• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kreml ölkədəki “xarici qüvvələri” niyə elan etdi: Rusiyanın məkrli "Qafqaz planları" bumeranq effekti verir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

3-07-2025, 09:00

Kreml ölkədəki “xarici qüvvələri” niyə elan etdi: Rusiyanın məkrli "Qafqaz planları" bumeranq effekti verir


Kremlin uydurma “iddialar”ına indi yalnız sadəlövhlər inana bilərlər, Rusiya Azərbaycan da daxil olmaqla, bütün müstəqil postsovet ölkələrinə qarşı neoimperialist planlarından imtina etməlidirlər... Əks halda, hazırda yalnız Belarusla “normal münasibətləri” olan Rusiya tezliklə dünyadan təcrud olunaraq, tamamilə təklənmiş dövlətə çevrilə, Kreml “etibarsız və təhlükəli tərəfdaş” statusunu daha da möhkəmləndirə bilər...
"Yeni Müsavat" xəbər verir ki, Rusiya Cənubi Qafqaza geri dönməyə can atır. Ona görə də, Kreml hazırda bu regiona aid dövlətlərə qarşı təzyiq mexanizmlərini işə salıb. Bütün təzyiq potensialı ilə “hücuma” keçən Rusiya region dövlətlərinə özünün geopolitik maraqlarını diqtə etməyə çalışır. Üstəlik, Kreml bu təzyiq kampaniyasını ən qəddar metodlar üzərindən reallaşdırmağa cəhd göstərir. Və ona görə də, hazırda Rusiya Cənubi Qafqaz dövlətlərinin qətiyyətli müqaviməti ilə üzləşmiş durumdadır.

Onu da qeyd etmək lazımdır ki, Kremlin indi əsas təzyiq ssenariləri məhz Azərbaycana qarşı yönəldilib. Artıq uzun müddətdən bəridir ki, Rusiya və Azərbaycanın münasibətlərində ciddi ziddiyyətlər yaşanmaqdaydı. Ancaq Kremlin Rusiyada yaşayan Azərbaycanlılara qarşı zorakı metodlarla təqib prosesinə başlaması Azərbaycan-Rusiya münasibətlərində ciddi siyasi-diplomatik böhran yaradıb. Və üstəlik, bu siyasi-diplomatik böhran hər ötən gün daha da dətinləşməkdə davam edir.

Məsələ ondadır ki, Kreml milli zəmində törətdiyi zorakılığa görə üzr istəmək niyyətində olmadığını qabardır. Eyni zamanda, Rusiya hüquq-mühafizə orqanlarının heç bir hüquqa sığmayan qəddarlığı davamlı xarakter daşıyır. Rəsmi Bakının Rusiyada yaşayan Azərbaycanlılara qarşı zorakılığa sərt reaksiyası isə Kremldə həm ciddi narahatlıq, həm də qıcıq doğurur. Və beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edən Rusiya bu situasiyadan çıxış yolları da axtarmağa başlayıb.

Maraqlıdır ki, Kreml yenə də neoimperialist ənənələrinə sadiq qalmağa çalışır. Rusiya hüquq-mühafizə qurumlarının törətdiyi zorakılığa görə günahkarları kənarda axtarmağa çalışır. Rəsmi Bakıya qarşı ittihamlar irəli sürülür ki, guya Azərbaycanın Rusiyada baş verən hadisələrə reaksiya verməsi guya bu ölkənin daxili işlərinə qarışmaq deməkdir. Halbuki, Kremldə anlamalıdırlar ki, hər hansı ölkənin daxilində dövlət qurumlarının milli-etnik zəmində törətdiyi zorakılıq qətiyyən “daxili iş” kateqoriyasına daxil deyil. Və belə zorakılıqlara qarşı sərt reaksiya tamamilə normal yanaşmadır.

Digər tərəfdən, Kreml üzr istəmək əvəzinə yenə də “xarici düşmənlər” tezisini gündəmə gətirməyə başlayıb. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatında Azərbaycanla qarşıdurmanın kənar dövlətlərin maraqlarına uyğun olduğu vurğulanır. Kreml bu bəyanatla bəzi xarici qüvvələrin Cənubi Qafqazda situasiyanı gərginləşdirməyə, xüsusilə də, Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışdığını iddia edir. Və bu iddialrın nə qədər absurd, həm də məntiqsiz olduğunu yəqin ki, Kremldə də çox yaxşı bilirlər.

Məsələ ondadır ki, hazırda Cənubi Qafqazda əsasən Rusiya geopolitik gərginlik və hərbi münaqişə törətməkdə birbaşa maraqlıdır. Üstəlik, Kreml bu istiqamətdə artıq müəyyən məkrli ssenarilər üzrə müxtəlif variantları da işə salmağa başlayıb. Kremlin Azərbaycana qarşı təzyiq kampaniyası da əslində, həmin ssenarilərin tərkib hissəsidir. Və bu baxımdan, Cənubi Qafqazda baş verənlərə görə Rusiyanın hansısa “xarici qüvvələrə” işarə etməsi tamamilə məntiqsiz görünür.

Digər tərəfdən, Kremlin Azərbaycan və Rusiya arasında yaranmış siyasi-diplomatik gərginliyin səbəblərini də “xarici qüvvələr”in fəaliyyətində axtarması olduqca yersiz iddiadır. Çünki Kreml bu məsələdə haqlı olduğunu sübut etmək üçün bəzi cavabsız suallara da aydınlıq gətirməlidir. Birincisi, Azərbaycan və Rusiya arasında siyasi-diplomatik böhranın yaranmasında AZAL-ın sərnişin təyyarəsinin Rusiya səmasında vurulması əsas səbəblərin sırasında yer alır. Və Kreml bununla bağlı izahat verməlidir.

Belə ki, Kreml Azərbaycanın sərnişin təyyarəsini Rusiya səmasında hansı “xarici qüvvə”nin vurduğunu faktlarla sübut etməlidir. Çünki artıq hər kəsə bəllidir ki, sərnişin təyyarəsi məhz Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Halbuki sərnişin təyyarəsi Rusiya üçün heç bir hərbi təhlükə törətməyib. Və bu baxımdan, törədilmiş hərbi cinayətə görə hələ də Azərbaycandan üzr istəməyən Rusiyanın “xarici qüvvə” tezisi cəgəngiyyatdan başqa bir şey deyil.

Belə anlaşılır ki, əslində, Kreml Azərbaycanın sərnişin təyyarəsini vuran Rusiya hərbi strukturlarını dolayısı ilə “xarici qüvvə” elan etmiş olur. Eyni zamanda, Rusiyada yaşayan Azərbaycanlılara qarşı da törədilmiş milli-etnik zəmində zorakılıqda iki ölkənin münasibətlərinə sarsıdıcı zərbələr vurub. Həmin zorakılıqları isə Rusiya hüquq-mühafizə orqanları törədib. Və belə olan təqdirdə Kreml Rusiya hüquq-mühafizə orqanlarını da “xarici qüvvə” elan etmiş olur. Və bu, o deməkdir ki, Rusiya Azərbaycana qarşı yolverilməz addımlar atır, günahi isə hansısa naməlum “xarici qüvvələr”in üzərinə yükləməyə çalışır.

Ancaq Kremlin bu uydurma iddialarına və yalan tezislərinə yalnız sadəlövhlər inana bilər. Ona görə də, Rusiya siyasi dairələri qonşu dövlətlərlə normal münasibətlər qurmaq niyyətindədirlərsə, onda ilk növbədə neoimperialist mövqedən imtina etməlidirlər. Azərbaycan da daxil olmaqla, bütün müstəqil postsovet ölkələri ilə normal bərabərhüquqlu münasibətlər qurmağa çalışmalıdırlar. Əks halda, hazırda yalnız Belarusla “normal münasibətləri” olan Rusiya tamamilə dünyadan təcrud olunaraq, təklənmiş dövlətə çevrilə bilər.

Oxunub: 1051
Paylaş:
Digər xəbərlər

Siyasət

1-07-2025, 09:00

Rusiya Cənubi Qafqazdan tamamilə çıxarılır: Regionun hər üç “qapı”sı Kremlin üzünə qapadılır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-06-2025, 09:00

Kreml Cənubi Qafqazla bağlı "NATO mesajı" verdi: Rusiya region dövlətlərini işğal ilə hədələyir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

30-01-2025, 09:00

Kreml Rusiyanın son “nəfəsliklər”ini də qapadır: Bakı təzyiq cəhdlərinə qətiyyətli reaksiya verir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

20-02-2025, 09:00

Kreml “Qafqaza dönüş planı”nı işə salıb: Rusiya kəşfiyyatı erməni hərbi cinayətkarları fəallaşdırır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

25-09-2024, 09:00

Qərbin Qafqazda dağıdıcı "xaos planı" son mərhələyə keçirilib: Kreml İrəvanın "ipini çəkməzsə", Rusiya regionu itirəcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə