• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Davamlı inkişafın göstəriciləri [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

18-04-2024, 11:36

Davamlı inkişafın göstəriciləri

Ölkə rəhbəri cənab İlham Əliyev daim çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin ¬inkişafı tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Azərbaycanın regional inkişafda əldə etdiyi uğurlar nəticəsində bölgələrimiz ölkənin milli iqtisadiyyatının dinamik və davamlı inkişafına təkan verən aparıcı bir qüvvəyə çevrilmişdir. Bu gün bölgələrimiz arasında gedən sağlam rəqabət diqqətdən kənarda qalmır. Ölkə Prezidentinin Fərmanları əsasında təsdiqlənən Regional İnkişaf Proqramlarının uğurlu icrası hər bir bölgənin simasının yenilənməsində, şəhərlə kənd arasında fərqin aradan götürülməsində, yeni iş yerlərinin yaradılmasında aydın ifadəsini tapır. Bölgələrimizdə infrastruktur layihələrinin uğurlu icrası hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir.
Dövlət başçısı cənab İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bugünədək icrası başa çatdırılan, eyni zamanda, qarşıdakı dövrdə icrası nəzərdə tutulan layihələrdən geniş bəhs edərək bu reallığı da diqqətə çatdırdı ki, Azərbaycan güclü, öz gücünə, imkanlarına arxalanan dövlətdir. Hazırda azad Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur. Cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, iradəsini göstərir. Nəzərdə tutulan hər bir layihə icra ediləcək. Hər bir layihənin əhəmiyyəti var. Su ehtiyatları məhdud olan Azərbaycan bu sahədə də özünü tam təmin etmiş olacaq.
Bu gün dünyada baş verən iqlim dəyişiklikləri bəşəriyyəti su problemləri ilə üz-üzə qoyub. Dünyanın əksər ölkələri içməli sudan və əkin suyundan korluq çəkir. Bu problemlər Azərbaycandan da yan keçməyibdir. Ölkəmizdə də son illər əkin suyuna, içməli suya olan tələbat artıb və müəyyən çətinliklər hiss olunmaqdadır. Bu çətinliklərin qarşısının alınması məqsədilə ölkə rəhbəri cənab İlham Əliyev son illər ölkənin su təsərrüfatının genişləndirilməsi, yeni su ehtiyatlarının yaradılması istiqamətində çox mühüm tədbirlər həyata keçirmişdir. Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması, yeni kanalların çəkilməsi, kollektor şəbəkələrinin artırılması bu sahəyə göstərilən qayğının, diqqətin bir nəticəsidir. Cənab Prezidentin bu günlərdə imzaladığı Qarabağ və Şirvan suvarma kanallarının yenidən qurulması haqqında sərəncamlar iqtisadiyyatın, xüsusilə kənd təsərrüfatının sürətli inkişafına təkan verəcəkdir. Çünki aydın faktdır ki, yay aylarında istər taxıl, istər pambıq, istər digər kənd təsərrüfatı sahələri sudan xeyli dərəcədə korluq çəkir. Dövlət Su Ehtiyatları Agentliyi bu sahədə mühüm tədbirlər görməsinə baxmayaraq, yenə də problemləri tam aradan qaldırmaq mümkün olmur. Ancaq bu iki böyük kanalın yenidən qurulması və onların sukeçirmə imkanlarının artırılması bilavasitə bu çətinliklərin aradan qaldırılmasına hesablanıbdır və Şirvan kanalı vasitəsi ilə 10 rayonun, Qarabağ kanalı vasitəsi ilə 9 rayonun su təchizatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər kənd təsərrüfatının inkişafı ilə bərabər, insanların həm də rahatlığını təmin edəcək, təsərrüfatlarda məhsuldarlığı artıracaq və sahibkarların əlavə gəlir mənbəyini təmin edəcəkdir. Bu kanalların çəkilməsi ilə əlaqədar 100 min hektarlarla əkin sahələri suvarılacaq və yaşayış məntəqələri su ilə təmin ediləcəkdir. Şirvan suvarma kanalının təməlqoyma mərasimində cənab İlham Əliyevin söylədiyi kimi, “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək bizim başlıca vəzifəmizdir” kəlmələri qarşıya yeni öhdəliklər, yeni vəzifələr qoyur. Çünki statistika göstərir ki, bu sahədə ölkəmizdə ciddi çatışmazlıqlar mövcuddur. Belə ki, istər əkin suyu, istərsə də içməli su xeyli dərəcədə itkiyə gedir. 39 faiz içməli suyun, 40 faiz əkin suyunun istifadəsiz qalması və itkisi bilavasitə laqeydliyin nəticəsi sayılmalıdır. Ona görə də su ehtiyatlarının yaradılması və ondan səmərəli istifadə edilməsi nəinki müvafiq orqanın, hər bir vətəndaşın borcu sayılmalıdır və bu sahədə qənaətcillik mütləq gözlənilməlidir. Çox yaxşı haldır ki, işğaldan azad olunmuş ərazilərimizdə, Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resurslarının bu gün nəzarətə götürülməsi və gələcəkdə bu resurslardan səmərəli istifadə olunması üçün əsaslı tədbirlərin görülməsi deməyə imkan verir ki, həmin ərazilərdə müasir texnologiyaların tətbiqi nəticəsində gələcəkdə taxılçılığın, meyvəçiliyin, bostançılığın, üzümçülüyün inkişafı mümkün olacaqdır. Qarabağ və Şirvan suvarma kanallarının yenidən qurulması gələcəkdə sahibkarlığın inkişafı üçün geniş meydan açacaq və ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verəcəkdir.

Ramil Novruzov,
Salyan Sukanal sahəsinin mühəndisi

Oxunub: 10284
Paylaş:
Digər xəbərlər

Gündəm

18-04-2024, 11:37

Azərbaycanın regional inkişafda əldə etdiyi uğurlar nəticəsində bölgələrimiz ölkənin milli iqtisadiyyatının dinamik və davamlı inkişafına təkan verən aparıcı bir qüvvəyə çevrilmişdir. [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

9-08-2023, 00:30

Ramin Yahyayev: Regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdə öz əksini tapır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

9-08-2023, 23:54

Mürsəl Eminov: Azərbaycan yeni inkişaf mərhələsi yaşayır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

15-08-2023, 10:32

Elçin Kərimov: Yol bəllidir: seçim imkanı isə yoxdur [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

16-08-2023, 00:04

Fərmayıl Vəliyev: Regionların inkişafı ilə bağlı görülən işlər şəxsən cənab Prezidentin nəzarətindədir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Vatsapda çoxdan gözlənilən - Yenilik
İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
Bu gün Novruzun ilk çərşənbəsidir
Hadisə
Dün, 15:30
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Dün, 10:45
Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
Dün, 09:49
Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
23-02-2026, 11:03
İslam Rzayevin həbs müddəti uzadıldı
23-02-2026, 10:54
Peyvənd vurulan körpə şoka düşərək öldü
23-02-2026, 10:44
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
Son xəbərlər
  • Dün, 16:00
    Yeni BAHALAŞMA gəlir: Nə olacaq?
  • Dün, 15:30
    Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
  • Dün, 14:22
    Vatsapda çoxdan gözlənilən - Yenilik
  • Dün, 14:00
    İmsak süfrəsində bunları yemək olmaz - SİYAHI
  • Dün, 13:19
    Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq
  • Dün, 12:10
    Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
  • Dün, 12:07
    Parlamentdə 1 dəqiqəlik sükut
  • Dün, 11:57
    İlham Əliyev Estoniya prezidentini təbrik etdi
  • Dün, 10:45
    Kahı yükündə 79 kq narkotik keçirmək istədilər - Fotolar - Video
  • Dün, 10:17
    ÇL: "Qarabağ" "Nyukasl"la qarşılaşır
  • Dün, 10:12
    Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var
  • Dün, 09:57
    Bu yollarda hərəkət iki gün məhdudlaşdırıldı
  • Dün, 09:49
    Nazirlik çərşənbələrlə bağlı əhaliyə MÜRACİƏT ETDİ
  • Dün, 09:37
    Moskvada kamikadze polis maşınını partlatdı: Ölən və yaralananlar var
  • Dün, 09:34
    Trampdan SON DƏQİQƏ İran açıqlaması
  • Dün, 09:29
    TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
  • Dün, 09:24
    Ukraynada yerləşdiriləcək çoxmillətli qüvvələrin qərargahı fəaliyyətə başlayır
  • Dün, 09:09
    Bu gün Novruzun ilk çərşənbəsidir
  • Dün, 09:00
    Zelenski meydan oxudu: hazıram
  • 23-02-2026, 16:00
    Gizli saxlanılan arxivlərin üstü açılır - 51-ci zonanın qovluqları... - VİDEO
  • 23-02-2026, 15:30
    Zelenski: Putin artıq Üçüncü Dünya Müharibəsini başladıb
  • 23-02-2026, 14:33
    Prezident 2 qanunu təsdiqlədi
  • 23-02-2026, 13:11
    Bu şəxslər "Tərəqqi" medalı ilə təltif edilib - ADLAR
  • 23-02-2026, 12:09
    İlham Əliyev onları təbrik etdi
  • 23-02-2026, 12:03
    İlham Əliyev iranlı naziri qəbul edib - FOTOLAR
  • 23-02-2026, 11:59
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • 23-02-2026, 11:13
    Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır
  • 23-02-2026, 11:03
    İslam Rzayevin həbs müddəti uzadıldı
  • 23-02-2026, 10:59
    Hər polisin ölümünə görə 1200 dollar mükafat vədi - İğtişaşlar artır - Video
  • 23-02-2026, 10:54
    Peyvənd vurulan körpə şoka düşərək öldü
  • 23-02-2026, 10:49
    “Prezidentin qaldığı hotelə hücum əmri bu tarixdə verilmişdi” - Video
  • 23-02-2026, 10:44
    Xəzərin sahilində minlərlə ölü quş tapıldı - Fotolar
  • 23-02-2026, 10:38
    Növbəti Tehran - Ağ Ev, Kiyev - Ağ Ev - Kreml danışıqları
  • 23-02-2026, 10:11
    Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
  • 23-02-2026, 10:07
    5 gün partlayış səsləri EŞİDİLƏCƏK
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə