kimi təqdim edir. Bu, həm xarici siyasətdə, həm də müdafiə strategiyasında kompleks yanaşmanın mövcudluğunu göstərir".

E.Mirzəbəyli qeyd etdi ki, Prezidentin “Əbədi sülhə nail olmaq üçün biz hər zaman potensial düşmənlərimizdən bir neçə dəfə güclü olmalıyıq” fikri klassik pasifist yanaşmadan köklü şəkildə fərqlənir: “Bu, güc balansına əsaslanan sülh konsepsiyasıdır. Azərbaycanın işğal dövründəki təcrübəsi göstərdi ki, zəif olan tərəf haqlı olsa belə, haqqını qoruya bilmir. 2020-ci ildə və sonrakı antiterror tədbirlərində əldə edilən nəticələr isə təsdiqlədi ki, yalnız güclü ordu və siyasi iradə sülhü diktə edə bilər. Son 5 ildə ordu potensialının ciddi şəkildə gücləndirilməsi, müasir silahlanma, texnoloji üstünlük və hərbi parad vasitəsilə bu gücün nümayişi təkcə daxili auditoriyaya deyil, bütün dünyaya ünvanlanan mesaj kimi qiymətləndirilməlidir. Azərbaycan artıq müdafiə olunan yox, təhlükəsizliyini özü təmin edən dövlətdir. Potensial təhlükələrə gəldikdə isə, onlar, şübhəsiz ki, var. Revanşçı düşüncələr hələ də Ermənistan siyasi spektrində tam sıradan çıxmayıb. Regionda böyük güclərin toqquşan maraqları, Cənubi Qafqazın strateji əhəmiyyəti, enerji və nəqliyyat layihələri ətrafında gedən rəqabət təhlükə ehtimallarını daim aktual saxlayır. Bundan əlavə, informasiya müharibəsi, diplomatik təzyiqlər və siyasi manipulyasiyalar da müasir dövrün "yumşaq təhlükə" alətləridir. Məhz bu səbəbdən Prezidentin çağırışı mövcud reallıqların qısamüddətli dəyərləndirilməsinə yox, uzunmüddətli strateji düşüncəyə əsaslanır".

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Ağdamda səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan sülh istəyir, amma sadəlövh deyil, bu sülhün güc üzərində bərqərar olduğunu hər kəsdən yaxşı başa düşür: “Ayıq olmaq” ifadəsi təhlükəni vaxtında görmək, “düşmənlər” deyimi isə təhlükənin çoxşaxəli olduğunu qəbul etməkdir. “Daim güclü olmaq” isə müstəqilliyin yeganə real təminatıdır. Azərbaycan öz taleyini özü müəyyən edən regional gücdür. Bu güc isə yalnız qorunmaq üçün yox, sabitlik və ədalətli sülh yaratmaq üçündür".

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Prezident tamamilə haqlıdır və çox vacib məsələ haqda səmimi fikirlər ifadə edib: “Azərbaycanın müharibədə qələbə qazanmasına baxmayaraq, ordunun gücləndirilməsi və modern hərbi texnikanın alışı və istehsalı prosesi davam etməlidir. Hazırkı dünyada beynəlxalq hüquq işləmir, güclü olan təzyiqlərə tab gətirir və təhlükələrdən qoruna bilir. İndinin özündə də Azərbaycana düşmən və rəqib gözü ilə baxan ölkələrin sayı çoxdur. Bizə düşmən kimi baxan ölkə təkcə Ermənistan deyil. Bizə düşmən və rəqib gözü ilə baxan dövlətlər və siyasi mərkəzlər Azərbaycanın bölgədə artan rolundan narahatdırlar. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla və ərazi bütövlüyünü təmin etməklə yaxın tarixinin ən böyük problemini həll edib. Bu, Azərbaycana imkan verdi ki, resurslarını və gücünü digər məsələlərin həllinə yönəltsin. Bu sırada dəhlizlərin çəkilməsi, Türkiyə və türk dövlətləri ilə ittifaqın güclənməsi, o cümlədən Ermənistanla sülh quruculuğunda Azərbaycanın təşəbbüskarlığını vurğulamaq olar.

Buna baxmayaraq, Azərbaycan və Cənubi Qafqaz üçün potensial təhlükələr azalmayıb. Rusiya və İrandakı şovinist dairələr Cənubi Qafqazda sülhün və Azərbaycanla Ermənistan arasında əməkdaşlığın formalaşmasında maraqlı deyillər. Həmin qüvvələr illər boyu Qarabağ münaqişəsi vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təzyiq etməyə çalışıblar. İndi həmin alət şovinist və imperiya təfəkkürü ilə yaşayanların əllərindən çıxıb. İlham Əliyev Ağdamda çıxış edərkən, işğal dövründə Ermənistana milyardlarla dollar havayı silah və hərbi texnika, müharibə dövründə isə “İsgəndər” raketlərinin verildiyini də bildirdi. Söhbətin Rusiyadan getdiyi aydındır".

Politoloqun sözlərinə görə, Rusiya və İrandakı şovinist dairələr hesab edirlər ki, Cənubi Qafqazda sülh onların maraqlarına uyğun deyil: “Onlar düşünürlər ki, bu halda Cənubi Qafqaz ölkələri qonşularla yanaşı Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı gücləndirəcəklər. Bəli, bu həqiqətdir. Cənubi Qafqaz ölkələri Vaşinqton və Brüssellə müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Bu siyasət Rusiya və İrana təhlükə yaratmır. Ancaq şimal və cənub qonşumuzda bunu anlamayanlar var. Odur ki, Azərbaycan potensial təhlükədən qorunmaq üçün həm güclü orduya malik olmalı, həm də müttəfiq və tərəfdaşlarıyla əlaqələri gücləndirməlidir. Bu halda düşmən və rəqiblər Azərbaycana heç nə edə bilməzlər”.

Oxunub: 1019
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

25-12-2025, 09:17

Prezidentdən XƏBƏRDARLIQ: "Ayıq olmalıyıq..." [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

20-09-2025, 09:06

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-09-2025, 19:29

Prezident: Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

28-10-2025, 17:54

İlham Əliyev: Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

---

28-03-2024, 11:42

Biz özümüz ədaləti bərpa etdik [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə