• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Heydər Əliyev hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

9-05-2024, 10:25

Heydər Əliyev hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq


Qurban Quliyev İsmayıl oğlu,
Lənkaran şəhər Göyşaban kənd ərazi icra nümayəndəsi


Onun keçdiyi həyat yolu – Azərbaycanın inkişaf yoludur. Tarixdə elə insanlar var ki, onların həyat və fəaliyyəti bütün xalqın taleyini təyin edir. Heydər Əiyev də bunlardan biridir.

Vətənin xidmətinə həsr olunmuş ömür

Heydər Əliyev dahi insan, tarixi şəxsiyyət idi. Bu cür insanlar bəlkə də yüz ildə bir dəfə doğulur. Xalq öz qəhrəmanlarını unutmur. Heydər Əliyev dövlət başçısı olub, onun adı ilə demək olar ki, bütün problemlərin həlli bağlıdır. O, ağır zamanlarda xalq üçün işıq yolu, xalqı faciələrdən xilas edən bir lider olub.

Heydər Əliyev sağlığında Azərbaycan xalqının ümummilli lideri hesab edilib və fiziki olaraq həyatdan köçdükdən sonra xalq ona olan sevgi və hörmətini hələ də saxlayır. O, hər bir azərbaycanlı üçün istedadlı ölkə başçısı, məqsədyönlü, hərtərəfli şəxsiyyət kimi qalıb. Onun ümummilli liderlik zirvəsini fəth etməyin kökündə ölkənin və xalqın ən ağır zamanlarda xilasedici missiyası yerinə yetirərək, dövləti və milləti düzgün yola yönəltmək dayanır. Bununla yanaşı, Heydər Əliyev təbiətcə yorulmaz insan idi, o, bütün həyatı boyu öz üzərində çalşıb (10 may 1923 - 12 dekabr 2003), Allahdan ona bəxş edilən istedadı inkişaf etdirərək hər zaman yeniliklər öyrənmək və öz dövrünü qabaqlamağa müvəffəq olub.

Azərbaycanın salnaməsində ən parlaq və məzmunlu səhifələri – Heydər Əliyevin idarə etdiyi dövr tutur

Heydər Əliyev realist siyasətçi olub. Onun siyasi və idarəçilik prinsipləri romantizm və xəyalpərəstlikdən uzaq olub. Ola bilsin ki, onun qərarları ilk baxışdan kimin üçünsə əsassız görünsə də, lakin müəyyən vəziyyətdə optimal və düzgün olublar.

Heydər Əliyev hakimiyyətdə olduğu ilk günlərdə öz xalqının dirçəlişi və xoşbəxt gələcəyi üçün fədakarlıq nümayiş etdirib. Bu dövrlərdə güclü dövlətin, milli dirçəlişin, sosial rifahın və Azərbaycanın mənəvi inkişafının əsası qoyulub.

Hakimiyyətdə olduğu illərdə Heydər Əliyev Azərbaycan salnaməsinin ən parlaq və məzmunlu səhifələri yazılıb. Şəhər və kəndlər yenidən qurulub, sakinlərin maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, elm, təhsil və mədəniyyət, eləcə də bütün sahələrdə dəyişikliklər baş verib. Qısa zaman ərzində ölkə əsrə bərabər inkişaf yolu keçib.

Heydər Əliyev xalqın yüksək etibarını və ümidini doğrultdu

Heydər Əliyevin hakimiyyət illərində Azərbaycanın qazandığı bir çox uğurları sadalamaq olar, lakin burada başqa məqam var. Əgər bugünkü Azərbaycana baxdıqda cəsarətlə Heydər Əliyevin 20-30 il əvvəldən gördüyünü söyləmək olar. Onun tərəfindən əsası qoyulmuş layihələr ölkənin iqtisadi və sosial inkişafı üçün əhəmiyyət kəsb etdi.

Heydər Əliyev sovet idarəetmə prinsiplərini effektiv istifadə edərək Azərbaycanın Sovetlər Birliyinində olduğu müddətdə inkişafını təmin etməyə çalışırdı. Ölkənin müstəqillik illərində də bunu davam etdirdi. Dahi lider xalqının və ölkəsinin taleyində oynadığı böyük rol əsrlər boyu unudulmayacaq.

90-cı illərin əvvəlində, Sovetlər Birliyinin süqutundan sonra Azərbaycan parçalanma və vətədaş müharibəsinin bir addımlığında idi. Ermənistanın Azərbaycan xalqına qarşı aqressiyası geniş miqyas almışdı. İstisadiyyat, siyasət və digər sahələrdə böhran əsl sınağa çevrilmişdi. Həmin dövrlərdə hakimiyyətdə olanların təcrübəsizliyi və peşəkarlığının olmamasından ölkə ağır vəziyyətdə idi. Bu dövr Azərbaycan üçün həlledici oldu: ya ölkə müstəqil dövlət olacaqdı, ya da separatçı qüvvələrin fəaliyyəti nəticəsində parçalanacaqdı.

Azərbaycan seçim qarşısında idi: bu kritik vəziyyətdə o dövrkü prezident Əbülfəz Elçibəy müdriklik nümayiş etdirərək dahi siyasi xadim Heydər Əliyevi köməyə çağırır. 1993-cü ilin iyununda Heydər Əliyev Azərbaycan Parlamentinin sədri seçilir, elə həmin zaman Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini icra edir. Həmin ilin oktyabrında xalq onu ölkə prezidenti olaraq seçir. 1993-cü ilin oktyabrın 10-da inaqurasiya zamanı söylədiyi bütün sözləri yerinə yetirir.

Azərbaycanın inkişaf tarixi

Heydır Əliyevin ölkədə quruculuq işləri neft strategiyasının inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin ölkənin sabit iqtisadi inkişafı, sosial birliyi və milli həmrəyliyi sahəsində xidmətləri qiymətsizdir. Azərbaycanın ümummili lideri sayəsində dövlətin formalaşması yolu yaranır. Bu da dünya siyasət elminə “Azərbaycanın inkişaf yolu” kimi daxil olur.

Heydər Əliyevin adı ilə Azərbaycanın iqtisadi və mədəni inkişafı bağlıdır. Müstəqillik illəri respublika çətin zamanlarını yaşayırdı, lakin o, nəinki ölkəni xaosdan çıxardı, hətta dövlətin çiçəklənməsinə şərait yaratdı. Qısa zaman ərzində Heydər Əliyev Azərbaycanı inkişaf yoluna qoydu.

Onun rəhbərliyi altında 1994-cü ildə dünyanın ən iri neft-qaz şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilədə dünyanın aparıcı şirkətlərinin iştirakı ölkənin nüfuzunu daha da artırdı. Bu razılaşma ölkəyə investisiyaların yatırılmasında, ölkə iqtisadiyyatının inkişafına təkan verdi.

Diplomatiya – döyüş meydanı deyil

Neft müqavilələri, ölkədə yaranmış sabitlik iqtisadi islahatlar və mədəniyyətin yüksəlişi nəhayət 1994-cü ilin mayında Ermənistanla atəşkəs rejiminə nail olunur. Bu, Dağlıq Qarabağ münaqişəsi istiqamətində Azərbaycan diplomatiyasının ilk uğuru idi. Ümummilli lider Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və ədalətli həllinə cəhd edirdi.

“Diplomatiya döyüş meydanı deyil. Burada opponentə aqressivlik deyil, mehribanlıq və etimad göstərmək lazımdır. Ehtirasa uymamaq, müdriklik və səbir nümayiş etdirmək, siyasətçilərin əlində vasitəyə çevrilməmək, müstəqil siyasi kurs yeridərkən səbirli və dözümlü olmaq lazımdır” – deyə o, qeyd edirdi. Bu cür münasibətlər bu gün də Azərbaycan diplomatiyasının birinci dərəcəli vəzifəsi olaraq qalır.

Öz siyasi və diplomatik fəaliyyəti ilə Heydər Əliyev Azərbaycan haqda fikirlərin dəyişməsinə həsr edir. Bunu Heydər Əliyevin “Şərq-Qərb” layihəsinin reallaşmasında da görmək olar. 1998-ci ildə onun təşəbbüsü ilə səkkiz dövlətin və otuz ölkənin nümayəndələrinin iştirakı ilə “İpək Yolunun bərpası” forumu keçirilir. Bu da Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində, Qərb və Şərq ölkələri ilə əməkdaşlığın intensivləşməsində vacib rol oynayır.

İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə yeni iqtisadi münasibətlərin təməli qoyulur, özəl sektor yaradılır, iri xarici investisiyalar yatırılır, sovetlər dövründən qalma fabrik və zavodlar istehsal etdiyi məhsulların dünya bazarlarına çıxması üçün sahibkarlara geniş imkanlar yaradılır. “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!” – Heydər Əliyev bu prinsiplə ölkəyə rəhbərlik edirdi.

Ölkəyə prezident olaraq qayıdan Heydər Əliyev nəinki daxili siyasi stabilliyə nail olur, həmçinin respublikanın iqtisadi müstəqilliyinin də əsasını qoyur. İstehsalın bərpası, maliyyə vəziyyətinin yaxşılaşdırılması, investisiyaların bərpası üçün antiböhran proqramları hazırlanır.

Müstəqillik yolu qədər çətin yol yoxdur. Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur

Heydər Əliyev fəaliyyətə başladığı ilk gündən sona qədər bütün sahələrində Azərbaycan Respublikasının müstəqilliyinin müdafiəsi və möhkəmlənməsi prinsiplərinə söykənib. “Müstəqillik yolu qədər çətin yol yoxdur” – deyən müdrik lider sosial, iqtisadi və mədəniyyəti inkişaf etdirməklə yanaşı, bir yanda daxili siyasi, digər tərəfdən də ölkənin milli təhlükəsizliyi problemlərini həll edərək xalqı bu yolla aparırdı. 1999-cu ildə Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin direktorlar şurası sülhsevər siyasət və demokratiyanın inkişafına qoyduğu töhfələrə görə Heydər Əliyevi “XX əsrin görkəmli xadimi” mükafatına layiq görür.

Belə bir məşhur məsəl var ki, kişi həyatında üç şeyi: ev tikməli, ağac əkməli və oğul böyütməlidir. Bunu etməklə kişinin həyatını tam hesab etmək olar. Heydər Əliyev – müstəqil Azərbaycanı quraraq onu çiçəklənən baxçaya çevirib, atasının yolunu şərəflə gedən, onun siyasi kursun davam etdirən varis yetirşdirib.

Milli mədəniyyəti səmimi sevən və dünya mədəni irsini yüksək qiymətləndirən Heydər Əliyevin hesabına onun varisi – hazırki prezident İlham Əliyev bu gün Bakını mədəniyyətlərarası və sivilizasiyalararsı dialoqu üçün geniş meydana çevrilib. Azərbaycanda hər zaman müxtəlif dinlər, mədəniyyətlər və sivilizasiyalar birgə yaşayıb. Ölkə Şərqlə Qərb arasında nəinki coğrafi, eləcə də mədəni körpü rolunda çıxış edib.

Azərbaycan özünü etibarlı beynəlxalq tərəfdaş kimi göstərmiş beynəlxalq ictimaiyyətin nüfuzlu üzvü olub, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin ilk nümayəndəsi kimi - BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, müxtəlif mədəniyyətlərin mədəniyyətlərarası dialoqunun təşəbbüskarı olub. Həmçinin Azərbaycan BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı, GUAM və bir sıra digər beynəlxalq qurumların üzvüdür.

Əminəm ki, ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycanı görsəydi bizimlə fəxr edərdi. Biz qəlbimizin hər döyüntüsü ilə onun əhdlərinə hörmətlə yanaşmalı, Azərbaycanı birlik yoluna yönəltmiş insanın müqəddəs xatirəsi qarşısında baş əyməliyik. Heydər Əliyevin ölkənin müstəqilliyi və sabitliyi sahəsində atdığı düşünülmüş addımlar hesabına milli maraqların keşiyində dayanan Milli Ordumuz yaradılıb.

Bu da təkcə Azərbaycan iqtisadiyyatının gələcək inkişafına deyil, həmçinin müstəqilliyin təminatı üçün uğurlu tədbirlərin həyata keçirilməsinə də yardımçı oldu. Azərbaycan iri regional layihələrə Avropanın, ümumilikdə dünya enerji təhlükəsizliyinə qoşulub.

Keçmişə nəzər salaraq əminliklə qeyd etmək olar ki, müstəqil Azərbaycan dövlətinin 1995-ci ildə qəbul edilmiş konstitusiyası dahi lider Heydər Əliyevin xidmətidir. Ümummilli lider tərəfindən yaradılmış yeni konstitusiya Azərbaycanın uzun illər stabil inkişafının təminatında ali qanun oldu.

Oxunub: 10144
Paylaş:
Digər xəbərlər

Siyasət

15-06-2023, 08:52

XİN: Ümummilli Lideri Heydər Əliyev ölkəmizi ictimai-siyasi böhrandan xilas etdi [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-06-2023, 11:17

Milli Məclisin Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası başlayıb [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

12-12-2023, 11:32

Dursun müəllim: Müasir Azərbaycanın qurucusu - Ümummilli Lider Heydər Əliyev [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

7-12-2023, 23:50

Nəcməddin Nəcəfov: DAHİ ŞƏXSİYYƏT – ULU ÖNDƏR HEYDƏR ƏLİYEV [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

12-12-2023, 00:25

Etibar Xəlilov: Xalqa və Vətənə həsr olunan ömür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - TARİX
Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
“Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
Mətanət Piriquliyeva işdən çıxarıldı
Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
Hadisə
Bugün, 13:10
Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
Bugün, 13:00
Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
23-12-2025, 13:10
Bakıda uşaq bağçasında yanğın
23-12-2025, 12:04
AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirdi
23-12-2025, 09:44
Hakimin öldüyü qəzanın görüntüləri - Video
23-12-2025, 09:37
Ramazan Zeynalovun oğlu, polkovnik Bayram Ramazanov vəzifəsindən azad edilib
Son xəbərlər
  • Bugün, 16:00
    Rusiya “Tramp yolu”na gəlir - “mən də varam” mesajı
  • Bugün, 15:30
    Türkiyəyə qarşı o yasaq götürülsə... - Bakı üçün fürsət?
  • Bugün, 14:40
    Azərbaycanda minimum maaş iki dəfədən çox arta bilər - TARİX
  • Bugün, 14:31
    ABŞ Azərbaycana başsağlığı verdi
  • Bugün, 14:27
    Prezident idmançıları təltif etdi - SİYAHI
  • Bugün, 14:23
    Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliklə bağlı sənəd TƏSDİQLƏNDİ
  • Bugün, 14:22
    Paşinyan katolikosa həlledici zərbəyə hazırlaşır - Yeni ilə 3 gün qalmış...
  • Bugün, 13:10
    Sabah Bakıya yağış, rayonlara qar yağacaq - PROQNOZ
  • Bugün, 13:05
    “Euronews”da AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məqalə dərc edildi
  • Bugün, 13:00
    Bakıda avtobus qəzaya düşdü - Ölənlər və yaralananlar var
  • Bugün, 12:55
    Orban: Bütün Avropada 2026-cı ildə müharibə ola bilər
  • Bugün, 11:58
    Ağdam şəhərinə Böyük Qayıdış - 83 ailə, 308 nəfər köçürüldü
  • Bugün, 11:53
    Azərbaycanda yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır
  • Bugün, 11:25
    Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım edib
  • Bugün, 09:52
    Hökümə Əliyevanın atasından AÇIQLAMA: "Səbrsizliklə gözləyirik"
  • Bugün, 09:47
    İlham Əliyevdən AZAL qəzası ilə bağlı paylaşım - FOTO
  • Bugün, 09:25
    “Balaca Heydər böyüyüb, iki oğlu var” - Prezidentlə Ağdam sakininin MARAQLI DİALOQU
  • Bugün, 09:17
    Prezidentdən XƏBƏRDARLIQ: "Ayıq olmalıyıq..."
  • Bugün, 09:11
    Mətanət Piriquliyeva işdən çıxarıldı
  • Bugün, 09:00
    20 bəndlik sülh sənədi və ayı haqda lətifə
  • Dün, 22:14
    Bir Məktəbin Səsi, Bir Xalqın Qüruru: Yolçubəyli Məktəbindən Müzəffər Ali Baş Komandana Səmimi Təbrik
  • Dün, 16:00
    Paşinyan: "Tarixi Ermənistan” anlayışı boş, mənasız, Ermənistan üçün təhlükəli xülyadır
  • Dün, 15:30
    Vaşinqtondan həyəcan siqnalı - Dünya ÇALXALANIR
  • Dün, 13:32
    SON DƏQİQƏ! Zelenski 20 bəndin hamısını açıqladı: 2 məsələdə razılıq əldə olunmayıb
  • Dün, 13:20
    Prezident və xanımı Ağdam sakinləri ilə görüşdü
  • Dün, 12:59
    Həftəsonu məktəblərdə dərs olmayacaq - Nazirlik açıqladı
  • Dün, 12:36
    Mirziyoyev Əliyevə zəng etdi
  • Dün, 12:18
    İlham Əliyev Xankəndidə Zəfər parkının açılışında iştirak edib
  • Dün, 11:28
    İran İraqa təbii qaz verilməsini tamamilə dayandırıb: ölkədə enerji xaosu
  • Dün, 11:17
    Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib
  • Dün, 10:48
    Arzu Əliyeva atasını təbrik etdi - FOTO
  • Dün, 09:38
    Ukrayna seçkiyə hazırlaşır?
  • Dün, 09:34
    Bu gün Xocavənd və Cəbrayıl rayonlarının kəndlərinə növbəti köç karvanları yola salınıb
  • Dün, 09:30
    XİN dövlət başçısını doğum günü münasibətilə təbrik edib
  • Dün, 09:26
    Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olundu
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Nazim Vəlişov
  • Şöbə müdiri: Budaqova Solmaz
  • Xüsusi müxbir: Abıyeva Sabirə Səxavət qızı
  • Xüsusi müxbir: Asif Əliyev
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri: Elxan Əliyev
  • Operator: Gözəlov Natiq Bəylər oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə