• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-05-2025, 09:54



Regionda kövrək proseslərin cərəyan etdiyi vaxtda Türkiyə milli müdafiə nazirini ölkəmizə gətirən önəmli məqamlar açıqlandı - şərh
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana gəlib. Maraqlıdır ki, Gülər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Nazirlər Kabinetinin iclasından dərhal sonra Bakıya yola düşüb.

Prezident İlham Əliyev mayın 13-də Yaşar Güləri qəbul edib.

Dövlət başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğulayıb. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd edib. Bununla yanaşı, dövlətimizin başçısı vurğulayıb ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir. Dövlət başçısı deyib ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.

Təbriklərə görə minnətdarlığını bildirən Yaşar Gülər bir neçə il əvvəl Azərbaycan Prezidentinin güclü iradəsi ilə bölgədə erməni terrorçularına tarixi dərs verildiyini xatırladıb. Türkiyənin milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini deyib.

Söhbət zamanı Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunulub, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulanıb.

Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əlaqələrimizin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulanıb. Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu səfərin Ermənistanın sürətlə silahlandırıldığı və Azərbaycanın mövqelərinin atəşə tutulduğu bir vaxtda gerçəkləşməsi diqqət çəkir. İki qardaş ölkə arasında müdafiə məsələlərində müzakirə ediləcək mövzular həmişə var. Həmçinin Azərbaycanla Türkiyə arasında Suriya ilə bağlı məsləhətləşmələr də gedir. Azərbaycan Prezidenti Əsəd rejimi yıxıldıqdan dərhal sonra bəyan etdi ki, bu məsələdə Türkiyənin yanındadır. Azərbaycandan Suriyaya ilk yardım karvanı da göndərildi. Ötən ay Antalya Diplomatik Forumu çərçivəsində Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd Əl Şaraa ilə görüşü zamanı yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olundu.

Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti mayın 4-də Suriyada səfərdə olub. Rəsmi mətbuatın yaydığı məlumata görə, səfər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Suriyanın bərpasına, inkişafına dəstək və bu ölkənin hazırkı keçid hökuməti ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi daşıyıb.

Azərbaycanın Suriyada hər hansı hərbi iştirakı məsələsi hələ açıq qalır, ehtimallara görə, dövlət rəhbərliyi səviyyəsində bu barədə müzakirələrin davam etdiyi istisna deyil.

Səfərə diqqəti artıran həm də İsrailin Suriya məsələsində Türkiyə ilə toqquşan mövqeləridir. Bəllidir ki, iki ölkə diplomatları Bakının vasitəçiliyi ilə bu mövzuda müzakirələr aparsalar da, nəticə əldə olunmayıb. Son günlər isə İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqə zərbələr endirib. Hücum zamanı Suriya Prezidenti Əhməd əş-Şaraanın sarayının yaxınlığı hədəfə alınıb. İsrailin müdafiə naziri hücumun “mesaj” olduğunu bildirib. İstisna deyil ki, bu dəfə iki ölkənin müdafiə strukturlarının rəhbərləri Bakıda belə bir təmaslar etsinlər. Çünki bu günlərdə daha bir Türkiyə-İsrail görüşü Bakıda baş tutmuşdu.

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik yüksəliş dövrünü yaşamaqdadır: “Azərbaycan Ordusu türk modelini təkmilləşdirir və bu sistemə keçidi sürətləndirir. Türkiyə ilə tez-tez keçirilən hərbi təlimlər həm təcrübə baxımdan vacibdir, həm də dünyaya birlik mesajı verilir. Bununla Azərbaycanın necə bir arxa-dayağı olduğu nümayiş etdirilir. Ermənistanın müdafiə nazirinin Avropaya ayaq açdığı bir zamanda da Gülərin Bakıya gəlməsi Qərbdəki anti-Azərbaycan qüvvələrə bir cavab kimi qiymətləndirilə bilər. Şübhəsiz ki, səfəri mühüm edən yalnız bu amillər deyil. Eyni zamanda əlaqələrin gücləndirilməsi, növbəti addımların planlaşdırılması müzakirə edilə bilər”.

Hərbi təhlilçi hesab edir ki, regional mövzular indi daha aktualdır: “Təkcə Suriyanı qeyd etməzdim. Rusiya, İran, İsrail bölgədə fəal oyunçulardır. Azərbaycan və Türkiyənin hərbi müttəfiqliyini gücləndirməsi indi əvvəlkindən daha da əhəmiyyətlidir. Bundan başqa, Şuşa Bəyannaməsindən irəli gələn müzakirələr də istisna deyil. Yeri gəlmişkən, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkəmizə səfərdən az əvvəl - mayın 3-də Azərbaycanın müdafiə nazirinin müavini Aqil Qurbanovu qəbul edib. Görüş Şimali Kiprdə "TEKNOFEST" ilə əlaqədar tədbir çərçivəsində baş tutmuşdu. Belə desək, təmasların intensivliyi mühümdür".

Hərbi analitikin sözlərinə görə, mayın 8-də isə Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) arasında əməkdaşlıq çərçivəsində ölkəmizin HDQ-yə məxsus gəmiləri və təlim mərkəzlərini ziyarət ediblər: “Göründüyü kimi, ən müxtəlif səviyyələrdə görüşlər, tədbirlər, əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Azərbaycan Ordusunun türk modelini tam mənimsəməsi prosesi başa çatdırılmalı, yeni inkişaf istiqamətlərinə başlanmalıdır. Azərbaycan Ordusu NATO standartlarına uyğun olaraq yenidən formalaşdırılır.

Bu prosesdə də qardaş Türkiyə hərbi sisteminin Azərbaycan Ordusuna tətbiqi vacibdir. İki qardaş ölkənin müttəfiqliyi istər hərbi, istərsə də digər sahələrdə bölgəyə ancaq sülh və sabitlik bəxş edir. Ona görə də Gülərlə müzakirə ediləcək mövzular genişdir: həm əməkdaşlığın genişləndirilməsi, həm də regional mövzular. Xüsusən də Azərbaycan bu gün Türkiyə ilə İsrail arasında deeskalasiya üçün əlindən gələni etməkdədir. Hətta xarici işlər naziri Fidan da Bakının səylərinə vurğu edərək qiymətləndirib".

Oxunub: 1075
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

13-05-2025, 11:40

Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

12-05-2025, 12:08

Yaşar Gülər Azərbaycana səfər edəcək [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

12-05-2025, 18:30

İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

28-05-2023, 21:29

İlham Əliyev Ərdoğana zəng edib [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

14-11-2024, 14:22

Üçüncü Dünya müharibəsi hər an başlaya bilər - Nazir Yaşar Gülər [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə