• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Heydər Əliyev və Azərbaycan səhiyyəsi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

9-05-2024, 10:50

Heydər Əliyev və Azərbaycan səhiyyəsi


Qarayeva Sürəyya Nəsirulla qızı,
28 saylı şəhər poliklinikasının baş həkimin müavini


Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatın müxtəlif sahələrindəki tarixi rolu ölçüyəgəlməzdir.

Ulu öndər üçün ən vacib sahələrdən biri məhz insanların sağlamlığı, səhiyyə­nin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlan­ması olub. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırdı. Bununla da dahi rəhbər respub­lika səhiyyəsində mövcud olan durğunlu­ğun aradan qaldırılmasına səy göstərirdi və buna müvəffəqiyyətlə nail olurdu.

1969–cu ilin dekabrında Azərbaycan SSR Ali Sovetinin VII sessiyası onun təşəbbüsü ilə məhz həmin gələcək nai­liyyətlərin bünövrəsində dayanan “Sağ­lamlıq Məcəlləsi” adlı sənəd qəbul etdi. 1970–ci ildə Ümumdünya Səhiyyə Təş­kilatının regionlararası seminarının, 2 il sonra isə Beynəlxalq tibbi avadanlıqlar sərgisinin məhz Bakıda keçirilməsi res­publikamızın bu sahədə artan rolundan xəbər verirdi. Sonralar ölkəmizin bu cür tədbirlərə evsahibliyi etməsi artıq ənənə­vi hal aldı.

Bu kimi tədbirlərin Bakıda keçirilmə­sini təşkil edən ümummilli lider ölkəmizin səhiyyə sahəsinin dayanıqlı və sabit inki­şafının təmininə əlverişli şərait yaradırdı.

Ulu öndər 1982-ci ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin ol­duqdan sonra səhiyyə sisteminə də nə­zarət edirdi. Sovet İttifaqının məşhur tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüş­lər keçirir, onların diqqətini ölkəmizə cəlb etməklə Azərbaycan səhiyyəsinin inkişa­fına zəmin yaradırdı.

Müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin dahi siyasəti nəticəsində Azərbaycanın özü ilə birlikdə səhiyyə sis­temi də xilas edildi. Səhiyyənin hüquqi–normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırıl­ması məqsədilə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçı­lıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi.

1994-cü ildə Azərbaycanla BMT-nin Uşaq Fondu arasında imzalanan Əmək­daşlıq Proqramına uyğun olaraq, uşaq ölümünün digər bölgələrə nisbətən yük­sək, sağlamlıq göstəricilərinin isə aşağı səviyyədə olduğu Quba rayonunda isla­hatlara başlamaq qərara alındı. Sonralar həmin proqramın icrası sayəsində Ma­sallı, Lənkəran, Cəlilabad və Salyan ra­yonlarında da böyük uğurlar əldə olundu.

2000-ci ildə Heydər Əliyevin göstə­rişi ilə Azərbaycan Tibb Universitetinin nəzdində strateji əhəmiyyət daşıyan hərbi-tibb fakültəsi yaradıldı. 2020-ci ildə Vətən müharibəsi zamanı həmin fakültə­nin məzunları olan qəhrəman həkimləri­mizin yüzlərlə əsgərin həyatını xilas etdi­yinin şahidi olduq.

Bu gün Azərbaycan səhiyyəsi ulu öndərin yürütdüyü siyasət nəticəsində inkişaf yolundadır. Vətəndaşların sağ­lamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsilləri­nin sağlamlığının təminatıdır.

Müasir dövrümüzdə səhiyyədə gün­dən-günə inkişaf edən, əhalinin bir sıra ehtiyaclarını asanlaşdıran yeni-yeni xid­mətlər yaradılmaqdadır. Bu xidmətlər­dən biri də avtomatlaşdırılmış elektron xidmətləridir. Avtomatlaşdırılmış elek-tron xidmətlərin tibb sahəsində də tətbiq olunması Azərbaycanın əsas prioritetlə­rindəndir. Bu mənada səhiyyənin ASAN modeli olan Yeni Klinikanı misal göstər­mək mümkündür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı baş tutan Qafqazın ən böyük tibb müəs­sisəsi olan Yeni Klinika 2020-ci il martın 28-dən tarixindən fəaliyyət göstərir. İstər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verən avadan­lıqlarla quraşdırılan tibb müəssisəsinin kollektivi həm pandemiya, həm də Vətən müharibəsi dövründə böyük əzmkarlıqla işləmişdir.

Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövləti bu gün ulu öndərin siyasətinə istinad edərək qətiy­yətlə irəliləyir, gücünü və qüdrətini dur­madan artırır, ümummilli liderin ideya­larının həmişəyaşar olduğunu bir daha təsdiqləyir.

Oxunub: 10173
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

6-09-2023, 14:16

Mahir həkim: Ulu Öndərin gördüyü işlərin nəticəsində ölkə səhiyyəsinin maddi–texniki imkanları möhkəmləndi, bu sahədə güclü kadrlar yetişdi, elmi potensial yarandı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

13-09-2023, 11:11

Musa Abbasov daim şəhid ailələrinə qayğı göstərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

13-09-2023, 11:22

Niyaz həkim şəhid ailələrinə xüsusi diqqət göstərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

31-08-2023, 11:50

Hüseyn Şahmalıyev: Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

14-09-2023, 13:16

Həsənbala Babaxanov: Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına mütamadi mənəvi dəstəyini əsirgəmir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
“Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
Mətanət Piriquliyeva işdən çıxarıldı
Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
Hadisə
Bugün, 13:10
Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
Bugün, 13:00
Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
23-12-2025, 13:10
Bakıda uşaq bağçasında yanğın
23-12-2025, 12:04
AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirdi
23-12-2025, 09:44
Hakimin öldüyü qəzanın görüntüləri - Video
23-12-2025, 09:37
Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib
Son xəbərlər
  • Bugün, 14:31
    ABŞ Azərbaycana başsağlığı verdi
  • Bugün, 14:27
    Prezident idmançıları təltif etdi - SİYAHI
  • Bugün, 14:23
    Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliklə bağlı sənəd TƏSDİQLƏNDİ
  • Bugün, 14:22
    Paşinyan katolikosa həlledici zərbəyə hazırlaşır - Yeni ilə 3 gün qalmış...
  • Bugün, 13:10
    Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
  • Bugün, 13:05
    “Euronews”da AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məqalə dərc edildi
  • Bugün, 13:00
    Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
  • Bugün, 12:55
    Orban: Bütün Avropada 2026-cı ildə müharibə ola bilər
  • Bugün, 11:58
    Ağdam şəhərinə Böyük Qayıdış - 83 ailə, 308 nəfər köçürüldü
  • Bugün, 11:53
    Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
  • Bugün, 11:25
    Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım edib
  • Bugün, 09:52
    Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
  • Bugün, 09:47
    İlham Əliyevdən AZAL qəzası ilə bağlı paylaşım - FOTO
  • Bugün, 09:25
    “Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
  • Bugün, 09:17
    Prezidentdən XƏBƏRDARLIQ: "Ayıq olmalıyıq..."
  • Bugün, 09:11
    Mətanət Piriquliyeva işdən çıxarıldı
  • Bugün, 09:00
    20 bəndlik sülh sənədi və ayı haqda lətifə
  • Dün, 22:14
    Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
  • Dün, 16:00
    Paşinyan: "Tarixi Ermənistan” anlayışı boş, mənasız, Ermənistan üçün təhlükəli xülyadır
  • Dün, 15:30
    Vaşinqtondan həyəcan siqnalı - Dünya ÇALXALANIR
  • Dün, 13:32
    SON DƏQİQƏ! Zelenski 20 bəndin hamısını açıqladı: 2 məsələdə razılıq əldə olunmayıb
  • Dün, 13:20
    Prezident və xanımı Ağdam sakinləri ilə görüşdü
  • Dün, 12:59
    Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
  • Dün, 12:36
    Mirziyoyev Əliyevə zəng etdi
  • Dün, 12:18
    İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib
  • Dün, 11:28
    İran İraqa təbii qaz verilməsini tamamilə dayandırıb: ölkədə enerji xaosu
  • Dün, 11:17
    Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib
  • Dün, 10:48
    Arzu Əliyeva atasını təbrik etdi - FOTO
  • Dün, 09:38
    Ukrayna seçkiyə hazırlaşır?
  • Dün, 09:34
    Bu gün Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
  • Dün, 09:30
    XİN dövlət başçısını doğum günü münasibətilə təbrik edib
  • Dün, 09:26
    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olundu
  • Dün, 09:18
    Qocalar evində partlayış - Ölənlər var
  • Dün, 09:11
    Yaxın Şərqdə yeni “hərbi partlayış” riski artır: Türkiyə Suriyada ABŞ-a bağlı terrorçuları “ovlayır”
  • Dün, 09:06
    “Əziz ata, ad günün mübarək” - Leyla Əliyevadan təbrik
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə