• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ağ Evin “Tramp dəhlizi” müəmması [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-11-2025, 16:00



ABŞ prezidentinin oğlunun İrəvana getməməsinin pərdəarxası məqamları - Bakıdan şərhlər
ABŞ prezidentinin oğlu kiçik Donald Trampın Ermənistana səfərinin ləğvi ətrafında müzakirələr davam edir. İddialara görə, buna səbəb “Tashir Capital” şirkətinin rəhbəri Narek Karapetyanın Taker Karlsona verdiyi müsahibə olub.

Müsahibədə Ermənistan hakimiyyətinin Apostol Kilsəsinə hücumu barədə faktlar səsləndirilib və bu, ABŞ ictimaiyyətində güclü rezonans yaradıb. Məhz bundan sonra səfər ləğv edilib.

Kiçik Donald Tramp sahibkardır. O, bacısı İvanka Tramp və qardaşı Erik Trampla birlikdə atasının şirkətində işləyir, icraçı vitse-prezident vəzifəsində çalışır.

Qeyd edək ki, səfər zamanı iki əsas mövzu ətrafında müzakirələr aparılmalı idi. Birincisi, Amerika biznesinin “TRİPP marşrutu”nun (Zəngəzur dəhlizi) tikintisində iştirakının rəsmiləşdirilməsi və bu nəqliyyat arteriyasının ABŞ şirkəti tərəfindən idarə olunması ilə bağlı idi. TRIPP layihəsinin ümumi dəyəri təxminən 300 milyon dollar qiymətləndirilir. Bunun 140 milyon dolları ABŞ tərəfindən ayrılıb, lakin qalan 160 milyon dolların mənbəyi hələ müəyyən edilməyib.

İkinci mövzu isə kiçik Donald Trampın şirkətlərindən biri ilə erməni tərəfi arasında pilotsuz uçuş aparatlarının tədarükü üçün böyük müqavilənin hazırlanması ilə bağlı idi. Ermənistana pilotsuz uçuş aparatlarının göndərilməsi ilə bağlı danışıqların olacağı bir qədər düşündürücü idi.

Yada salaq ki, Tramp Ağ Evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşdə dəhlizlə bağlı açıqlama verib: “Bu tarixi razılaşma yeni Tramp marşrutunun tikintisini də ehtiva edir. Onlar ona mənim adımı verdilər. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Əslində bu, böyük bir razılaşma olmaqla yanaşı, beynəlxalq sülh üçün yeni Tramp marşrutudur. Bu, dünyanın iqtisadi cəhətdən vacib regionundan keçən və Xəzər dənizinin o biri tərəfində ticarət fəaliyyətini artıracaq və Mərkəzi Asiya xalqlarına kömək edəcək bir yoldur”.

Trampın oğlunun səfərinin Ermənistan hakimiyyətinin kilsə ilə kəskinləşən münasibətlərinə təsiri nə dərəcədə realdır? Ağ Ev “Tramp dəhlizini”, məsələn, Rusiya ilə danışıqlarda öz maraqları naminə spekulyasiya mövzuna çevirə bilərmi?

YAP-çı deputat Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Tramp dəhlizi layihəsi Ağ Evin Rusiya ilə spekulyasiya məsələsi ola bilməz: “Əgər bu dəhliz Trampın adı daşıyırsa, bu həm də ABŞ prezidentinin qürur məsələsidir. Ona görə də dəhlizin maliyyələşməsi üçün ilkin olaraq 140 milyon dollar vəsait də ayrılıb. "Tramp dəhlizi"nin açılması ilə bağlı layihələndirmə işləri davam etdirilir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında da qeyd edib. O, cari ilin sonuna qədər layihələndirmə işləri başa çatdırılacağını və gələn ilin əvvəlindən başlayaraq yolun tikintisinin aparılacağını bildirib. Bu dəhliz artıq regional layihə statusundan qlobal layihə statusuna daxil olub. Ona görə də Donald Tramp Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşdə də Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparıb. Çünki Mərkəzi Asiyadan Avropaya tranzit daşımaları həyata keçirən marşrutun tərkib hissəsi olacaq.

Kiçik Donald Trampın Ermənistana səfərinin ləğvinin isə ancaq Ermənistanın daxilindəki siyasi gərginliklə bağlı olduğunu hesab edirəm. Ermənistan qarşıdan gələn parlament seçkisi ərəfəsində çalxalanır. Kilsədə də seçkilərin keçirilməsi, II Qareginin dəyişdirilməsi prosesi davam etdirilir. Bu baxımdan Ermənistanda siyasi mühitdə dərinləşən gərginlik ancaq parlament seçkisi ilə bağlı deyil, həm də kilsə ilə bağlı da baş verən fikir ayrıqları ilə əlaqədardır. Belə bir gərginliyin cərəyan etdiyi bir ölkəyə kiçik Donald Trampın Ermənistana səfər etməsi təhlükəsizlik baxımından məntiqli deyildi. Ona görə də bu səfərin ləğv olunduğunu hesab edirəm. Zəngəzur dəhlizi isə açılacaq və ABŞ bu yolun açılmasına təminat verib".

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov hesab edir ki, Trampın oğlunun Ermənistana planlaşdırılan səfərinin ləğvi həm Vaşinqtonun Cənubi Qafqaz siyasəti, həm də Ermənistanın daxili ideoloji vəziyyəti fonunda diqqət çəkən hadisədir: ""Tashir Capital" şirkətinin rəhbəri Narek Karapetyanın Taker Karlsona verdiyi müsahibənin bu qərarın qəbulunda nə qədər rol oynadığını söyləmək çətindir. Belə ki, Donald Trampın oğlunun Ermənistana səfərinin ləğvi Ermənistan hökumətinin Apostol Kilsəsi ilə münasibətlərinə birbaşa təsir göstərəcək hadisə deyil, lakin təbii ki, dolayı və simvolik təsir gücü az da olsa, mövcuddur. Digər bir tərəfdən, belə bir səfərin planlaşdırıldığına dair dəqiq məlumat da yox idi. Yəni nə Ermənistan hakimiyyəti, nə də Trampın oğlu belə bir səfərlə bağlı hər hansı bir açıqlama verməmişdi. Amma həqiqətən də belə bir səfər planlaşdırılmışdısa və ləğvi də məhz Ermənistan hökumətinin kilsə ilə münasibətləri kontekstində baş veribsə, burada bir məqama diqqət yetirmək lazımdır. Trampın oğlu hər nə qədər rəsmi dövlət nümayəndəsi olmasa da, onun hərəkətləri və səfərləri ailə brendi baxımından Ağ Evin reputasiyası ilə assosiasiya olunur. ABŞ ictimaiyyətində və xüsusilə Respublikaçılar Partiyasında xristian dəyərlərinə xüsusi önəm verildiyini nəzərə alsaq, kilsəyə qarşı təzyiqlərlə bağlı ittihamların səsləndiyi bir vaxtda Tramp ailəsinin Ermənistana səfəri ciddi ictimai narazılıq doğura bilərdi. Buna görə də səfərin ləğvi, faktiki olaraq, Vaşinqtonun reputasiya və dəyərlər balansını qorumaq məqsədinə xidmət edə bilər.

Digər tərəfdən isə bu səfərin ləğvi heç bir halda Ağ Evin “Tramp marşrutu”na dair maraqlarının arxa plana keçdiyi anlamına gəlməməlidir. Tramp administrasiyasının Cənubi Qafqazda iqtisadi təsir mexanizmlərini gücləndirmək xəttini seçdiyi ortadadır. Bu mənada Xəzər hövzəsi ilə Avropa arasında yeni logistik arteriyanın formalaşdırılmasını nəzərdə tutan dəhliz ABŞ-nin maraqlarına cavab verir. Bu layihənin Tramp adını daşıması isə Vaşinqtonun regiondakı nüfuz iddiasını təcəssüm etdirir.

ABŞ bu marşrutu Rusiya ilə danışıqlarda öz mövqeyini möhkəmləndirmək üçün istifadə edə bilər. Belə ki, layihənin gerçəkləşməsi Vaşinqtonun regiondakı iqtisadi və diplomatik təsirini artırmaqla yanaşı Moskvanın Cənubi Qafqazdakı manevr imkanlarını da məhdudlaşdıracaq. Buna görə də dəhlizin gələcəkdə ABŞ-Rusiya münasibətlərində spekulyasiya mövzusuna “diplomatik alət” olaraq çevrilə bilmə ehtimalı var. Amma bu heç də ABŞ-nin Rusiyaya güzəştə getməsi fonunda baş verməyəcək. ABŞ dəhlizə nəzarəti öz əlində saxlamaqla Rusiyaya təsir imkanlarını artıracaq".

Oxunub: 1031
Paylaş:
Digər xəbərlər

Dünya

12-11-2025, 12:18

Trampın oğlu Ermənistana səfərini ləğv edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

13-10-2025, 09:35

Trampla birgə onlar da Yaxın Şərqə səfər edir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

18-11-2024, 13:14

Kiçik Tramp: Axmaqlar, Üçüncü Dünya müharibəsinə başlatmaq istəyirlər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

23-07-2025, 09:00

Tramp yekun qərar verəcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

1-11-2024, 14:22

Tramp seçilsə, Mask və Kennedi yüksək vəzifə tutacaqlar [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə