• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bu gün Azərbaycanda İnşaatçılar Günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

10-04-2024, 10:35

Bu gün Azərbaycanda İnşaatçılar Günüdür

Artıq 15 ildir aprelin 10-u Azərbaycanda İnşaatçılar Günü kimi qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə inşaatçılar hər il aprelin 10-unu peşə bayramı kimi qeyd edirlər.

Azərbaycanda inşaatın və memarlığın zəngin tarixə malik olması, XIX əsrin sonu - XX əsrin əvvəllərində ölkədə başlayan tikinti işlərinin geniş vüsət alması, həmin dövrdə tikilən və bu gün də memarlıq abidələri kimi qorunan yaşayış binaları, hazırda özündə Şərq və Qərb memarlığının nadir nümunələrini birləşdirən, dünyanın ən gözəl şəhərlərindən biri olan paytaxt Bakını çətin və şərəfli əməyin bariz nümunəsinə çevirib.

Bu gün inşaatçılar peşə bayramlarını azad, tam suveren və bütöv Azərbaycanın hər guşəsində fəxrlə qeyd edirlər. Azərbaycanın şanlı Ordusunun düşmənlə mübarizədə qazandığı Zəfərdən sonra Prezident İlham Əliyevin göstərişi ilə Qarabağ və Şərqi Zəngəzur hazırda başdan-başa nəhəng tikinti-abadlıq və quruculuq meydanına çevrilib.

Bakı şəhərinin Baş planı - 2040

Uzun müddət davam edən müzakirələr, yerli və xarici ekspertlərlə keçirilən görüş və müzakirələrdən sonra ötən il Bakı şəhərinin Baş planı təsdiq olundu. Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlər, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri, habelə postsənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.

Baş planın əsas prioritetləri isə aşağıdakılardır:

- Şəhərin dayanıqlı inkişafı

- Şəhər və ətraf mühitin regenerasiyası

- Şəhərin memarlıq siması və tarixi irsə qayğı

- Yeni məzmun

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövrünü nəhəng tikinti və quruculuq illəri kimi də xarakterizə etmək olar. Bu illər ərzində inşaatçıların, memarların və layihəçilərin gərgin əməyi sayəsində müasir avadanlıqla təchiz olunmuş onlarla diaqnostika mərkəzi və digər səhiyyə obyektləri, dünya və Avropa standartlarına tam cavab verən Olimpiya İdman kompleksləri, yüzlərlə çoxmərtəbəli yaşayış binası, həmçinin yol qovşaqları, avtomobil körpüləri və yol ötürücüləri, piyada keçidləri tikilib istifadəyə verilib. Aşağıda göstərilən rəqəmlər görülən işlərin sübutudur.

Tikinti sektorunda görülən işlər rəqəmlərdə

Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində cari ildə istehsalın ümumi dəyəri 173,9 milyon manat olub ki, bu da ötən illə müqayisədə 35,1 faiz artım deməkdir. Beton istehsalı 59,7 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 50,0 faiz, sement istehsalı 29,8 faiz, tikinti gipsinin istehsalı isə 23,1 faiz artıb.

Bundan başqa, bu il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala illə müqayisədə 15,5 faiz çox investisiya yönəldilib ki, bunun da 5,1 faizi yaşayış evlərinin tikintisinin payına düşüb. Sərmayə qoyuluşunun isə 72,8 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Həmçinin cari ildə tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 79,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,4 faizini əsaslı təmir, 6,2 faizini cari təmir, 6 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 85,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Onu da bildirək ki, rəqəmlər hər ötən müddət yüksələn xətlə davam edir. Bu da ölkədaxili siyasətdə tikinti, quruculuq, abadlıq işlərinə dövlətin ayırdığı diqqət və qayğının təzahürüdür.

Oxunub: 10194
Paylaş:
Digər xəbərlər

Siyasət

23-06-2023, 09:41

Bu gün dövlət qulluqçularının peşə bayramıdır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

10-04-2024, 10:37

Azərbaycanda Ramazan bayramı qeyd olunur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

17-11-2023, 09:42

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

7-11-2023, 10:02

Sabahdan Azərbaycanda beş gün ardıcıl iş olmayacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

27-03-2024, 13:10

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bakı-Qazax-Bakı istiqamətində əlavə qatar reysləri təyin ediləcək
Bu gün Od çərşənbəsidir
Hadisə
6-03-2026, 14:22
Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
6-03-2026, 14:22
İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
6-03-2026, 11:25
Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
4-03-2026, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
3-03-2026, 10:33
"TikTokda" təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3-03-2026, 10:04
Nazirlikdən çərşənbə ilə bağlı əhaliyə MÜRACİƏT
Son xəbərlər
  • 6-03-2026, 16:00
    BƏƏ İranın “şah damarı”nı kəsməyə hazırlaşır, bu dəhşətli zərbə...
  • 6-03-2026, 14:22
    Xurmanı bir də belə yeyin — Dəmir ehtiyacınızı tam qarşılayır
  • 6-03-2026, 14:22
    İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir? - AÇIQLAMA
  • 6-03-2026, 14:00
    İran rejiminin “halvası” BİŞİR – Çənbər daralır, BELƏ getsə...
  • 6-03-2026, 13:45
    Azərbaycan İrandan diplomatik heyətini çıxarır
  • 6-03-2026, 13:11
    Azərbaycan və Moldova XİN başçıları arasında görüş başlayıb
  • 6-03-2026, 13:03
    İlham Əliyev Qana Prezidentini milli bayramları münasibətilə təbrik edib
  • 6-03-2026, 12:29
    Türkiyədən qardaşlıq jesti: Bakı–Naxçıvan uçuşları Iğdır üzərindən həyata keçirilir
  • 6-03-2026, 12:24
    Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə
  • 6-03-2026, 11:34
    Prezident Moldova XİN rəhbərini qəbul etdi - Fotolar
  • 6-03-2026, 11:25
    Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
  • 6-03-2026, 11:22
    Tramp Ağ Evdə Messi ilə görüşdü: Oğlum sizə fanatlıq edir - FOTOLAR
  • 6-03-2026, 10:57
    Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb
  • 6-03-2026, 10:23
    Tramp: İranın özünə gəlməsi üçün 10 il lazım olacaq
  • 6-03-2026, 10:16
    Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
  • 6-03-2026, 09:44
    Son Dəqiqə: ABŞ ayətullahların toplantısını vurdu
  • 6-03-2026, 09:37
    Xameneinin varisinin təyinatını təxirə salındı
  • 6-03-2026, 09:32
    Dünya birliyini İranı terror dövləti kimi tanımağa çağırdı
  • 6-03-2026, 09:28
    Tramp: İrandan sonra növbə Kubanındır
  • 6-03-2026, 09:23
    Kartofun qiyməti niyə artır? - Ekspert səbəbləri açıqlayır
  • 4-03-2026, 16:00
    Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
  • 4-03-2026, 15:30
    "ABŞ və İsrail yaxın günlərdə müharibəni dayandıracaqlar"
  • 4-03-2026, 14:45
    İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
  • 4-03-2026, 14:22
    Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
  • 4-03-2026, 14:00
    İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
  • 4-03-2026, 13:36
    İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
  • 4-03-2026, 13:04
    DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
  • 4-03-2026, 12:29
    ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
  • 4-03-2026, 12:21
    Bayramlara görə pensiyalar tez ödəniləcək
  • 4-03-2026, 11:48
    Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
  • 4-03-2026, 11:41
    Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
  • 4-03-2026, 11:30
    Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
  • 4-03-2026, 11:10
    "Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
  • 4-03-2026, 10:25
    Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
  • 4-03-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMediaTV.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə