Ötən gün Yevlaxdakı kafedə baş verən partlayışda yaralanan şəxs vəfat edib.
***
Yevlaxda kafedə partlayış olub.
Hadisə Aran qəsəbəsində qeydə alınıb.
Kafenin içərisində olan maye-qaz balon partlayıb. Nəticədə obyektin sahibi - 57 yaşlı Yevlax rayon sakini Sadıqov Ruslan Şirin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.//Lent.az