Şərəfli bir ömür yolu - Vəli Hüseyn oğlu Vəliyev [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Mədəniyyət
29-12-2025, 12:53
Çox dəyərli, gözəl insan Vəliyev Vəli Hüseyn oğlu. Artıq - 2-ci ildir ki, aramızda yoxdur. Hər zaman Dövlətə-Dövlətçiliyə, Xalqına-Millətinə, əqidəsinə sadik bir insan olmuşdur. Hələ cavan vaxtlarından 1980-illərin ortalarında Azərenerjitikinti quraşdırma şirkətində idarə rəisi, 1990-illərin əvvələrində Bakı Baş Tikinti quraşdırma birliyində Baş Mühəndis, az vaxtdan sonra Baş idarənin Baş Direktoru vəzifəsində şalışmışdır. İşlədiyi müddət ərzində öz işinin öhdəsindən layiqincə gələrək nümünəvi rəhbərlərdən biri olmuşdur.Hər zamanda rəhbərlik etdiyi kollektivdə işçilərinin rəğbətini qazanaraq onlara atalıq qayğısı göstərmişdir
Ziya Bünyadov prospekti Böyük Şor qəsəbəsi ərazisində böyük bir təhsil ocağının - tam orta məktəbin tikilib istifadəyə verilməsini məhz o vaxtı Vəli Vəliyevin rəhbərlik etdiyi tikinti idarəsi həyata keçirmişdir. Ulu Öndərin özünün də iştirak etdiyi tədbirdə - məktəbin açılışında rəhmətlik Vəli müəllimin məlum çıxışı hələ də xoş xatirələrlə yad edilir. Vəli müəllim haqlı olaraq söyləyirdi ki, əvvəllər göz yaşları axıdaraq şəhid məzarları hazırlayırdıq, indi şükürlər olsun ki, Türk dünyasının böyük oğlu Heydər Əliyev cənablarının uzaqgörən siyasəti nəticəsində atəşkəs elan edildi. Bütün güclər dövlət quruculuğuna, ordu quruculuğuna, ölkənin iqtisadi inkişafına,yeni-yeni təhsil-səhiyyə ocaqlarının tikintisinə yönəldildi. Bəli bu gün bu məktəbin tikilib istifadəyə verilməsi, gənc nəslin, Azərbaycanın gələcəyi olan bu balaların ixtiyarına verilməsi bu uğurlu siyasətin bariz nümunəsidir. Həqiqətən Vəli müəllimin Bakı şəhərində bir neçə Tikinti layihələrinin tikintisində, təmirində və yenidən qurulmasında xidmətləri böyükdür. Vəli müəllim İçəri Şəhər Dövlət qoruğunun Rəhbəri işləyəndə də hər zaman öz peşə borcunun, öz vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir. Onun peşəkarlığı, fəaliyyəti rəhbər olduğu illərdə İçəri Şəhər Dövlət Qoruğunun abadlaşmasında, gözəlləşməsində müstəsna xidmətləri olan bir Rəhbərin nəyə qadir olduğunun çoxları şahidi olmuşdur.Sonrakı illər Bakı şəhəri icra hakimiyyəti Əsaslı Təmir Tikinti idarəsinin rəhbəri işlədiyi dövrlərdə də öz ənənəsinə sadiq qalaraq bu tendesiyanı -Düzgün idarəetmə, bacarıqlı Rəhbər, Dövlətə-Dövlətçiliyə sadiqlik peinsiplərini uğurla həyata keçirmişdir. Vəli müəllim hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə və ehtiyacı olan işçilərinə daim diqqət və qayğı göstərərək onların problemləri ilə maraqlanıb öz köməyini əsirgəməmişdir.
Atalar yaxşı deyib. İgid ölər adı qalar, hər bir insanın gördüyü işin izi qalar. Bəli rəhmətlik Vəli müəllimin gördüyü işlərin, etdiyi yaxşılıqların izi çox yaxşı görünür. Onun parlaq xatirəsi, nurlu siması onu tanıyanların xatirəsində, qəlbində əbədi yaşayacaqdır. Vəli müəllim böyük insan idi. Daim yaşayıb - yaratmaq,yeni-yeni layihələrə imza atmaq, imkansıza əl tutmaq onun əsas iş prinsiplərindən idi. Bəli Vəli müəllim Siz olmasanızda Sizin qoyub getdiyiniz əməlləriniz yaşayır. Övladlarınız bu ənənəni uğurla davam etdirirlər. Məkanın cənnət, ruhun şad və yerin behişt olsun əziz Vəli müəllim.