• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tramp Ukrayna savaşının taleyini “düyünə” salıb: Ağ Evin “sülh təşəbbüsləri” Rusiyaya manevr məkanı açır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

6-09-2025, 10:02

Tramp Ukrayna savaşının taleyini “düyünə” salıb: Ağ Evin “sülh təşəbbüsləri” Rusiyaya manevr məkanı açır


Ukrayna müharibəsi həm savaş meydanında, həm də diplomatik masada həlledici mərhələyə daxil olmaq üzrədir, Kreml rəsmi Kiyevə qarşı “hərbi zəiflik” iddiaları ilə siyasi təşəbbüsü ələ keçirtməyə cəhd göstərir... Rəsmi Kiyev isə Ukrayna üçün Qərbin hərbi-siyasi dəstəyini genişləndirməyə, Rusiyaya qarşı “sülhə məcbur etmə” xəttinin gücləndirilməsinə çalışır və belə vəziyyət məhz ABŞ prezidenti Donald Trampı növbəti dəfə ön plana çıxarır...

"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşı uzandıqca, həm Rusiya, həm də Qərb paytaxtlarından gələn açıqlamalar, bu müharibənin hərbi müstəvidən siyasi-diplomatik istiqamətə keçidinə yönəlik cəhdlərin də intensivləşdiyini göstərir. Belə ki, Rusiya prezidenti Vladimir Putinin son açıqlaması həm Kreml diplomatiyasının konturlarını ortaya çıxartdı, həm də Qərbin Ukrayna savaşına yönəlik mövqeyini kəskinləşdirdi. Və eyni zamanda, ABŞ prezidenti Donald Trampın Rusiya ilə “telefon diplomatiyası” niyyətini dilə gətirməsi, gələcək hərbi-siyasi proseslərin inkişaf istiqamətlərində “Tramp faktoru”nu əsas amillərdən birinə çevirməkdədir.

Onu da qeyd etmək lazımdır ki, Kremlin əsas narrativləri “zəif Ukrayna, “sülhə hazır” Rusiya” tezisləri üzərində qurulub. Hər halda, prezident Vladimir Putin son açıqlamasında Ukrayna ordusunun real döyüş qabiliyyətini şübhə altına aldı. Onun fikrincə, Ukrayna ordusu 50 faizdən aşağı səviyyədə komplektləşdirilib və rəsmi Kiyevin savaş resursları minimum həddə qədər azalıb. Və Kremlin bu klassik informasiya manipulyasiyası ilə Ukrayna zəif göstərilir, daxili auditoriyaya optimizm, Qərbə isə “dəstəyiniz faydasızdır” mesajı ötürülür.

Bütün bunlarla yanaşı, Kreml sahibi 2022-ci ildə münaqişənin diplomatik yolla həllini təklif etdiklərini xatırladaraq, məsuliyyəti Qərbin üzərinə atmağa da çalışır. Burada isə əsas hədəf həm Rusiya üçün “sülh tərəfdarı” imici uydurmaqdan, həm də gələcək sülh danışıqlarında daha üstün mövqelər qazanmaqdan ibarətdir. Ən önəmli arqumentlərdən biri də dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı məsələ idi. Prezident Vladimir Putin bunun beynəlxalq maliyyə sisteminə “sarsıdıcı zərbə” vuracağınıl iddia etməklə, əslində, Qlobal Cənuba mesaj göndərməyə çalışır. Yəni, Kreml sahibi “Bu qərar yalnız Rusiyaya yox, bütün inkişaf etməkdə olan ölkələrə təhlükədir” demək istəyir. Və bununla da, Qlobal Cənuba aid ölkələrin Qərbə etirazlarını gücləndirmək niyyəti güdür.

Ancaq həm rəsmi Kiyev, həm də Qərb siyasi dairələri prezident Vladimir Putinin “müharibəni uzatmaq oyunu”nun əsas hədəfini anlamamış deyillər. Ona görə də, rəsmi Kiyev Ukrayna prezidentin müşaviri Dmitri Litvinin vasitəsilə Kremlin hərbi-siyasi manipulyasiyalarına dərhal reaksiya verdi. Belə ki, Kremlin prezident Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında Rusiya paytaxtı Moskvada görüş təklifinin “reallıqdan uzaq”, “müharibənin uzadılması məqsədli oyun” hesab etdiyini qabartdı.

Digər tərəfdən, prezident Volodimir Zelenski Fransa lideri Emmanuel Makronla ortaq çıxışında yeni hava hücumundan müdafiə formatını ABŞ-la müzakirə etdiyini bildirdi. Onun “Ağ Evdən siqnal gözləyirik” mesajı ABŞ-ın Ukraynanın təhlükəsizlik təminatında əsas faktor olduğunu növbəti dəfə təsdiqləmiş oldu. Eyni zamanda, Böyük Britaniyanın baş naziri Kir Starmerin açıqlaması isə Qərbin strateji kursunun hələ dəyişmədiyini göstərir. Belə ki, “Könüllülər koalisiyası” Ukraynaya uzaqmənzilli raketlər verəcəyini təkrarlayır. Ancaq bu raket sistemləri ilə bağlı dəqiqləşdirmənin olmaması, Qərbin Rusiyaya qarşı kəskin reaksiyasından hələ də ehtiyat etdiyinin əlaməti sayılır.

NATO-nun baş katibi Mark Rutte isə daha sərt ritorika ilə çıxış edərək, Rusiyanın Ukraynanın təhlükəsizlik qərarlarına qarışa bilməyəcəyini bəyan edib. Onun fikrincə, Ukraynanın və ya hər hansı başqa bir dövlətin NATO-ya üzvlüyü ilə bağlı qərarına Rusiya müdaxilə edə bilməz. Bu, onu göstərir ki, Qərb siyasi dairələri artıq yalnız Ukraynaya dəstək verməklə, kifayətlənmək niyyətində deyil. Və böyük ehtimalla həm də Rusiyanın müharibədən sonrakı qlobal təhlükəsizlik sistemində “söz haqqı”nı indidən tamamilə inkar etməyə üstünlük verir.

Digər maraqlı məqamlardan biri də Ağ Ev sahibi Donald Trampın növbəti dəfə yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını bildirməsidir. Belə ki, Ağ Ev sahibi Rusiya prezidentindən hələ də ümidini kəsməyib və onunla Ukrayna savaşının dayandırılması məsələsində atılacaq addımları müzakirə etmək niyyətindədir. Kreml isə dəfələrlə Tramp administrasiyasının sülh prosesində “səmimiyyət”inə ümid etdiyini vurğulayıb. Və bu, Kreml üçün prezident Donald Trampın Ukrayna böhranının Rusiyanın xeyrinə həllində əsas “ümid qapısı” olduğunu göstərir.

Göründüyü kimi, Ukrayna savaşında hərbi faktorlala yanaşı, siyasi-diplomatik cəhdlər də paralellik təşkil edir. Kreml birbaşa görüşlərə hazır olduğunu bildirir, ancaq rəsmi Kiyev və Qərb bunu Rusiyanın “vaxt udmaq” taktikası kimi qiymətləndirir. Ona görə də, Qərb siyasi dairələrinin mövqeyi yenidən sərtləşir. Uzaqmənzilli raketlərin verilməsi və NATO baş katibi Mark Ruttenin sərt bəyanatı Qərbin Rusiyanın Ukraynaya nəzarət iddialarını bloklamaq niyyətində olduğunu göstərir. Və böyük ehtimalla Qərb siyasi dairələrinin bu niyyəti müəyyən mənada, rəsmi Kiyevin ABŞ-dan gözlədiyi “siqnallar”ın məzmunundan asılı olacaq.

Bütün bunlar onu göstərir ki, Ukrayna müharibəsi həm savaş meydanında, həm də diplomatik masada həlledici mərhələyə daxil olmaq üzrədir. Kreml Ukrayna ilə bağlı “hərbi zəiflik” iddiaları ilə siyasi təşəbbüsü ələ almağa çalışır. Rəsmi Kiyev isə Ukrayna üçün Qərbin hərbi-siyasi dəstəyini genişləndirməklə, diplomatik masada üstünlük qazanmağa can atır. Buna paralel olaraq, Qərb siyasi dairələri Rusiyaya qarşı “sülhə məcbur etmə” xəttini gücləndirməyə çalışırlar. Və belə vəziyyətdə məhz ABŞ prezidenti Donald Trampın sülh təşəbbüslərinin nəticələri Ukrayna savaşının gələcək inkişaf istiqamətini müəyyən edəcək əsas faktorlardan birinə çevrilə bilər.

Oxunub: 1055
Paylaş:
Digər xəbərlər

Dünya

1-09-2025, 09:00

Zelenski Kreml üçün fəlakət planını açıqladı: Rusiya ərazisi tezliklə savaş poliqonuna çevriləcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

9-08-2025, 09:00

Tramp-Putin görüşü dəhşətli hərbi-siyasi ssenarilər vəd edir: Sülh ehtimalı real deyil, qlobal "soyuq savaş" isə qaçılmazdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

14-08-2025, 09:00

İkinci Tramp-Putin anlaşması real deyil: Alyaska görüşü iflasa uğrasa, ABŞ Rusiyanın "qələm"ini qıracaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

26-12-2024, 10:00

Makron Paşinyana “pəncərə” açır: Putin isə Ermənistanı “bonus” kimi istəyir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

18-11-2024, 09:16

Tramp Putini qlobal izolyasiyadan çıxarır: Fransa Rusiya ilə yaxınlaşmağa çalışan Almaniyaya siyasi savaş açır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə